Ferqusonla Kantonanın gözlənilən görüşü baş tutmayacaq
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqusonla klubun sabiq hücumçusu Erik Kantonanın dekabrın 7-də Mançesterdə nəzərdə tutulan görüşü baş tutmayacaq.
İdman.Biz xəbər verir ki, iki məşhur futbol siması Kantonanın həyat və karyerasından bəhs edən “Cantona: Flower of Evil” sənədli filminin xüsusi nümayişində bir araya gəlməli idi.
Lakin tədbirin təşkilatçısı “Factory International” Ferqusonun proqram uyğunsuzluğu səbəbindən mərasimə qatılmayacağını açıqlayıb.
“Aviva Studios”da keçiriləcək tədbir əvvəlki plana uyğun olaraq dekabrın 7-də təşkil ediləcək. Filmin nümayişindən sonra Kantona azarkeşlərin qarşısına çıxaraq futbolçu karyerası ilə bağlı xatirələrini bölüşəcək.
Kann Film Festivalında təqdim olunan sənədli film fransalı futbolçunun mürəkkəb xarakterindən, karyerasındakı çətinliklərdən və Ferqusonun rəhbərliyi altında “Mançester Yunayted”in əsas simalarından birinə çevrilməsindən bəhs edir.
Filmdə Ferqusonla yanaşı, Devid Bekhem və fransalı məşqçi Gi Ru da müsahibələri ilə iştirak ediblər.
Qeyd edək ki, sənədli film dekabrın 7-də Böyük Britaniya və İrlandiya kinoteatrlarında nümayiş olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Noyabr 2026 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















