Azərbaycanda istehlak bazarı 5 %ə yaxın böyüyüb
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 60,4 milyard manat olub. Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə qiymətlərlə 4,6 % çoxdur.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,5 % artaraq 58 milyard manata bərabər olub, onun 45,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 592,3 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 31,6 manat çox vəsait xərcləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















