NYT: Tramp və Zelenski arasında münasibətlər qırılma həddindədir
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlər son dərəcə gərginləşib və tərəflər arasında siyasi əlaqələrin qırılması ehtimalı artıb.
Bu barədə Amerikanın "The New York Times” (NYT) qəzeti yazıb.
Nəşrin qiymətləndirməsinə görə, Tramp uzun müddətdir Zelenskiyə mənfi münasibətini gizlətmir. Ukrayna lideri indiyədək Vaşinqtonun müəyyən dəstəyini qoruyub saxlaya bilsə də, hazırda münasibətlərin tamamilə pozulması real görünür.
Qəzet qeyd edir ki, noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində iki lider arasındakı gərginlik daha da dərinləşib.
NYT-nin fikrincə, Ukrayna üçün ən ağır ssenari ABŞ-nin bütün hərbi yardımı dayandırması ola bilər. Belə ki, Kiyev Amerikanın təqdim etdiyi kəşfiyyat məlumatlarından və "Starshield” peyk rabitə sistemindən ciddi şəkildə asılıdır.
"The Wall Street Journal”ın (WSJ) məlumatına görə, Tramp və Zelenski arasında münasibətlər sentyabrda BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdən sonra pisləşməyə başlayıb.
Həmin görüşdə Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələrlə bağlı Zelenskidən izahat tələb edib.
WSJ yazır ki, görüşdən sonra Vaşinqton Kiyevdən altı dəfə bu hücumları dayandırmağı istəyib. Lakin Trampın Zelenskiyə münasibəti getdikcə daha da sərtləşib.
Oktyabrın 10-da ABŞ Prezidenti Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Zelenskinin Rusiya ilə münaqişəyə dəfələrlə son qoymaq imkanı olduğunu, lakin bundan istifadə etmədiyini iddia edib.
Zelenski isə seçki keçirməkdən imtina edərək Ukraynanın ABŞ simasında mühüm tərəfdaşını itirmək təhlükəsi ilə üzləşdiyini bildirib.
WSJ-nin qiymətləndirməsinə əsasən, Trampın son açıqlamaları iki lider arasındakı münasibətlərin ötən ilin qışından bəri ən aşağı səviyyəyə düşdüyünü göstərir.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 18 Oktyabr 2026 03:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















