Azərbaycanda kassa çekləri üzrə risklər süni intellektlə müəyyən ediləcək
Icma.az bildirir, Bizim media portalına istinadən.
Vergi orqanları kassa çekləri üzrə riskləri süni intellektlə müəyyənləşdirəcək.
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.
"Artıq ötən ildən vergi yoxlamaları zamanı inventarizasiya nəticələrinin avtomatlaşdırılması hesabına yoxlamalara sərf olunan vaxta 7-9 həftə qənaət etmişik. Nəzarət-kassa aparatları onlayn rejimdə işləyir, hər gün milyonlarla çekdə məhsul adları əks olunur.
Bu məlumatların təhlili vasitəsilə həmin məhsulların aid olduqları sektorla uyğunluğunu, risk yaradıb-yaratmadığını, dövriyyənin təbii və ya qeyri-təbii olub-olmadığını, hər hansı kənarlaşmaların mövcudluğunu müəyyən etmək mümkündür.
Bu məqsədlə nəzarət-kassa aparatlarına daxil edilən məlumatların süni intellekt həlləri vasitəsilə analitik emalı və müəyyən edilən risklərin dərhal vergi orqanına təqdim olunması nəzərdə tutulur.
Eyni zamanda, bu yanaşma nəzarət-kassa aparatlarının çeklərində, yük-gömrük bəyannamələrində və elektron qaimə-fakturalarda göstərilən malların adlarının təhlilinə də tətbiq oluna bilər. Çünki bəzi hallarda vergi ödəyiciləri eyni malı və ya xidməti müxtəlif formalarda ifadə edirlər", - deyə o qeyd edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 20 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















