Kassa çekləri sağlamlıq üçün təhlükəlidir Professor açıqladı
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kassa çeklərində istifadə olunan kağızlarda insan orqanizmi üçün zərərli olan maddələr var".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla kassa çeklərinin sağlamlıq üçün təhlükəli olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bunlardan biri də "Bisfenol A"dır:
"Həmin maddə dəri ilə təmasda olduqda allergiya yaradır, sonra oradan orqanizmə keçərək müxtəlif xətəliklərə səbəb ola bilər. Təəssüflər olsun ki, bunlar günümüzün bir hissəsini təşkil edir. Bu cür risk faktorları çoxdur. Məsələn, plastik qablar və onlarda saxlanılan suların hamısı ziyanlıdır. Onların arasında da müxtəlif toksiki maddələr var. Həmin maddələr orqanizmə su ilə daxil olur. Bundan əlavə plastik qablarda, Çindən gələn kuklalarda, uşaq oyuncaqlarında xeyli toksiki maddələr var".

Adil Qeybulla xatırladıb ki, dünyada plastik qabların qadağan edilməsi ilə bağlı qərar var:
"Bu barədə iş gedir və çeklərlə bağlı xəbərdarlıq var. Hesab edirəm ki, insanlar özləri diqqətli olmalıdır. Bunların hansısa formada dəyişdirilməsi daha məqsədəuyğundur".
Qeyd edək ki, kassa çeklərinin sağlamlıq üçün təhlükəli olduğu ilə bağlı məlumat yayılıb.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 24 Aprel 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















