Icma.az
close
up
RU
Azərbaycanda keçiriləcək dünya çempionatı bu stadionlarda baş tutacaq

Azərbaycanda keçiriləcək dünya çempionatı bu stadionlarda baş tutacaq

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2027-ci ildə Özbəkistanla şərikli keçiriləcək 20 yaşadək (U-20) futbolçular arasında dünya çempionatının (DÇ) Azərbaycanda hansı stadionlarda baş tutacağı bəlli olub.

İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, oyunlar Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Xankəndidə keçiriləcək.

Bakıda məkanın Bakı Olimpiya Stadionu (BOS) və Tofiq Bəhramov adına Respublika stadionu olması yönündə müzakirələr gedir. BOS U-20-lərin DÇ-sində tamaşaçı doldurmaq üçün kifayət qədər böyük olduğundan, 2-ci variant da müzakirə olunur.

Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionu, Qəbələdə şəhər stadionu, Gəncədə yeni açılmış və hələ qazonu üzərində iş görülən Gəncə stadionu və Xankəndidə şəhər stadionu dünya çempionatı üçün nəzərdə tutulub.

Lakin Xankəndidəki stadionda məşq üçün ehtiyat meydançaların olmaması burada oyunun keçirilməməsi üçün səbəb ola bilər. Hər halda, ehtiyat meydançalar salınsa, burada da oyunlar keçiriləcək.

Qeyd edək ki, dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da daxil edilib.

Onu da bildirək ki, FIFA oktyabrın 2-də keçirdiyi iclasında U-20 DÇ-nin Azərbaycan və Özbəkistana verilməsini təsdiqləyib. Mundialda 24 komandanın 6 qrupda mübarizə aparması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri