Icma.az
close
up
RU
Azərbaycanda kiberfırıldaqçılığın yeni metodu: toy dəvətnamələri məxfi informasiyanı oğurlayır...

Azərbaycanda kiberfırıldaqçılığın yeni metodu: toy dəvətnamələri məxfi informasiyanı oğurlayır...

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda kibercinayətkarlar yeni fırıldaqçılıq üsulundan istifadə etməyə başlayıblar. Onlar “WhatsApp” messenceri vasitəsilə toy dəvətnamələri adı altında zərərli fayllar göndərirlər.

Bizimyol.info şirkətə istinadən xəbər verir ki, belə bir faylı telefona yüklədikdən sonra cihaza zərərli proqram quraşdırılır. Bu proqram kibercinayətkarlara cihaza uzaqdan giriş imkanı verir, nəticədə şəxsi məlumatları və smartfonda saxlanılan məxfi informasiyanı oğurlamağa şərait yaradır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov bu faktı təsdiqləyərək vətəndaşları ayıq-sayıq olmağa, ehtiyatlı davranmağa və şübhəli faylları yükləməkdən çəkinməyə çağırıb. O, həmçinin şəxsi məlumatların heç kimə ötürülməməsini tövsiyə edib.

Kaspersky GReAT-ın Rusiya üzrə rəhbəri Dmitri Qalov analoji vəziyyətdə düzgün davranış barədə vətəndaşlara bir neçə tövsiyə verib:

Fırıldaqçılar şəkil adı altında zərərli proqram yayırlar. Bu halda, çox güman ki, istifadəçilərə şəkil deyil, “dəvətnamə” adı ilə təqdim olunan icraedici fayl  göndərilir.Sizə şəkil əvəzinə başqa bir şey göndərildiyini anlamaq üçün faylın uzantısına diqqət yetirin. Şəkillərin, fotoların adında heç vaxt .apk və ya .exe ola bilməz (bu cür uzantı ehtiva edə bilməz). Bu uzantılar göndərilənin icraedici fayl, daha doğrusu proqram olduğunu göstərir.Sizə hər hansı şübhəli mesaj göndərilərsə, onun tərkibindəki linklərə daxil olmağı və heç bir faylı yükləməyi tövsiyə etmirik. Əgər bu cür mesaj sizə tanış birindən gəlibsə, onun həqiqətən həmin şəxs tərəfindən göndərildiyini başqa bir əlaqə kanalı ilə yoxlayın.Qorunmaq üçün etibarlı antivirus həllərindən istifadə edin. Onlar zərərli proqramların cihaza quraşdırılmasını və ya fişinq linklərinə keçidi avtomatik bloklayacaq. Unutmayın, əgər sizi tələsdirir və ya qorxudurlarsa, çox güman ki, bu kibercinayətkarlardır. Şübhəli linklərə daxil olmayın və messencerdəki mesajlarda gələn şübhəli faylları yükləməyin.

Əgər kibercinayətkarlar cihaza zərərli proqramı yükləməyi bacarıblarsa, onu antivirus vasitəsilə silmək lazımdır. Ödəniş məlumatlarınıza daxil olunduğu barədə şübhələriniz varsa, bank kartlarınızı bloklayın və əlavə məsləhət üçün bankınıza müraciət edin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri