YENİ DƏLƏDUZLUQ: smartfonlara toy dəvətnamələri göndərərək... VİDEO
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək, onları tora salırlar.
Publika.az xəbər verir ki, son dövrlər "WhatsApp" vasitəsilə toy dəvətnamələrinin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dələduzluq etməyə başlayıblar.
Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir. Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Noyabr 2024 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















