Icma.az
close
up
RU
Azərbaycanda kimləri işdən çıxarmaq qadağan edilə bilər?

Azərbaycanda kimləri işdən çıxarmaq qadağan edilə bilər?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bəzi vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və nəticədə iş tapmaqda çətinlik çəkirlər”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Ombudsmanın illik məruzəsində pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğu məsələsi qeyd olunur: 

"Ancaq pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür. 

Belə ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına iki ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktiki digər dövlətlərdə də tətbiq olunur. 

Bu baxımdan Azərbaycanda da pensiya yaşına iki il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməməsi məqsədəuyğun olardı". 

Qeyd edək ki, son illər ən çox müzakirəyə səbəb olan problemlərdən biri də vətəndaşların pensiya yaşına az qalmış işdən azad edilməsidir. İşdən azad edilən vətəndaşlar isə yenidən iş tapmaqda çətinliklərlə üzləşirlər. 

Ümumiyyətlə, bu məsələ qanunla tənzimlənirmi və vətəndaş bu halda nə etməlidir? 

Hüquqşünas Azər Quliyev “Cebheinfo.az”-a bildirib ki, Milli Məclisində pensiya yaşına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin qadağan edilməsi təklifi qaldırılıb: 

“Bu, işçilərin əmək hüquqlarının müdafiəsi üçün edilən çox müsbət və sosial bir təklifdir. Milli Məclis pensiya yaşına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinin ləğvinin qadağan edilməsi təklifi belə əsaslandırılıb ki, bu yaşda olan işçilərin yeni əmək müqaviləsi bağlaması çox çətin problemə çevrilir və işçilər bu hallarda işsiz qalırlar. 

Hazırda qüvvədə olan “Məşğulluq haqqında” Qanuna, Nazirlər Kabinetinin 213 saylı Qərarına görə, bir sıra işçilər üçün kvota (güzəşt) nəzərdə tutulub, Məşğulluq Mərkəzi və DOST xidməti tərəfindən bu kateqoriyadan olan şəxsin göndəriş əsasında işə qəbul edilməsi məcburidir. Lakin bu kateqoriyadan olan işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi hallarında müəyyən boşluqlar da var və işəgötürənlər də bundan istifadə edərək kvotada göstərilən işçilərlə bağlanmış əmək müqaviləsini ləğv edirlər. 

Onlar hesab edirlər ki, bu zaman işçilərin əmək müqaviləsi bağlanmasına aiddir, ləğvinə aid deyil. Bu barədə məhkəməyə edilən iddia ərizələri də bir çox hallarda təəssüf ki, təmim olunmur”. 

Hüquqşünasın sözlərinə görə, işəgötürənlər yaddan çıxarırlar ki, əgər müəssisədə işçilərin ümumi sayı kvota üzrə 5 faizindən azdırsa, kvotada olan işçilərlə əmək müqaviləsi onların təşəbbüsü ilə ləğv edilə bilməz: 

“Bütün bunları əsas tutaraq hesab edirəm ki, bu dəyişiklik yalnız pensiya yaşına 2 il qalmış işçilərin əmək müqaviləsinin ləğvi barədə deyil, həm də “Məşğulluq haqqında” Qanun, Nazirlər Kabinetinin 213 saylı Qərarına əsasən kvota (güzəşt) nəzərdə tutulan işçilərə də şamil olunmalı, bu şəxslərlə də əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağan edilməlidir. 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyasına 20 yaşadək gənclər, yetkinlik yaşına çatmayan uşaqları tərbiyə edən tək çoxuşaqlı valideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, müharibə veteranları, şəhid ailəsinin üzvləri aid edilirlər. Hesab edirəm ki, bu işçilərlə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarında əmək müqaviləsinin ləğv edilməsi qadağan edilməlidir". 

Nigar Abdullayeva 
“Cebheinfo.az

Açar sözlər: İşdən çıxarılma pensiya kvota işsizlik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Mart 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri