Icma.az
close
up
RU
Azərbaycanda kirayə mənzil bazarında yeni dövr başlayır: 2026 cı ildən nələr dəyişəcək?

Azərbaycanda kirayə mənzil bazarında yeni dövr başlayır: 2026 cı ildən nələr dəyişəcək?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Məlumdur ki, kirayə mənzil bazarında 14 faizlik vergi tətbiq olunsa da, vergidən yayınmaq üçün rəsmi qaydada kirayə müqaviləsi imzalayanlar demək olar ki, yox idi. Bəs növbəti ildən bu sistem necə işləyəcək? Gələn ildən kirayə müqavilələri necə tənzimlənəcək?

Oxu.Az "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

"14 faizlik vergi dərəcəsi kifayət qədər yüksək idi"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, əvvəlki 14 faizlik vergi dərəcəsi kifayət qədər yüksək idi və vətəndaşlar vergidən yayınırdılar: "Çünki həmin məbləğ ümumi kirayə haqqına əlavə olunduqda ciddi fərq yaranırdı. Məsələn, bir mənzil 600 manata kirayə verilirsə və mülkiyyətçi 14 faiz vergi tələb edirsə, bu, təxminən 84 manat edir. Bu zaman qiymət fərqi tərəflər arasında razılaşmanı çətinləşdirir, nəticədə onlar qeyri-rəsmi razılaşma yolu ilə vergidən yayınmağa üstünlük verirlər. Biz təklif etmişdik ki, bu vergi ən azı iki dəfə azaldılsın. İndi dörd faizlik güzəşt tətbiq olunur. Bu, azalma həm icarəçini, həm də icarə verəni rəsmi şəkildə müqavilə bağlamağa müəyyən qədər təşviq edə bilər".

"Yüksək vergilər yayınma riskini artırır"

Mütəxəssis bildirir ki, hazırda evlərini kirayə verənlərin təxminən 80 faizi vergidən yayınır: "Bu isə ciddi problemlərə səbəb olur. Münasibətlər rəsmi qaydada tənzimlənmir və tərəflər öz hüquqlarını səmərəli şəkildə müdafiə edə bilmirlər. Məsələn, gələcəkdə hər hansı problem yarandıqda, ortada notarial qaydada təsdiqlənmiş müqavilə olmadığından hüquqi əsas yox olur. İndiki halda tərəflər yalnız "qeyri-rəsmi", hüquqi əsası olmayan müqavilə bağlayırlar ki, bu da hüquqi qüvvəyə malik olmayan sənəddir. Belə müqavilələr çox vaxt vergidən yayınmaq məqsədilə tərtib olunur. Guya burada ödəniş məbləği, əşyalı və ya əşyasız olması göstərilir, amma bunlar formal xarakter daşıyır. Nəticədə kirayəçi və kirayəverən öz hüquqlarını tələb edə bilmirlər. Bu vergi müəyyən dərəcədə rəsmi qeydiyyatı artıracaq, amma tam şəkildə yox. Faizlərin bir qədər daha aşağı salınması məqsədəuyğundur və bu, vergi öhdəliyinə əməletmə vərdişini gücləndirə bilər. Vergi dəyişiklikləri əsasən insanların ödəmə imkanlarını nəzərə almalı, faizləri aşağı səviyyədə saxlamalı, eyni zamanda geniş kütləyə tətbiq edilməlidir. Yüksək vergilər isə vergidən yayınma riskini artırır".

"Əsas hədəf notarial qaydada müqavilənin bərpasıdır"

Vergi mütəxəssisi Mahmud Abasquliyev bildirib ki, hazırda vergi ödənişlərinin nağdsız və ya nağd tənzimlənməsi formalaşmayıb: "Vergilərin 14 faizdən 10 faizə endirilməsinin əsas məqsədi vətəndaşların kirayə mənzil verərkən rəsmiləşdirməyə maraqlı olmalarıdır. Yəni, notarial qaydada müqavilə bağlansın və kirayəçi ödənişi həmin vətəndaşa həyata keçirsin. Əsas hədəf notarial qaydada müqavilənin bərpasıdır. Müqavilə bərpa olunduqdan sonra, ödəniş edən və ya kirayə verən vətəndaş Dövlət Vergi Xidmətinə yaxınlaşaraq qeydiyyatdan keçəcək və avtomatik olaraq, müvafiq fəaliyyət koduna uyğun ödənişini həyata keçirə biləcək".

Nəzarət kimdə olacaq?

Nəzarət mexanizmlərinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda bunun nəzarəti üçün Vergi Xidmətinin imkanları məhduddur, çünki vergi ödəyicilərinin sayı çoxdur və onların izlənilməsi çətin olar: "Bu səbəbdən, ilkin mərhələdə nəzarət funksiyası bələdiyyələrə, mənzil-kommunal idarələrinə və hətta hüquq-mühafizə orqanlarına həvalə oluna bilər. Gələcəkdə isə bu mexanizmin tam tətbiqi və hüquqi qüvvəsinin təsdiqi ilə proses daha səmərəli olacaq".

"Əmlakını yüksək qiymətə kirayə verənlər müqavilə bağlayır, digərləri isə..."

Əmlak eksperti Ramil Qasımzadə deyir ki, kirayə bazarında verginin 14 faizdən 10 faizə endirilməsi müsbət addımdır. Mütəxəssisin sözlərinə görə, gələcəkdə də hökumət həm kirayə verənlər, həm də kirayə götürənlər üçün stimullaşdırıcı addımlar ata bilər: "Fakt odur ki, daşınmaz əmlakını yüksək qiymətə kirayə verənlərin təxminən 70 faizi artıq müqavilə bağlayır. Qeyri-yaşayış obyektləri ilə də bağlı icarə müqavilələri əksər hallarda məsuliyyət və tənzimləmə səbəbi ilə bağlanır. Amma aylıq kirayə haqqı təxminən 600-700 manat olan, dəyəri nisbətən aşağı mənzillərin sahibləri çox vaxt müqavilə bağlamırlar. Burada həm kirayə verən, həm də kirayə götürən müqavilə bağlamağa həvəsli olmurlar. Halbuki bu müqavilə gələcəkdə yaranacaq problemlərin məhkəmə müstəvisində həlli üçün əsas hüquqi sənəd rolunu oynayır".

Notarial qaydada rəsmiləşdirilən bir kirayə müqaviləsinin xərci

Mütəxəssis vurğulayır ki, müqavilənin rəsmiləşdirilməsi xərc tələb etdiyi üçün bir çox hallarda tərəflər bu addımı atmırlar: "Notarial qaydada rəsmiləşdirilən bir kirayə müqaviləsinin xərci bir il üçün təxminən 120-180 manat təşkil edir. Həm ev sahibi, həm də kirayəçi sənədlər üçün əlavə xərc çəkir. Əgər kirayə götürən hüquq-mühafizə orqanının əməkdaşıdırsa və ya iş üçün tələb olunursa, müqavilə bağlanır. Lakin əksər hallarda vətəndaşlar notarial qaydada müraciət etmədən, öz aralarında sadə müqavilə bağlayırlar. Bəzi hallarda rieltorlar prosesi həyata keçirir, amma notarial qaydada rəsmiləşmə olmur və nəticədə vergidən yayınma baş verir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Noyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see203

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see155

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see144

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see144

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see143

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see140

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see133

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri