Ərdoğan Qarabağa yola düşüb: Onu kimlər müşayiət edir?
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Gününün 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün İstanbuldan Azərbaycanın Qarabağ bölgəsinə yola düşüb.
Bizim.Media xəbər verir ki, Türkiyə liderini səfərdə həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.
Nümayəndə heyətinin tərkibinə Türkiyənin xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da daxildir.
Səfərdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə əlaqələr üzrə məsul şəxsi Kürşad Zorlu da iştirak edir.
Bundan əlavə, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da Türkiyə nümayəndə heyətinin tərkibində Qarabağa səfər edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















