Özəlləşdirmə çekləri Hüquqi status: Prezidentə və Milli Məclisə müraciət
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Onminlərlə ailəni birləşdirən problemin sadə həll yolu var: Konstitusiya və qanunların tələbinə əməl etmək
“Facebook”da 42 min ailəni birləşdirən Özəlləşdirmə Çekləri Qrupu adından, yüzminlərlə vətəndaşı maraqlandıran problemlə bağlı növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisinə növbəti dəfə açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:
“Hörmətli cənab Prezident!
Hörmətli deputatlar!
Biz, dövlət özəlləşdirmə paylarını və çeklərini bu günədək saxlayan vətəndaşlar, Heydər Əliyevin hər bir vətəndaşın özəlləşdirmədə payı olması barədə sözünə inanaraq, uzun illərdir bu məsələnin ədalətli həllini gözləyirik. Bu müraciətlə sizdən istifadə edilməmiş çeklərin hüquqi taleyinə aydınlıq gətirilməsini və mübahisəli fərman müddəasının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi məsələsinin qaldırılmasını xahiş edirik.
Niyə müraciət edirik?
11 iyun 2004-cü il tarixli 75 nömrəli Fərmanın 1.1-ci bəndi çeklərdən tədiyə vasitəsi kimi istifadə müddətini müəyyən edir. Həmin Fərmanın 1.2-ci bəndində isə istifadə edilməmiş çeklərin qanunvericiliyə uyğun qaydada dövriyyədən çıxarılması nəzərdə tutulur. Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci il tarixli rəsmi məktublarında həmin vaxt dövriyyədən çıxarılma qaydasının müəyyən edilmədiyini bildirib. Buna görə açıq qalan sual budur: vətəndaşlara paylanmış və istifadə edilməmiş çeklər dövriyyədən çıxarılıbmı? Çıxarılıbsa, hansı normativ akt əsasında və hansı qaydada?
Cənab Prezidentdən Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 75 nömrəli Fərmanın 1.1-ci bəndinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu verməsini və Fərmanın 1.2-ci bəndinin icrasının ayrıca araşdırılmasını xahiş edirik.
Milli Məclisin deputatlarından məsələni aidiyyəti komitələrdə müzakirəyə çıxarmağı və eyni hüquqi məsələnin araşdırılması üçün Milli Məclis adından Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə təşəbbüs göstərməyi xahiş edirik.
İstifadə edilməmiş çeklərin dövriyyədən çıxarılmadığı müəyyən edilərsə, onlardan istifadənin bərpası, bu mümkün olmadıqda isə bərabər dəyərdə əmlak əvəzi və ya ədalətli kompensasiya imkanlarının araşdırılmasını istəyirik.
Prezidentə və deputatlara ünvanlanan müraciətlər üçün ayrıca geniş hüquqi əsaslandırma hazırlamışıq. Həmin sənədlərdə Konstitusiya və qanunların pozulması barədə mövqeyimizi əsaslandıran faktlar, rəsmi məktublar, hüquqi arqumentlər və Konstitusiya Məhkəməsinə ünvanladığımız tələblər təqdim olunur. Xahiş edirik, müraciətlərimizə baxılmasının nəticəsi və görülən tədbirlər barədə vətəndaşlara əsaslandırılmış yazılı cavab verilsin.
Cənab Prezidentə hansısa məmur, hansısa səbəbdən “çek məsələsi bitib” desə də, biz inanırıq ki, cənab Prezidentə tam və düzgün məlumat verilərsə:
Cənab Prezident atasının xalqa verdiyi PAY vədini pozmaz. 30 ildir ümidlə gözlədiyimiz haqqın və ədalətin bərpasının nəticəsi daha da yaxşı olacaq. Necə ki, Ali Baş Komandan kimi, xalqın və atasının qeyrətli oğlu kimi - atasının vədinə əməl edərək vaxtilə bəzilərinin, müxalifətin və bəzi məmurların inanmadığı Xankəndi reallığını yaratdı. Ulu Öndər Heydər Əliyev “Çeklərinizi satmayın və bir-bir istifadə edin” deyərkən, həmin şəxslər müxalifətə inanıb öz çeklərini satdılar. Ulu Öndər Heydər Əliyevin tarixi sosial-iqtisadi ədalət siyasətinin ANA XƏTTİNİ heç vaxt pozmayacaq. Konstitusiyanı və qanunları, dövlətçilik və qanunun aliliyi prinsipini heç vaxt pozmayacaq. Milli-mənəvi dəyərimiz olan “Quran” ayələrini heç vaxt pozmayacaq. Cənab Prezident öz zatına yaraşan ədalətli, şərəfli və ləyaqətli şəkildə hərəkət edəcək. Xalqın miras əmlak payını öz sahibinə qaytaracaq. Səbirlə gözləyərək, şəxsinə və ailəsinə dua edən, inanan və sevən insanların ümidlərini qırmayacaq.Xahiş edirik: Ulu Öndər Heydər Əliyevin tarixi sosial-iqtisadi ədalət siyasətinin ANA XƏTTİ barədə aşağıdakı LİNKİ açıb oxuyun.
https://share.google/aimode/pXViluAD36RBWcovi
Burada süni intellektə verilmiş sualları və cavabı oxuyaraq həqiqətlərin bir daha şahidi olacaqsınız. İnsan da süni intellekt kimidir – onun verəcəyi qərar ona verilən inormasiyadan və sualın tam və düzgün olmasından asılıdır. Amma bəzi məmurlardan fərqli olaraq, süni intellekt bilə-bilə yalan məlumat vermir.
Konstitusiya və qanunların pozulması barədə mövqeyimizi əsaslandıran faktlar, rəsmi sənədlər və hüquqi arqumentlərlə aşağıda təqdim olunan geniş hüquqi əsaslandırmada ətraflı tanış ola bilərsiniz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Milli Məclis üzvlərinə ünvanlanan vətəndaş müraciətinə ƏLAVƏ
Dövlət özəlləşdirmə payları və çekləri üzrə Konstitusiyaya və qanunlara uyğunluq məsələləri: Faktlar, hüquqi əsaslar, arqumentlər və tələblər
Cənab Prezident, xahiş edirik, bu hüquqi əsaslandırmada göstərilən faktların və sənədlərin araşdırılmasını aidiyyəti dövlət orqanlarına tapşırasınız və 75 nömrəli Fərmanın 1.1-ci bəndinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üçün Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci və 2-ci bəndlərinə əsasən Konstitusiya Məhkəməsinə sorğu verəsiniz. Müraciətimizə baxılmasının nəticəsi və görülən tədbirlər barədə bizə yazılı məlumat verilməsini xahiş edirik.
Bu hüquqi əsaslandırma dövlət özəlləşdirmə əmlak payı mülkiyyətçiləri olan bir qrup Azərbaycan Respublikası vətəndaşı, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi veteranları, pensiyaçılar və digər şəxslər tərəfindən təqdim edilir. Özəlləşdirmə payları ilə bağlı eyni normativ problemdən təsirlənən çoxsaylı şəxslərin hər birinin ayrıca məhkəmə prosesinə cəlb edilməsi praktiki və effektiv hüquqi müdafiə baxımından qeyri-real və həddindən artıq ağır yük yarada bilər.
Məsələ qanunvericiliklə yaradılmış dövlət özəlləşdirmə paylarının hüquqi statusu, onların təmsil etdiyi əmlak maraqları və 1995-ci il Qanunla qəbul edilmiş Dövlət Proqramında orta və iri müəssisələrin özəlləşdirilməsi üçün nəzərdə tutulmuş bölgü mexanizmi ilə bağlıdır. Həmin mexanizmdə səhmlərin azı 50 faizinin çek hərracları vasitəsilə, 15 faizinin isə əmək kollektivinə güzəştli qaydada verilməsi nəzərdə tutulurdu. Bu tarixi normativ bölgü hər bir çek sahibinin bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faizi üzərində fərdi mülkiyyət hüququ kimi deyil, özəlləşdirmənin qanunvericiliklə müəyyən edilmiş ümumi hüquqi-iqtisadi mexanizmi kimi qiymətləndirilməlidir. Hazırkı şikayətin əsas predmeti həmin qanunvericilik çərçivəsi ilə mübahisələndirilən icra hakimiyyəti aktları arasındakı normativ münasibətin və bunun şikayətçilərin mülkiyyət hüquqlarına təsirinin konstitusion baxımdan qiymətləndirilməsidir.
Şikayətçilərin hər biri istifadə edilməmiş dövlət özəlləşdirmə paylarının (çeklərinin) konkret sahibidir və mübahisələndirilən normativ müddəaların hüquqi nəticələrinin bilavasitə təsir etdiyi şəxsdir. Çoxsaylı digər şəxslərin eyni normativ vəziyyətdən təsirlənməsi hazırkı şikayətçilərin fərdi və birbaşa hüquqi marağını aradan qaldırmır.
Aşağıdakı mətn fərdi konstitusiya şikayətində irəli sürülmüş faktları, hüquqi mövqeyi və tələbləri əhatə edir. Fərdi şikayətin hüquqi əsasları və qəbuledilənlik arqumentləri işin tarixçəsini və müraciət edənlərin mövqeyini göstərir.
İlkin konstitusiya şikayəti “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə (https://e-qanun.az/framework/5404) və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə əsasən (https://e-qanun.az/framework/897) şikayətçilərin hüquq və azadlıqlarına təsir edən aşağıda göstərilən normativ hüquqi aktların Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması haqqındadır.
HAQQINDA ŞİKAYƏT VERİLƏN NORMATİV HÜQUQİ AKTLAR1) “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 nömrəli Fərmanının 1.1-ci bəndi;
İLKİN FƏRDİ KONSTİTUSİYA ŞİKAYƏTİNİN QƏBULEDİLƏNLİYİ VƏ HÜQUQİ ƏSASI2.1. Konstitusiyanın 130-cu maddəsinin V hissəsi fərdi konstitusiya şikayətinin birbaşa konstitusion əsasını yaradır
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə görə, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından, qanunla müəyyən edilmiş qaydada, həmin maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə şikayət verə bilər. Hazırkı şikayətdə mübahisələndirilən 75 nömrəli Fərmanın 1.1-ci bəndi - icra hakimiyyəti orqanının normativ hüquqi aktıdır və şikayətçilər həmin normanın onların mülkiyyət və digər konstitusion hüquqlarına birbaşa təsir göstərdiyini əsaslandırırlar.
2.2. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.1-ci maddəsi hazırkı şikayətin predmetinə uyğun fərdi şikayət hüququnu təsbit edir
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi hər kəsə onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ verir. Hazırkı müraciətin predmeti konkret fərdi inzibati və ya məhkəmə aktının sadəcə yenidən qiymətləndirilməsi deyil; şikayətçilərin mövqeyinə görə, yüksək hüquqi qüvvəli qanunla tanınmış əmlak-hüquqi statusa və ödəmə funksiyasına aşağı hüquqi qüvvəli normativ aktlarla müddət qoyulmasının Konstitusiya və qanunlarla uyğunluğunun yoxlanılmasıdır.
Hazırkı şikayətin predmeti dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə hüququnun yenidən yaradılması, “bərpa edilməsi” adı altında əvvəllər mövcud olmayan yeni hüququn tanınması və ya Konstitusiya Məhkəməsi tərəfindən yeni özəlləşdirmə mexanizminin müəyyən edilməsi deyildir. Şikayətçilərin mövqeyinə görə, dövlət özəlləşdirmə paylarının hüquqi statusu və onlardan dövlət əmlakının özəlləşdirilməsində tədiyə (ödəmə) vasitəsi kimi istifadə hüququ qanunvericiliklə artıq tanınmışdır. Hazırkı konstitusion mübahisənin predmeti həmin qanunla tanınmış hüququn həyata keçirilməsinə müddət və məhdudiyyət qoyan mübahisələndirilən normativ müddəaların buna kifayət edən konstitusion və qanuni səlahiyyət əsasında qəbul edilib-edilməməsinin yoxlanılmasıdır.
Hazırkı şikayətin əsas konstitusion sualı belədir: qanunvericiliklə dövlət özəlləşdirmə paylarına (çeklərinə) verilmiş tədiyə (ödəmə) funksiyasının həyata keçirilməsinə son tarix müəyyən etmək səlahiyyəti Prezidentə hansı konkret Konstitusiya və ya qanun norması ilə verilmişdir və belə səlahiyyət mövcud olduğu halda onun hüquqi hüdudları nədən ibarətdir?
Əgər belə konkret səlahiyyət müəyyən edilə bilmirsə, qanunun tanıdığı hüquqi funksiyanın daha aşağı hüquqi qüvvəli normativ aktla müddət baxımından məhdudlaşdırılmasının Konstitusiyanın 94, 147 və 149-cu maddələri ilə uyğunluğu qiymətləndirilməlidir.
2.3. Bilavasitə müraciətin xüsusi hüquqi əsası — Qanunun 34.5-ci maddəsi
Qanunun 34.5-ci maddəsi müəyyən hallarda ümumi məhkəmə müdafiəsi mərhələlərindən əvvəl bilavasitə Konstitusiya Məhkəməsinə müraciət imkanını ayrıca nəzərdə tutur: hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər. Hazırkı şikayət məhz bu xüsusi prosessual əsas üzərində də qurulur. Şikayətçilər istifadə edilməmiş çekləri faktiki olaraq öz əllərində saxlasalar da, onların qanunla əlaqələndirilən əsas iqtisadi-hüquqi funksiyasından uzun müddətdir istifadə edə bilmədiklərini, özəlləşdirmə prosesinin isə davam edən və zaman keçdikcə hüququn real bərpasını çətinləşdirə bilən proses olduğunu bildirirlər.
2.4. Zərərin digər məhkəmələr vasitəsilə qarşısının alınmasının mümkün olmaması ilə konstitusion nəzarətin predmeti arasındakı əlaqə
Şikayətçilər ümumi və inzibati məhkəmələrin hüquqların müdafiəsində mühüm rolunu inkar etmirlər. Lakin hazırkı işdə tələb olunan əsas hüquqi nəticə konkret inzibati hərəkətin ləğvi ilə məhdudlaşmır. Mübahisənin özəyində Prezidentin normativ aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun, normativ aktların iyerarxiyasının və qanunla tanınmış əmlak-hüquqi statusun aşağı hüquqi qüvvəli aktla mahiyyətcə aradan qaldırılıb-qaldırıla bilməsinin qiymətləndirilməsi dayanır. Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1 və 2-ci bəndləri Prezident fərmanlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid edir. Buna görə şikayətçilərin qaldırdığı əsas normativ-konstitusion kolliziyanın yekun həlli konstitusion nəzarət tələb edir.
Bu baxımdan digər məhkəmələr vasitəsilə müdafiənin mümkünlüyü ilə hazırkı normativ-konstitusion problemin həlli eyniləşdirilə bilməz. Şikayətçilərin iddiasına görə, hüquqların həyata keçirilməsinə maneə yalnız ayrıca fərdi inzibati və ya faktiki hərəkətdən deyil, qanunla tanınmış hüquqi rejimlə mübahisələndirilən Prezident fərmanlarının müddəaları arasında mövcud olduğu iddia edilən normativ ziddiyyətdən irəli gəlir. Adi məhkəmənin konkret fərdi mübahisə üzrə göstərə biləcəyi hüquqi müdafiə həmin normativ ziddiyyətin konstitusion nəzarət qaydasında qəti həllini və mübahisələndirilən Prezident fərmanlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını əvəz etmir. Buna görə normativ maneə aradan qaldırılmadıqca, şikayətçilərin iddia etdikləri hüququn praktik həyata keçirilməsinə mane olan hüquqi vəziyyətin davam etməsi riski qalır.
Bu baxımdan xüsusi olaraq nəzərə alınmalıdır ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.5-ci maddəsi digər məhkəməyə müraciətin formal olaraq mümkün olub-olmamasını deyil, hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə vurula biləcək ağır və bərpaedilməz zərərin həmin məhkəmələr vasitəsilə qarşısının real olaraq alınıb-alına bilməməsini hüquqi meyar kimi müəyyən edir. Hazırkı işdə isə adi məhkəməyə müraciət imkanının formal mövcudluğu mübahisələndirilən normativ maneəni aradan qaldırmadığından və həmin maneə qüvvədə qaldığı müddətdə özəlləşdirmə prosesi davam etdiyindən, belə müraciətin özü ağır və bərpaedilməz zərərin qarşısını real və vaxtında almağa qadir vasitə kimi qiymətləndirilə bilməz.
2.5. Ağır və bərpaedilməz zərər arqumentinin hazırkı işdə konkret məzmunu
34.5-ci maddənin tətbiqi üçün ağır və bərpaedilməz zərər abstrakt ifadə kimi deyil, konkret hüquqi və faktiki hallarla əsaslandırılmalıdır. Şikayətçilərin mövqeyinə görə, zərər aşağıdakı halların məcmusundan yaranır: dövlət tərəfindən verilmiş və şikayətçilərin mülkiyyətində qalan qiymətli kağızların əsas hüquqi-iqtisadi funksiyasından istifadə imkanının uzun müddət bağlı qalması; həmin vəziyyət üçün aydın bərpa, alternativ istifadə və ya kompensasiya mexanizminin müəyyən edilməməsi; özəlləşdirmə predmetinin və dövlət əmlakının strukturunun zaman keçdikcə dəyişməsi; hüququn yalnız formal şəkildə mövcud qalaraq praktiki reallaşdırma imkanının getdikcə zəifləməsi. Şikayətçilər hesab edirlər ki, bu vəziyyətdə sonradan veriləcək fərdi məhkəmə müdafiəsi normativ kolliziyanı aradan qaldırmadan zərərin qarşısını tam ala bilməz.
Şikayətçilərdən hansı konkret dövlət müəssisəsinin hansı tarixdə özəlləşdiriləcəyini və bunun nəticəsində onların özəlləşdirmədə iştirak imkanının konkret hansı tarixdə itiriləcəyini əvvəlcədən göstərmələrinin tələb edilməsi hazırkı hüquqi vəziyyətin xüsusiyyətlərini nəzərə almazdı. Dövlət əmlakının hansı vaxtda və hansı özəlləşdirmə üsulu ilə özəlləşdirilməsinə dair qərarların qəbul edilməsi şikayətçilərin iradəsindən və nəzarətindən kənardadır. Buna görə riskin konkretliyi yalnız əvvəlcədən məlum olan müəyyən müəssisə və tarixlə ölçülə bilməz. Şikayətçilərin mövqeyinə görə, hüququn həyata keçirilməsinə mane olan normativ vəziyyət hazırda mövcuddursa və həmin vəziyyət davam etdiyi müddətdə dövlət əmlakının özəlləşdirilməsi həyata keçirilə bilirsə, hər bir sonrakı özəlləşdirmə qanunla tanınmış hüququn əvvəlki formada praktik həyata keçirilməsi imkanını daralda bilər.
Bu baxımdan zaman amili hazırkı işdə xüsusi əhəmiyyət daşıyır. Özəlləşdirmə davam etdikcə özəlləşdirilə biləcək dövlət əmlakının və dövlətə məxsus səhm paketlərinin hüquqi vəziyyətinin dəyişməsi səbəbindən hüququn bərpasının gecikməsi yalnız onun həyata keçirilməsinin müvəqqəti təxirə salınması ilə nəticələnməyə bilər. Müəyyən hallarda əvvəl mövcud olmuş özəlləşdirmədə iştirak imkanının sonradan eyni formada bərpası faktiki olaraq çətinləşə və ya mümkünsüz ola bilər. Şikayətçilərin mövqeyinə görə, bu hal hüququn vaxtında müdafiə edilməməsinin sonradan tam və ekvivalent şəkildə aradan qaldırılması mümkün olmayan nəticələr yaratması riskini gücləndirir.
Dövlət əmlakının özəlləşdirilməsinin davam etməsi və bərpaedilməz zərərin real xarakteri
Şikayətçilər yalnız mübahisənin konstitusion xarakterinə istinad etmirlər. Bilavasitə müraciətin əsaslandırılması üçün hər bir şikayətçinin əmlak marağına yaranmış aktual risk, mümkün məhkəmə müdafiəsinin həmin riskin vaxtında qarşısını alıb-almaması və sonradan bərpanın niyə yetərli olmayacağı ayrıca təqdim edilir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi məlumatları göstərir ki, 2011-ci ildən sonra da dövlət əmlakının özəlləşdirilməsi ardıcıl şəkildə davam etmiş, çoxsaylı dövlət müəssisə və obyektləri, habelə açıq səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlər özəlləşdirilmiş, dövlət müəssisələri və əmlak kompleksləri investisiya müsabiqələri vasitəsilə xüsusi mülkiyyətə verilmişdir. Məsələn, yalnız 2020–2024-cü illərdə 52 açıq səhmdar cəmiyyətinin səhmləri, 1 237 kiçik müəssisə və obyekt özəlləşdirilmiş, 12 dövlət müəssisəsi və əmlak kompleksinin özəlləşdirilməsi investisiya müsabiqələri vasitəsilə həyata keçirilmişdir. Bu proses 2026-cı ildə də davam edir.
Bu rəsmi faktlar göstərir ki, şikayətçilərin hüquqlarına vurulan zərərin ağır və bərpaedilməz xarakter alması gələcəyə aid abstrakt ehtimal deyildir. İstifadə edilməmiş özəlləşdirmə paylarının (çeklərinin) qanunla nəzərdə tutulmuş tədiyə funksiyasından istifadə edilməsinə normativ maneə davam etdiyi halda, həmin hüququn həyata keçirilməsi üçün nəzərdə tutulan dövlət əmlakı faktiki olaraq özəlləşdirilməkdə və onun hüquqi tərkibi dəyişməkdə davam edir. Buna görə vaxtın keçməsi hüququn ilkin formada real və səmərəli bərpasını obyektiv olaraq getdikcə çətinləşdirə, müəyyən əmlaklar üzrə isə mümkünsüz edə bilər.
Rəsmi mənbələr: Əmlak Məsələləri Dövlət Xidməti — 2020–2024-cü illərdə dövlət əmlakının özəlləşdirilməsi sahəsində görülmüş işlər; Əmlak Məsələləri Dövlət Komitəsinin 2012-ci il üzrə rəsmi hesabatı; Əmlak Məsələləri Dövlət Xidmətinin 2026-cı ildə ASC səhmlərinin satışına dair rəsmi məlumatı.
Beləliklə, şikayətçilərin istinad etdikləri ağır və bərpaedilməz zərər yalnız keçmişdə yaranmış istifadə məhdudiyyəti ilə deyil, mübahisələndirilən normativ maneə qüvvədə qaldığı müddətdə hüququn həyata keçirilməsi üçün zəruri olan özəlləşdirmə predmetinin hüquqi və faktiki vəziyyətinin dəyişməsi nəticəsində həmin hüququn əvvəlki formada real və səmərəli həyata keçirilməsi imkanının geri dönməz şəkildə darala bilməsi ilə əlaqədardır. Adi məhkəmələrin fərdi mübahisə üzrə göstərə biləcəyi hüquqi müdafiə isə Prezidentin mübahisələndirilən normativ müddəalarının Konstitusiyaya və qanunlara uyğunluğu məsələsini qəti həll etməklə həmin normativ maneəni aradan qaldıra bilmədiyindən, şikayətçilərin mövqeyinə görə, belə zərərin digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün deyildir.
Beləliklə, hazırkı işdə 34.5-ci maddə baxımından bərpaedilməzlik yalnız pul ekvivalenti ilə sonradan nəzəri olaraq əvəz edilə bilən maddi zərər kimi irəli sürülmür; əsas risk qanunla nəzərdə tutulmuş özəlləşdirmədə iştirak imkanının predmeti olan dövlət əmlakının hüquqi vəziyyətinin dəyişməsi nəticəsində həmin hüququn ilkin formada həyata keçirilməsi imkanının geri dönməz şəkildə daralmasıdır.
2.6. Qanunun 34.7.1 və 34.7.2-ci maddələrinin tələblərinin hazırkı şikayətdə əsaslandırılması
Qanunun 34.7.1-ci maddəsi mübahisə olunan aktla ərizəçinin hüquq və azadlıqlarının pozulmasının əsaslandırılmasını tələb edir. Şikayətçilərin hər biri hazırkı müraciətdə abstrakt normativ nəzarət tələb edən üçüncü şəxs kimi deyil, mübahisələndirilən normaların birbaşa təsir etdiyi hüquq sahibi kimi çıxış edir. Hər bir Şikayətçinin mülkiyyətində istifadə edilməmiş dövlət özəlləşdirmə paylarının (çeklərinin) olması şikayətə əlavə edilən müvafiq sənədlər və maddi sübutlarla təsdiq edilir. Həmin çeklər istifadə edilməmiş vəziyyətdə Şikayətçilərin mülkiyyətində qalmaqda davam etdiyi halda, mübahisələndirilən müddəalar onların qanunvericiliklə əlaqələndirilən tədiyə (ödəmə) funksiyasından istifadə etməsinə birbaşa hüquqi maneə yaradır. Buna görə mübahisələndirilən normativ aktlarla Şikayətçilərin iddia etdikləri hüquq pozuntusu arasında fərdi, birbaşa və aktual hüquqi əlaqə mövcuddur. Hazırkı şikayətin sonrakı bölmələrində həmin hüquqi əlaqə, mübahisələndirilən normaların Şikayətçilərin hüquqlarına təsiri, Konstitusiyanın 13, 29, 71, 94, 147 və 149-cu maddələri ilə əlaqə, habelə 878-IQ nömrəli Qanunun və digər normativ aktların müddəaları geniş şəkildə göstərilir. Qanunun 34.7.2-ci maddəsi isə alternativ əsaslardan biri kimi ağır və bərpaedilməz zərərin digər məhkəmələr vasitəsilə qarşısının alınmasının mümkün olmamasının əsaslandırılmasını qəbul edir. Hazırkı bilavasitə müraciətin prosessual əsası məhz 34.5-ci maddə ilə 34.7.2-ci maddənin bu alternativinin birlikdə tətbiqinə söykənir.
2.7. Qəbuledilənlik məsələsi ilə işin mahiyyəti bir-birindən ayrılmalıdır
Şikayətin icraata qəbul edilməsi mərhələsində əsas məsələ şikayətçilərin qaldırdığı normativ-konstitusion sualın mövcudluğu, mübahisələndirilən aktların onların hüquqlarına təsirinin kifayət qədər əsaslandırılması və bilavasitə müraciət üçün qanunda nəzərdə tutulan şərtlərin göstərilməsidir. Mübahisələndirilən normaların həqiqətən Konstitusiyaya və qanunlara zidd olub-olmaması isə işin mahiyyəti üzrə araşdırılmalı olan ayrıca məsələdir. Buna görə qəbuledilənlik mərhələsində mahiyyət üzrə yekun nəticənin əvvəlcədən həll edilməsi deyil, şikayətdə qaldırılmış ciddi konstitusion məsələnin Plenumun mahiyyəti üzrə araşdırmasına çıxarılması üçün qanuni prosessual əsasların mövcudluğu qiymətləndirilməlidir.
2.8. Palatanın qəbuledilənlik və Plenumun mahiyyət üzrə baxış funksiyası
Konstitusiya Məhkəməsinin qüvvədə olan daxili prosessual qaydalarına əsasən fərdi şikayətin icraata qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi məsələsi Konstitusiya Məhkəməsinin Palatası tərəfindən həll edilir. İcraata qəbul edilmiş şikayət üzrə mübahisələndirilən normativ-konstitusion məsələnin mahiyyəti isə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən araşdırılır. Hazırkı şikayətçilər buna görə Palatadan şikayətin qəbuledilənliyini Qanunun 34.1, 34.5, 34.7.1 və 34.7.2-ci maddələri əsasında qiymətləndirməyi və qanuni şərtlər mövcud hesab edildikdə işi mahiyyəti üzrə baxılması üçün Plenuma çıxarmağı xahiş edirlər.
2.9. HAZIRKI ŞİKAYƏTİN İCRAATA QƏBUL EDİLMƏSİNİ ƏSASLANDIRAN ÜÇ HƏLLEDİCİ HAL
Hazırkı şikayətçilər əvvəllər bu məsələ ilə bağlı heç bir məhkəmə icraatının iştirakçısı olmamış və heç bir məhkəməyə müraciət etməmişlər.Hazırkı şikayətçilərin heç biri bu məsələ ilə bağlı əvvəllər ümumi, inzibati və ya digər məhkəmələrə müraciət etməmiş, əvvəlki məhkəmə işlərinin tərəfi və ya iştirakçısı olmamışdır. Onların hazırkı müraciəti “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.5-ci maddəsində nəzərdə tutulmuş xüsusi bilavasitə müraciət əsası ilə verilir.
Digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün olmayan ağır və bərpaedilməz zərər riski mövcuddur.Şikayətdə ayrıca əsaslandırıldığı kimi, mübahisələndirilən normativ maneə qüvvədə qaldığı və dövlət əmlakının özəlləşdirilməsi davam etdiyi müddətdə şikayətçilərin qanunla əlaqələndirdikləri özəlləşdirmədə iştirak imkanının faktiki predmetinin dəyişməsi və daralması, nəticədə həmin hüququn ilkin formada real və səmərəli həyata keçirilməsi imkanının geri dönməz şəkildə zəifləməsi riski mövcuddur. Adi məhkəmələrin fərdi mübahisə üzrə göstərə biləcəyi hüquqi müdafiə Prezidentin mübahisələndirilən normativ müddəasının Konstitusiyaya və qanunlara uyğunluğu məsələsini qəti həll etməklə həmin normativ maneəni aradan qaldıra bilmədiyindən, şikayətçilər “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.5-ci maddəsinə əsasən bilavasitə Konstitusiya Məhkəməsinə müraciət edirlər.
Beləliklə, hazırkı şikayət əvvəlki məhkəmə işinin davamı və ya həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktlarının yenidən yoxlanılması tələbi deyil; şikayətçilərin özlərinə məxsus istifadə edilməmiş dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı hüquqlarına birbaşa təsir göstərdiyi iddia olunan normativ hüquqi aktın konstitusion-hüquqi yoxlanılması və digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün olmadığı əsaslandırılan ağır və bərpaedilməz zərərin qarşısının alınması məqsədilə verilmiş fərdi konstitusiya şikayətidir.
Qaldırılan əsas normativ-konstitusion məsələnin qəti həlli Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir və həmin məsələ Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə mahiyyəti üzrə həll edilməmişdir.Hazırkı şikayətin əsas predmeti Prezidentin normativ hüquqi aktının — 11 iyun 2004-cü il tarixli 75 nömrəli Fərmanın 1.1-ci bəndinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması, normativ aktların iyerarxiyasının və qanunla tanınmış əmlak-hüquqi mövqeyin aşağı hüquqi qüvvəli normativ aktla məhdudlaşdırılmasının konstitusion-hüquqi qiymətləndirilməsidir. Bu konkret normativ-konstitusion məsələlər əvvəllər Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə mahiyyəti üzrə həll edilməmişdir.
2.10. 19 DEKABR 2023-CÜ İL TARİXLİ PALATA QƏRARDADININ HAZIRKI ŞİKAYƏTİN İCRAATA QƏBULUNA MANEƏ YARATMAMASI VƏ SONRADAN ƏLDƏ EDİLMİŞ RƏSMİ SÜBUTLAR
Bu bölmədə 2023-cü il müraciəti və həmin işin ərizəçiləri barədə məlumatlar hazırkı şikayətçilərin şəxsi prosessual tarixçəsi kimi deyil, əvvəlki məhkəmə təcrübəsinin hüquqi konteksti kimi təqdim olunur. Hazırkı şikayətçilər əvvəlki işin iştirakçıları deyillər.
2023-cü il qərardadı mübahisənin mahiyyəti üzrə Plenum qərarı deyildirAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 19 dekabr 2023-cü il tarixli qərardadı hazırkı şikayətin avtomatik olaraq yolverilməz hesab edilməsi üçün hüquqi əsas yaratmır.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 37.0.6-cı maddəsinə əsasən, məsələ üzrə Konstitusiya Məhkəməsinin qərarı mövcud olduqda sorğu, müraciət və ya şikayət icraata qəbul edilmir. Qanunverici burada məhz “qərar” anlayışından istifadə etmişdir.
19 dekabr 2023-cü ildə qəbul edilmiş akt Konstitusiya Məhkəməsi Plenumunun mübahisənin mahiyyətini həll edən qərarı deyil, şikayətin Plenumun icraatına qəbul edilməsindən imtina barədə Palatanın qərardadıdır.
“Konstitusiya Məhkəməsi haqqında” Qanunun sistemi də “qərar” və “qərardad”ı eyniləşdirmir. Konstitusiya Məhkəməsinin öz rəsmi təcrübəsində Palatanın müraciətin Plenumun icraatına qəbulundan imtina etdiyi aktlar “Qərardad” adlandırılır və belə aktlarda məhz Plenumun icraatına qəbuldan imtina edildiyi göstərilir.
Xüsusi olaraq 2023-cü ildə dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı əsas konstitusion mübahisə — Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 nömrəli Fərmanının 1.1-ci bəndinin Konstitusiyaya və qüvvədə olan qanunlara uyğunluğu — Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mahiyyəti üzrə araşdırılaraq həll edilməmişdir.
Başqa sözlə, həmin qərardad aşağıdakı fundamental hüquqi suallara mahiyyəti üzrə cavab verməmişdir:
qanunla dövlət qiymətli kağızı və mülkiyyət xarakterli hüququ təmsil edən vasitə kimi müəyyən edilmiş dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadəsinin aşağı hüquqi qüvvəli normativ aktla dayandırılması Konstitusiyaya uyğundurmu; istifadə edilməmiş çeklərin hüquqi taleyi nə olmuşdur; həmin çeklər hansı konkret normativ hüquqi aktla, hansı səlahiyyətli dövlət orqanının qərarı ilə, hansı hüquqi prosedur əsasında və hansı tarixdə dövriyyədən çıxarılmışdır; istifadə edilməmiş çeklərin təmsil etdiyi əmlak marağı hansı hüquqi əsasla xitam olunmuş hesab edilə bilər?
Bu suallar üzrə Plenumun mahiyyəti həll edən qərarı mövcud deyildir.
Hazırkı şikayət 2023-cü il müraciətinin sadəcə təkrarı deyildirHazırkı şikayət 2023-cü ildə təqdim edilmiş müraciətin olduğu kimi yenidən verilməsi və ya 19 dekabr 2023-cü il qərardadına adi qaydada yenidən baxılması tələbi deyildir.
Hazırkı şikayətdə mübahisənin normativ-hüquqi əsası daha geniş şəkildə ortaya qoyulmuş, qanun–fərman münasibəti, normativ hüquqi aktların iyerarxiyası, mülkiyyət hüququ, hüquqi müəyyənlik, legitim gözlənti, istifadə edilməmiş çeklərin hüquqi taleyi, tədavül, dövriyyə və tədiyə funksiyalarının fərqləndirilməsi və dövlət orqanlarının sonrakı rəsmi mövqeləri kompleks şəkildə Konstitusiya Məhkəməsinin qarşısına qoyulmuşdur.
Ən mühüm fərqlərdən biri isə 2023-cü il müraciətinin hazırlanması və ona baxılması zamanı ərizəçilərin sərəncamında olmayan, sonradan əldə edilmiş rəsmi dövlət sənədlərinin hazırkı şikayətin sübut bazasına daxil edilməsidir.
2017-ci il tarixli iki rəsmi məktub yeni və mühüm sübut kimi əhəmiyyəti daşıyırHazırkı şikayət baxımından xüsusi əhəmiyyət kəsb edən yeni sübutlardan biri 2017-ci ildə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş iki rəsmi məktubdur.
Həmin məktublar 2023-cü ildə əvvəlki konstitusiya şikayəti hazırlanarkən ərizəçilərin sərəncamında olmamışdır.
Bu sənədlər sonradan aparılan məhkəmə prosesləri zamanı digər vətəndaşlar tərəfindən təqdim edilmiş və bundan sonra ərizəçilərin istifadəsinə verilmişdir.
Burada sənədlərin ilkin olaraq konkret hansı vətəndaşa ünvanlanması və ya onların ərizəçilərə sonradan hansı vətəndaş tərəfindən təqdim edilməsi sənədlərin hüquqi əhəmiyyətini öz-özlüyündə aradan qaldırmır. Həlledici məsələ həmin sənədlərin səlahiyyətli dövlət orqanından çıxmış rəsmi sənədlər olması, onların həqiqiliyinin müəyyən edilə bilməsi və mübahisənin predmetinə bilavasitə aid məlumat ehtiva etməsidir.
Həmin rəsmi məktublarda dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması ilə bağlı müvafiq qaydanın müəyyən edilmədiyini göstərən məlumatların mövcudluğu hazırkı konstitusion mübahisə üçün xüsusi əhəmiyyət daşıyır.
Çünki 19 dekabr 2023-cü il qərardadında istifadə edilmiş “çeklərin dövriyyədən çıxarılması” barədə faktiki-hüquqi ilkin şərt ilə dövlətin maliyyə bazarlarına nəzarət sahəsində səlahiyyətli olmuş orqanının 2017-ci ildə verdiyi rəsmi məlumat arasında mümkün ziddiyyət yaranır.
Belə vəziyyətdə məsələ əvvəlki hüquqi arqumentlərinin təkrarından ibarət deyildir.
Əksinə, Konstitusiya Məhkəməsi qarşısında yeni sübut əsasında yoxlanılması tələb edilən obyektiv hüquqi sual meydana çıxır:
Əgər səlahiyyətli dövlət orqanı 2017-ci ildə özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması qaydasının müəyyən edilmədiyini rəsmi şəkildə bildirmişdirsə, 2023-cü il qərardadında çeklərin dövriyyədən çıxarılmış olması hansı konkret normativ hüquqi akt, hansı hüquqi prosedur və hansı rəsmi hüquqi əsas əsasında müəyyən edilmişdir?
Bu sualın cavablandırılması hazırkı iş üçün həlledici əhəmiyyət daşıyır.
Sonradan əldə edilmiş rəsmi sənədlər 2023-cü il qərardadının faktiki əsasının yenidən qiymətləndirilməsini tələb edirKonstitusiya icraatının məqsədi yalnız əvvəl qəbul edilmiş prosessual nəticənin formal şəkildə qorunması deyil, ilk növbədə Konstitusiyanın aliliyinin və əsas hüquq və azadlıqların müdafiəsinin təmin edilməsidir. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 1.2-ci maddəsi Konstitusiya Məhkəməsinin əsas məqsədlərini məhz Konstitusiyanın aliliyinin və əsas hüquq və azadlıqların müdafiəsinin təmin edilməsi kimi müəyyən edir.
Üstəlik, həmin Qanun Konstitusiya Məhkəməsinə məsələyə aid sənəd və materialları dövlət orqanlarından tələb etmək səlahiyyəti də verir. Qanunun 36.3.2-ci maddəsinə əsasən, məsələyə aid sənədlər, materiallar və işlər dövlət və özünüidarə orqanlarından tələb edilə bilər.
Buna görə hazırkı işdə 2017-ci il məktublarının həqiqiliyi, onların hansı hüquqi və faktiki məlumatlara əsaslandığı, həmin tarixdə dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına dair ayrıca hüquqi prosedurun mövcud olub-olmadığı və müvafiq dövlət orqanlarının mövqeləri Konstitusiya Məhkəməsi tərəfindən zəruri hallarda aidiyyəti dövlət qurumlarından sənədlər tələb edilməklə araşdırıla bilər.
Bu, xüsusilə ona görə vacibdir ki, 2023-cü il qərardadında istifadə edilmiş əsas faktiki-hüquqi müddəalardan biri sonradan əldə edilmiş rəsmi dövlət sənədlərinin məzmunu ilə uzlaşmaya bilər.
Belə yeni rəsmi sübutların mövcudluğu şəraitində ərizəçilərin əvvəlki müraciət faktını hazırkı şikayətin araşdırılmasına mütləq prosessual maneə kimi qəbul etmək Konstitusiya Məhkəməsinin əsas məqsədi olan fundamental hüquqların müdafiəsi ilə uzlaşdırılmalıdır.
Konstitusion mübahisə mahiyyəti üzrə həll edilməmiş qalırHazırkı şikayətin məqsədi Konstitusiya Məhkəməsindən 2023-cü il qərardadının sadəcə dəyişdirilməsini və ya həmin qərardada formal qaydada yenidən baxılmasını tələb etmək deyildir.
Ərizəçilər Konstitusiya Məhkəməsi qarşısında mahiyyəti üzrə həll edilməmiş və hüquqi nəticələri davam edən konstitusion normativ mübahisəni qaldırırlar.
Həmin mübahisənin mərkəzində aşağıdakı məsələ dayanır:
qanunvericiliklə dövlət qiymətli kağızı kimi müəyyən edilmiş və mülkiyyət xarakterli hüquqları təmsil edən dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadəsinə müddət müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 nömrəli Fərmanının 1.1-ci bəndinin Konstitusiyanın və qüvvədə olan qanunların tələblərinə uyğun olub-olmaması.
Bu məsələ üzrə Konstitusiya Məhkəməsi Plenumunun məsələnin mahiyyətini həll edən qərarı mövcud olmadığı halda, Palatanın 2023-cü il tarixli qərardadının öz-özlüyündə hazırkı konstitusion mübahisənin mahiyyəti üzrə araşdırılmasının qarşısını alan hüquqi maneə kimi qiymətləndirilməsi əsaslandırılmalıdır.
Əks yanaşma nəticə etibarilə belə vəziyyət yarada bilərdi ki, Plenum tərəfindən heç vaxt mahiyyəti üzrə araşdırılmamış konstitusion məsələ Palatanın ilkin qəbul mərhələsində qəbul etdiyi qərardad səbəbindən gələcəkdə də mahiyyəti üzrə konstitusion nəzarətdən kənarda qalsın.
Bu isə xüsusilə sonradan əldə edilmiş rəsmi dövlət sənədlərinin əvvəlki qərardadın mühüm faktiki-hüquqi ilkin şərtlərindən birini şübhə altına aldığı şəraitdə ayrıca konstitusion qiymətləndirmə tələb edir.
NƏTİCƏ
Beləliklə:
birincisi, 19 dekabr 2023-cü il aktı Konstitusiya Məhkəməsi Plenumunun mübahisəni mahiyyəti üzrə həll edən qərarı deyil, Palatanın icraata qəbuldan imtina barədə qərardadıdır;
ikincisi, əsas konstitusion mübahisə, o cümlədən 75 nömrəli Fərmanın 1.1-ci bəndinin Konstitusiya və qanunlara uyğunluğu Plenum tərəfindən mahiyyəti üzrə həll edilməmişdir;
üçüncüsü, hazırkı şikayət 2023-cü il müraciətinin mexaniki təkrarı deyil, əhəmiyyətli dərəcədə genişləndirilmiş hüquqi və faktiki əsaslara söykənir;
dördüncüsü, 2023-cü il müraciəti zamanı ərizəçilərin sərəncamında olmayan və sonradan əldə edilmiş 2017-ci il tarixli iki rəsmi dövlət sənədi hazırkı işin sübut bazasına daxil olmuşdur;
beşincisi, həmin sənədlər 2023-cü il qərardadında çeklərin dövriyyədən çıxarılmış olması barədə qəbul edilmiş faktiki-hüquqi ilkin şərtin hansı normativ və prosedur əsasa söykəndiyinin ayrıca yoxlanılmasını zəruri edir.
Bu səbəblərə görə başqa şəxslər tərəfindən 2023-cü ildə Konstitusiya Məhkəməsinə etdikləri müraciət hazırkı, yeni faktiki və hüquqi əsaslara söykənən şikayətin yalnız əvvəlki müraciət faktına görə yolverilməz hesab edilməsi üçün “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 37.0.6-cı maddəsinin tətbiq şərtlərinin mövcudluğu ayrıca və əsaslandırılmış şəkildə müəyyən edilməlidir. Ərizəçilərin mövqeyinə görə isə, 2023-cü il Palata qərardadı hazırkı şikayətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilərək mahiyyəti üzrə araşdırılmasına hüquqi maneə yaratmır.
2.11. Qəbuledilənlik üzrə nəticə
Beləliklə, hazırkı şikayətin qəbuledilənliyi bir-birini tamamlayan hüquqi əsaslar üzərində qurulur: Konstitusiyanın 130-cu maddəsinin V hissəsi fərdi konstitusiya şikayəti hüququnu tanıyır; “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.1-ci maddəsi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından fərdi şikayəti nəzərdə tutur; 34.5-ci maddə ağır və bərpaedilməz zərərin digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün olmadıqda bilavasitə müraciətə yol verir; 34.7.1 və 34.7.2-ci maddələr isə hüquq pozuntusunun və bilavasitə müraciətin prosessual əsasının şikayətdə əsaslandırılmasını tələb edir. Şikayətçilərin mövqeyinə görə, sonrakı bölmələrdə təqdim olunan faktiki və hüquqi materiallar bu şərtlərin hazırkı işdə mövcud olduğunu göstərir və şikayətin mahiyyəti üzrə konstitusion araşdırmaya qəbul edilməsini əsaslandırır.
III. HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLAR
Xronoloji və geniş izahlı hüquqi əsaslandırma
GİRİŞ – SSRİ-nin dağılması ilə sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasında (bundan sonra “AR” olaraq adlandırılacaq) olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. SSRİ dövründə mövcud olan dövlət əmlakı hüquqi baxımdan xalq mülkiyyəti hesab olunurdu. 1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunlarla dövlət əmlakından özəlləşdirmə paylarının xalqa verilməsi mexanizmi quruldu.
Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi 1990-cı illərdə dövlət əmlakının vətəndaşlar arasında bölüşdürülməsinin hüquqi əsaslarını və özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində istifadəsi mexanizmini müəyyən etmişdir. Özəlləşdirmə haqqında qanunvericilikdə dövlət özəlləşdirmə paylarının (çeklərinin) hüquqi statusu və onların dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi kimi funksiyası ayrıca təsbit edilmişdir.
Konstitusiya Məhkəməsinə təqdim edilən bu şikayət Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit edilmiş mülkiyyət hüququnun təmin olunmaması, pozulması ilə bağlıdır və təkcə şikayətçilərin fərdi hüquq mübahisəsi deyil, Azərbaycan Respublikasının hüquq sistemində yaranmış normativ ziddiyyətin aradan qaldırılması məqsədi daşıyır. Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunvericiliyi ilə vətəndaşlara verilmiş özəlləşdirmə payları (çekləri) qanunla tanınmış mülkiyyət hüququnun obyektidir və həmin hüquq bu günə qədər qanunvericiliklə ləğv edilməmişdir. Lakin uzun illərdir ki, icra hakimiyyəti aktları və inzibati praktika nəticəsində bu hüququn həyata keçirilməsi faktiki olaraq mümkünsüz vəziyyətə gətirilmişdir. Bu isə Konstitusiya ilə təmin edilmiş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması öhdəliyinin yerinə yetirilməməsi deməkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Belə vəziyyət Konstitusiyanın 147 və 149-cu maddələrində təsbit edilmiş normativ hüquqi aktların iyerarxiyası prinsipinə ziddir və yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində aradan qaldırıla bilər. Qanun və icra hakimiyyəti aktı arasında yaranmış normativ ziddiyyətin aradan qaldırılmasının vacibliyi Konstitusiya hüququnun tətbiqi ilə bağlı prinsipial məsələ olduğundan belə bir məsələ yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində həll edilə bilər. Bu səbəbdən işin Plenum iclasında araşdırılması zəruri hesab edilir.
Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunvericiliyinə əsasən özəlləşdirmə çekləri vətəndaşlara dövlət əmlakında pay əldə etmək məqsədilə verilmiş, qanunla yaradılmış özəlləşdirmə qiymətli kağızları və mülkiyyət hüququnun obyektləridir. Onlar eyni zamanda qanunla yaradılmış mülkiyyət xarakterli hüquqi-iqtisadi aktiv və əmlak-hüquqi statusun daşıyıcısı olmaqla, dövlət əmlakının əldə edilməsi funksiyasını yerinə yetirən xüsusi hüquqi alətlərdir.
Dövlət tərəfindən bu alətlərin dövriyyəyə buraxılması, sərbəst alqı-satqısına icazə verilməsi və dövlət əmlakının əldə olunması üçün istifadə edilməsi onların faktiki olaraq iqtisadi münasibətlərdə dəyər ekvivalenti funksiyası daşıdığını göstərir. Bu isə həmin hüquqların yalnız nominal deyil, real iqtisadi məzmun daşıdığını təsdiq edir.
Lakin sonradan icra hakimiyyəti aktları və inzibati təcrübə nəticəsində qanunla tanınmış bu hüququn həyata keçirilməsi faktiki olaraq mümkünsüz vəziyyətə gətirilmişdir. Beləliklə, Şikayətçilərin mülkiyyət hüququ formal olaraq mövcud olsa da, onun real həyata keçirilməsi imkanı aradan qaldırılmışdır.
Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq məhdudlaşdırılması və ya ləğv edilməsi, həmin qanunvericiliyin icra olunmaması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır, hüquqi dövlət prinsipinə ziddir.
Xüsusilə qeyd olunmalıdır ki, yaranmış hüquqi vəziyyət normativ aktlar arasında ziddiyyət xarakteri daşıyır və bu ziddiyyətin aradan qaldırılması ümumi məhkəmələrin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən məsələ yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində həll edilə bilər.
Bundan əlavə, Şikayətçilərdə dövlət tərəfindən yaradılmış hüquqi rejim əsasında legitim gözlənti formalaşmışdır. Bu gözlənti həm milli hüquq prinsiplərinə, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış praktikasına uyğun olaraq mülkiyyət hüququnun tərkib hissəsi kimi qorunmalıdır.
Beləliklə, təqdim edilən şikayət yalnız fərdi hüquq pozuntusu ilə bağlı deyil, eyni zamanda hüquqi müəyyənlik, legitim gözlənti və normativ aktların iyerarxiyası prinsiplərinin pozulması ilə bağlı sistemli konstitusion məsələni əhatə edir.
ƏSAS KONSTİTUSİON SUAL:
Hesab edirik ki, Konstitusiya Məhkəməsinin bu iş üzrə həll etməli olduğu əsas konstitusion məsələ aşağıdakından ibarətdir:
Qanun qüvvədə qaldığı halda, qanunla tanınmış mülkiyyət hüququnun icra hakimiyyəti aktları və inzibati praktika ilə faktiki olaraq istifadəsiz hala gətirilməsi Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələri ilə uzlaşırmı?
ƏSAS KONSTİTUSİON SUALI DƏQİQLƏŞDİRƏN DÖRD HƏLLEDİCİ HÜQUQİ SUAL:
Hansı Qanunun hansı maddəsi Azərbaycan Respublikası Prezidentinə Qanunun özündə ödəmə vasitəsi kimi tanınmış istifadə olunmamış dövlət özəlləşdirmə çeklərinin bu funksiyasına son tarix qoymaq və həmin tarixdən sonra bu hüquqi funksiyanı mahiyyətcə aradan qaldırmaq səlahiyyəti vermişdir? 75 nömrəli Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan “qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılma” tələbinə uyğun olaraq konkret dövriyyədənçıxarma qaydası hansı normativ hüquqi aktla, hansı tarixdə və hansı səlahiyyətli orqan tərəfindən müəyyən edilmişdir? 878-IQ nömrəli Qanunun 10-cu maddəsi qüvvədədirsə, həmin maddənin dövlət özəlləşdirmə paylarını (çeklərini) özəlləşdirmədə ödəmə vasitəsi kimi tanıyan normativ məzmunu hansı hüquqi əsasla faktiki tətbiq edilmir və bu vəziyyət Konstitusiyanın 147 və 149-cu maddələrində təsbit olunmuş normativ iyerarxiya tələbləri ilə necə uzlaşdırılır? Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 nömrəli Fərmanının 1.1-ci bəndi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli 878-IQ nömrəli Qanunun icrasını yalnız konkretləşdirirdimi, yoxsa həmin Qanunun 10-cu maddəsində dövlət özəlləşdirmə paylarına (çeklərinə) verilmiş tədiyə (ödəmə) vasitəsi funksiyasının həyata keçirilməsinə Qanunun özündə nəzərdə tutulmayan son tarix müəyyən etməklə qanunla yaradılmış hüquqi rejimi dəyişdirirdimi?Əgər 75 nömrəli Fərmanın 1.1-ci bəndi yalnız Qanunun icrasını konkretləşdirən norma hesab edilirsə, həmin konkret zaman məhdudiyyətini müəyyən etmək üçün Prezidentə verilmiş normayaratma səlahiyyətinin konkret konstitusion və qanuni mənbəyi, onun predmeti və hüdudları müəyyən edilməlidir.
Əgər həmin bənd qanunla tanınmış tədiyə funksiyasının həyata keçirilməsini zaman etibarilə məhdudlaşdırmaqla mövcud hüquqi rejimi dəyişdirirdisə, bu halda belə dəyişikliyin nə üçün Qanunun özünə qanunverici orqan tərəfindən edilmədiyi, daha aşağı hüquqi qüvvəli normativ aktla eyni hüquqi nəticənin yaradılmasının Konstitusiyanın 94, 147 və 149-cu maddələri və 75 nömrəli Fərmanın qəbul edildiyi vaxt qüvvədə olmuş “Normativ hüquqi aktlar haqqında” 26 noyabr 1999-cu il tarixli 761-IQ nömrəli Qanunun normativ aktların iyerarxiyası və normayaratma səlahiyyətinin hüdudlarına dair tələbləri ilə necə uzlaşdırıldığı müəyyən edilməlidir.
Bu baxımdan hazırkı konstitusion mübahisənin həlledici hüquqi sərhədi yalnız özəlləşdirmə çeklərinin tədiyə vasitəsi kimi istifadə müddətinin başa çatıb-çatmaması məsələsi deyildir. Əsas məsələ qanunverici tərəfindən qiymətli kağıza verilmiş konkret əmlak-hüquqi funksiyanın həyata keçirilməsinə Qanunun özündə nəzərdə tutulmayan zaman məhdudiyyətinin aşağı hüquqi qüvvəli normativ aktla müəyyən edilməsinin Qanunun icrasının konkretləşdirilməsi, yoxsa qanunla müəyyən edilmiş hüquqi rejimin dəyişdirilməsi olub-olmamasıdır.
Bu fərqin müəyyən edilməsi xüsusilə ona görə zəruridir ki, normativ aktın qəbul edilməsinin məqsədinin və ya özəlləşdirmə prosesinin təşkilinin icra hakimiyyətinin səlahiyyətinə aid olması, öz-özlüyündə qanunla müəyyən edilmiş əmlak-hüquqi rejimin dəyişdirilməsi üçün ayrıca normayaratma səlahiyyətinin mövcudluğunu təsdiq etmir. İctimai, iqtisadi və təşkilati məqsədin mövcudluğu ilə konkret hüquqi məhdudiyyəti müəyyən etmək səlahiyyətinin mövcudluğu eyni hüquqi məsələ deyildir.
Buna görə Konstitusiya Məhkəməsi tərəfindən cavablandırılmalı olan məsələ Prezidentin ümumiyyətlə normativ fərman qəbul etmək və dövlət özəlləşdirmə proqramlarının icrasını təmin etmək səlahiyyətinin olub-olmaması deyil. Müəyyən edilməli olan məsələ məhz qanunverici tərəfindən dövlət özəlləşdirmə paylarına (çeklərinə) verilmiş tədiyə vasitəsi funksiyasının həyata keçirilməsinə son tarix qoyan konkret normanı qəbul etmək üçün səlahiyyətin hansı Konstitusiya və ya qanun normasından irəli gəlməsi və həmin səlahiyyətin hüquqi hüdudlarının nədən ibarət olmasıdır.
Bu dörd həlledici sual hazırkı şikayətin sonrakı hüquqi əsaslandırmasının başlanğıc nöqtəsini təşkil edir. Aşağıda 75 nömrəli Fərmanın qəbul edildiyi dövrdə qüvvədə olmuş normativ hüquqi çərçivə, 878-IQ nömrəli Qanunun 10 və 12-ci maddələrinin fərqli tənzimləmə predmetləri, 75 nömrəli Fərmanın 1.1 və 1.2-ci bəndlərinin qarşılıqlı hüquqi əlaqəsi, normayaratma səlahiyyətinin mənbəyi və hüdudları, normativ aktların iyerarxiyası, habelə istifadə edilməmiş özəlləşdirmə paylarının hüquqi taleyi ayrıca və sistemli şəkildə təhlil edilir.
Əsaslar:
Normativ hüquqi aktın hüquqi qüvvəsi onun adından deyil, Konstitusiya və qanunvericiliklə müəyyən edilmiş normativ iyerarxiyadakı yerindən irəli gəlir.Qanunun tanıdığı ödəmə imkanının icra qaydasını müəyyən etmək səlahiyyəti həmin imkanı müəyyən tarixdən sonra tam dayandırmaq səlahiyyəti ilə eyniləşdirilə bilməz.
12-ci maddə isə tədavül vasitəsi kimi istifadə hüququnu ayrıca təsbit etmir. O, ödəmə vasitəsi kimi təqdim olunmuş çeklərin tədavüldən çıxarılması qaydalarının Dövlət Proqramı ilə tənzimlənməsini nəzərdə tutur. Deməli, bu maddənin birbaşa tənzimlədiyi hal istifadə olunmuş çeklərin çıxarılmasıdır; istifadə edilməmiş bütün çeklərin vaxt keçdiyinə görə qüvvəsizləşdirilməsi orada açıq göstərilmir.
Qanunun müəyyən etdiyi konkret çıxarılma halından kənar yeni əsasın fərmanla yaradılması üçün hansı qanuni səlahiyyət mövcuddur?
Proqramın sonradan qəbul edilməsi ona qanundan üstün qüvvə vermir.Bu məsələdə haqlısınız. Konstitusiyanın 149-cu maddəsinin IV hissəsinə görə fərman qanuna zidd ola bilməz. Sənədin “Dövlət Proqramı” adlandırılması da onu təsdiq edən fərmanın hüquqi qüvvəsini qanun səviyyəsinə qaldırmır. Sonrakı tarix qanuna zidd müddəanı özlüyündə qanuniləşdirmir.
Xüsusi normanın üstünlüyü yalnız cinayət hüququna aid deyil.“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.4-cü maddəsi eyni akt daxilində ümumi və xüsusi normalar ziddiyyət təşkil etdikdə xüsusi normanın tətbiqini nəzərdə tutur. 10.6-cı maddə isə normaları birlikdə tətbiq etmək mümkündürsə, kolliziya olmadığını bildirir.
Ona görə burada əvvəlcə normaları uzlaşdıran şərh verilməlidir: 878-IQ nömrəli Qanunda 5-ci maddə icra mexanizmini müəyyən etməyə imkan verir, 10 və 12-ci maddələr isə həmin mexanizmin qanuni sərhədlərini müəyyənləşdirir. Bu, mənim həmin normaların əlaqəli oxunuşundan çıxardığım hüquqi nəticədir.
“Hüquqla bağlı heç bir məsələ fərmanla tənzimlənə bilməz” ifadəsini dəqiqləşdirmək lazımdır.10 və 12-ci maddələrin daha konkret olması, 5-ci maddənin bütün tətbiqini avtomatik istisna etmir. Sübut olunmalı məqam budur ki, mübahisəli son tarix qanunun icrasını təşkil etməkdən çıxaraq qanunun tanıdığı imkanın məzmununu dəyişir. Fərman hüququn həyata keçirilməsi mexanizmini qanuna uyğun tənzimləyə bilər. Hüququn icrasına dair səlahiyyət qanunun verdiyi hüququ dəyişmək və ya faktiki istifadəsiz qoymaq üçün sərhədsiz səlahiyyət deyil. Burada həlledici məsələ hüquqa təsiridir.
İstifadə qaydasını müəyyən etmək səlahiyyəti, qanunda ayrıca və kifayət qədər aydın əsas olmadan, çeklərin qanunla tanınmış ödəmə funksiyasını qəti son tarixlə aradan qaldırmaq səlahiyyəti kimi şərh edilə bilməz.
KONSTİTUSİYA ŞİKAYƏTİNİN PREDMETİ:Bu şikayətlə bildirmək istəyirik ki, icra hakimiyyəti aktları, inzibati praktika və məhkəmə təfsiri ilə Azərbaycan Respublikası Konstitusiyasının aşağıdakı müddəalarının pozulduğu iddia edilir:
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi – Mülkiyyətin toxunulmazlığı prinsipi pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi – Mülkiyyət hüququnun dövlət tərəfindən qorunması təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi – Konstitusiyanın və qanunların aliliyi prinsipi pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi – Normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyası pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi – Mülkiyyət hüquqlarının tənzimlənməsinin yalnız qanunverici orqana aid olması prinsipi pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi – İnsan və vətəndaş hüquqlarının təmin edilməsi ilə bağlı dövlət öhdəlikləri pozulmuşdur. Dövlət Şikayətçilərə Dövlət Qiymətli Kağızı - özəlləşdirmə çekləri təqdim etməklə, onlara real iqtisadi dəyərə malik əmlak vəd etmişdir.Beləliklə, Şikayətçilərin mövqeyinə görə, qanunla tanınmış əmlak-hüquqi status formal olaraq mövcud qalsa da, həmin hüququn əsas iqtisadi funksiyasının praktik həyata keçirilməsi mümkün olmamışdır.
Şikayətçilərin mövqeyinə görə, göstərilən məhdudiyyətlərin konstitusion və qanuni əsası aşağıdakı hüquqi müddəalar nəzərə alınmaqla qiymətləndirilməlidir:
Dövlət əmlakının özəlləşdirilməsi prosesi hüquqi baxımdan davam edən normativ çərçivə ilə tənzimlənir. Bu gün qüvvədə olan 16 may 2000-ci il tarixli, 878-IQ nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 10-cu maddəsi dövlət özəlləşdirmə paylarını (çeklərini) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitələrindən biri kimi tanıyır. Şikayətçilərin mövqeyinə görə, həmin qanuni funksiyaya son tarix qoyulmasının ayrıca və kifayət qədər aydın qanuni əsası müəyyən edilməlidir.
Dövlət tərəfindən yaradılmış hüquqi rejim çərçivəsində Şikayətçilərə verilmiş dövlət özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş əmlak-hüquqi və iqtisadi məzmuna malik olmuşdur. Şikayətçilərin mövqeyinə görə, istifadə edilməmiş çeklərə münasibətdə həmin hüquqi-iqtisadi məzmunun əsas funksiyasının sonradan real və səmərəli həyata keçirilməsi mümkün olmamışdır.
KONSTİTUSİYA ŞİKAYƏTİNİN VERİLMƏSİNİN SƏBƏBLƏRİKonstitusiya şikayətinin verilməsinin səbəbləri ilə bağlı deyə bilərik ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 149-cu və digər maddələrinin, xüsusilə “normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyası və başqa maddələrinin” pozulması nəticəsində, aşağıdakı qəbuledilməz pozuntular meydana gəlmişdir:
Hüquqi müəyyənlik prinsipi pozulmuşdur (legal certainty). Qanuni gözlənti pozulmuşdur (legitimate expectation). Dövlətin vətəndaşlara verdiyi rəsmi vədlərin yerinə yetirilməməsi meydana gəlmişdir. Dövlətin yaratdığı hüquqi sistemin yarımçıq saxlanılması meydana gəlmişdir. Adi məhkəmələr tərəfindən effektiv hüquqi müdafiənin olmaması meydana gəlmişdir. Mülkiyyət hüququ pozulmuşdur. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) qanunvericilikdə tənzimlənməsi - QANUNVERİCİLİK – FAKTLARAşağıda göstərilən faktlar dövlət özəlləşdirmə paylarının (çeklərinin) qanunla müəyyən edilmiş hüquqi statusunu, istifadə edilməmiş çeklərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövriyyədən çıxarılıb-çıxarılmadığına dair hüquqi qeyri-müəyyənliyi və onların istifadəsinin sonradan aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması məsələsini göstərir.
A) HÜQUQİ STATUS: 07.01.1993-cü il tarixli 445 saylı "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" (bundan sonra “07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanunu”) “Dövlət özəlləşdirmə Proqramı” adlanan Qanunun 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Özəlləşdirmənin Dövlət Proqramı hər il noyabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisin – qanunverici orqanın) təsdiqinə verilir. Azərbaycan Respublikasının Ali Soveti özəlləşdirmənin Dövlət Proqramını dekabrın 20-dən gec olmayaraq təsdiq edir. Dövlət Proqramında dəyişikliklər Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə edilə bilər” (https://e-qanun.az/framework/8062). 07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanununun 10-cu maddəsində deyilir ki, “Özəlləşdiriləcək müəssisələrin, obyektlərin (əmlakı) siyahısı, özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları ancaq qanunverici orqan tərəfindən Qanunla qəbul olunacaq Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilə bilər”. Həmin Qanunun “Özəlləşdirmə payı” adlı 18-ci maddəsinin 1-ci bəndində deyilir ki, “Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.Bu bəndlə Qanun Dövlət Özəlləşdirmə Payının (bundan sonra DÖP) əvəzsiz Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 08 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















