Icma.az
close
up
RU
Azərbaycanda kişilər niyə məktəbdə müəllim işləmək istəmir?

Azərbaycanda kişilər niyə məktəbdə müəllim işləmək istəmir?

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Azərbaycanda orta məktəblərin aparıcı pedaqoji heyətinin əksəriyyətini qadınlar təşkil edir. Belə demək olarsa, təhsil prosesinin mərkəzində qadınlar dayanır.

Ölkəmizdə zərif cinsin müəllim peşəsi ilə bağlı seçimi bəzi ənənələrə söykənsə də qızların təhsil almasını motivasiya verən mühüm məqamlardan hesab olunur.

Təhsil naziri Emin Əmrullayev təhsil sahəsində çalışan qadınların sayını da göstərmişdi. Nazir bəyan etmişdi ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir.

Dünya ölkələrində məktəbdə qadın və kişi müəllimilərin sayı barədə müzakirələr müxtəlif platformalarda aparılır.

Kişi müəlliminin zəhmi və tədrisi idarə etməsi hələ sovet zamanından cəmiyyətin diqqət verdiyi əsas məqam olub. SSRİ zamanında məktəb müəlliminin portreti təqribən belə idi: 40-45 yaşlarında, yüksək mədəni səviyyəli və bir məktəbdə əvvəldən axıra qədər işləyən pedaqoq. Müəllimin sosial statusu çox yüksək qiymətləndirilirdi.  15-20 il stajı olan müəllimin əmək haqqı zavodda işləyən texniki mütəxəssisin maaşından çox olmasa da müəllimə verilən hörmət və ehtiram hamıdan yüksək idi.

SSRİ dağıldıqdan sonra postsovet ölkələrində təhsil sektoru hər bir ölkənin yürütdüyü siyasətin prioritetləri üzərində quruldu.

Azərbaycan da bu sırada öz yerini tuturdu.

Ötən əsrin 90-cı illərinin əvvələrində pedaqoq peşəsinin əhəmiyyəti kəskin şəkildə düşdü. Bunun əsas səbəbi çox aşağı olan əmək haqqı, məktəblərdə ardıcıl aparılan  islahatlar idi. Bu islahatlar müəllimlərə yeni tələblərə və şərtlərə adaptasiya olunmağa imkan vermirdi. Öz peşəsini saxlamaq istəyənlərin bir hissəsi özəl kolleclərə, gimnaziyalara və litseylərə üz tutdu.

Bundan başqa sosial vəziyyətin doğurduğu problemlər bu sahədə ənənəvi balansı da pozdu. Müəllim maaşı ilə ailə dolandırmağın çətinliyi səbəbindən kişilərin son 30 ildə pedaqoji heyətdə yerləri xeyli seyrəlib.

Bəs dünya ölkələrində bu balans necədir?

Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumatlara görə, ölkələr üzrə pedaqoji heyətdə qadınların üstünlük təşkil etdiyi rəqəmlər müxtəlifdir.

Asiyada təhsil sektoru qadınların məşğuliyyət sahəsi kimi mühüm yer sayılır. Pedaqoji sektorun “şərəfli”, “etibarlı iş yeri” imici var. Məsələn, Çində 2011-ci ildə məktəblərdə çalışan müəllimlərin 42,1 faiz kişi, 57,9 faiz qadın olub. Malyziyada təhsil sahəsində işləyən müəllimlərin 65 faizi qadındır. Tailandda bu 61 faizdir. Yaponiyada isə bu rəqəm 39 faizi keçmir.

Statistik göstəriciləri araşdırdıqda Avropa ölkələrində rəqəmlər maraqlıdır. Məsələn, Latviyada məktəblərdə pedaqoji kollektivin 88,7 faiz qadın müəllimələr təşkil edir. Rusiyada bu 86 faizdir. ABŞ məktəblərdə müəllimlərin 76 faiz qadınlar, 24 faiz kişilərdir. Britaniyada pedaqoji sahədə çalışanların 26 faiz kişi müəllimdir, 78 faiz qadındır.

Müsəlman ölkələrinin əksəriyyətində isə pedaqoq peşəsi “kişi peşəsi” hesab olunur və qadın üçün çətin iş sayılır.

BMT-nin statistik məlumatına görə, dünyanın bütün regionlarında ibtidai məktəb müəllimlərinin sayına görə, qadınlar kişiləri əhəmiyyətli sayda qabaqlayır. Burada yalnız Afrika istisnadır.

Ekspertlərin sözlərinə görə, Azərbaycanda hazırda məktəblərdə kişi müəllimlərin sayının az olması müəyyən streotiplərlə bağlıdır. Birinci odur ki, müəllim peşəsi “qadın peşəsi” sayılır, digər tərəfdən verilən maaşla ailə saxlamaq kişi üçün o qədər də asan deyil.

Əmək haqqı pedaqoji sahə üçün “ağrılı nöqtə” hesab olunur. Bu baxımdan peşə seçimində bu amil vacib rol oynayır.

Dünya ölkələrində isə müəllimlərin maaşı dövlətlərin səviyyəsinə görə dəyişir. Qərb ölkələrində bu məbləğ yüksəkdir. Müqayisə üçün deyək ki, ABŞ-da müəllimin orta aylıq əmək haqqı ştatdan asılı olaraq 2700-4000 dollardır. Britaniyada bu 3000 dollar, Almaniyada 4000 dollar, Fransada 2600 dollardır. Finlandiyada müəllimlər ayda 3000 dollar maaş alırlar.

Postsovet ölkələrində bu məbləğ əhəmiyyətli dərəcədə az olsa da ölkələr üzrə müxtəlifdir. Məsələn, qonşu Rusiyada müəllimlərin orta aylıq əmək haqqı 32 min rubldur. (410 dollar)

Ukraynada müəllimlər ayda 350 dollar, Belarusda 300 dollar, Ermənistanda 332 dollar, Gürcüstanda 520 dollar, Qazaxstanda 700 dollar məvacib alırlar.

Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir.

Müqayisə etdikdə görmək olur ki, hətta yüksək maaş olan Avropa ölkələrində belə kişilər pedaqoji sistemdə azlıq təşkil edir.

Bu gün demək olar ki, Azərbaycan məktəblərində çalışan pedaqoq qadınlar 35-45 yaşlarında ali təhsil almış qadınlardır. Bu müəllimlər təsir dairəsinə görə, təkcə təhsil prosesi üçün deyil, həmçinin şagirdlərlə və valideynlərlə dərsdən xaric münasibətlərin formalaşmasının məsuliyyətini daşıyırlar.

Cəmiyyətin əksəryyəti hesab edir ki, müəllimin öhdəsinə təkcə təhsil vermək düşmür, o həmçinin tərbiyələndirmək missiyasını daşıyır. Böyük inzibati yük, sinifdə uşaq sayının çoxluğu müəllimi özünün şəxsi vaxtını da uşaqlara həsr etməyə məcbur edir.

Təhsildə aparılan islahatlar pedaqoji heyətin səriştəsinin artırılmasını tələb edir, pedaqoq üzərinə qoyulan tapşırıqlar daha çətinləşir. O, uşağa aldığı biliklərin praktik bacarıqlarını öyrətməli, öz təcrübəsinin şagirdin həyatında analizini bacarmalıdır.

Milli təhsil siyasətində illərlə aparılan müxtəlif yanaşmalar, innovativ təkliflər və dünya praktikasının tətbiqi pedaqoji heyəti də bu tələblərə uyğun formalaşmağa məcbur edir. Bu sahəyə kişilər də öz töhfələrini verməsi işin xeyrinə olar. Müəllim peşəsinin kişilər arasında populyarlıq qazanması, onlarda pedaqoji işə maraq oyatmaq bu tələblərdən birini təşkil etməlidir.

Kişilərin pedaqoji prosesdə müəllim kimi saylarını artırmaq üçün bu peşənin “qadın işi” olması barədə mifi dağıdacaq “nümunə-müəllim”lərin müsbət təcrübələri təbliğ olunması faydalı olar. Gənc nəslin təlim –tərbiyəsində bu faktoru gözardı etmək olmaz. Bunun üçün dövlət özünün bütün mümkün resurslarından istifadə etməlidir.

X.SƏFƏROĞLU

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri