Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir FOTO
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yardımlı rayonundakı A. Ç. Bağırov adına Vərgədüz kənd tam orta ümumtəhsil məktəbində “Zərərli vərdişlərə qarşı sağlam mübarizə” adlı maarifləndirici görüş keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektorunun müdirinin, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Vüqar Bəhmənovun, eləcə də məktəbin müəllim və şagird heyətinin iştirak etdikləri görüşdə çıxışlar zamanı idarə və polis şöbəsinin məsul əməkdaşları, həmçinin rayonun qabaqcıl müəllimləri müasir dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərin – narkomaniya, alkoqolizm və tütün məmulatlarının insan orqanizminə vurduğu bərpa olunmaz fəsadlardan, eləcə də gənclərin mənəvi-psixoloji inkişafına və gələcək karyerasına göstərdiyi dağıdıcı təsirlərdən ətraflı söhbət açıblar. Natiqlər, həmçinin bu istiqamətdə Yardımlı rayonu üzrə gənclər və idman sektoru ilə hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi profilaktik tədbirlərin və maarifləndirmə işlərinin mühüm nəticələr verdiyini diqqətə çatdırıblar. Bildirilib ki, dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri kimi yeniyetmələrin zərərli təsirlərdən qorunması, asudə vaxtlarının səmərəli təşkili, onların idmana, elmə və ictimai faydalı fəaliyyətlərə cəlb olunması sağlam gələcəyin əsas təminatıdır.
Yekunda nümayəndələr tərəfindən məktəbli gəncləri düşündürən suallar ətraflı cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Yardımlı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















