Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? RƏSMİ CAVAB
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pandemiya dövrü başa çatmasına baxmayaraq, hələ də ölkədə koronavirusa yoluxma hallarına rast gəlinir.
Belə ki, bu günlərdə kənd təsərrüfatı naziri Məcnun Mənmmədovun da COVID-19 testinin nəticəsi müsbət çıxmışdı.Sosial şəbəkələrdə də koronavirusa yoluxanların olduğu barədə məlumatlar öz əksini tapır.Azərbaycanda son zamanlar koronavirusa yoluxma halları artıbmı və ölkədə kifayət qədər peyvənd varmı, hansı peyvəndlərdir?
Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusa yoluxma hallarında artım müşahidə olunmur:
“Belə ki, kəskin respirator xəstəliyə şübhəli olan insanlardan götürülən yaxma nümunələrində əsasən mövsümi qrip virusları aşkarlanır. Aralarında tək-tək hallarda koronavirusa yoluxma halları qeyd edilsə də, epidemioloji gərginlik müşahidə olunmur.
2021-ci ilin yanvar ayından etibarən ölkəmizdə COVID-19 əleyhinə vaksinasiya tədbirləri həyata keçirilib. Epidemioloji gərginlik müşahidə olunmadığına görə, hazırda peyvəndlənmə işləri aparılmır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 29 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















