2 aylıq körpəni dini ayinə qurban vermək üçün oğurladılar
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Hindistanın Uttar-Pradeş ştatında qurban verilməsi ehtimal olunan iki aylıq körpə qaçırıldıqdan dörd gün sonra xilas edilib.
Modern.az xarici mediaya istinadla bildirir ki, körpə noyabrın 3-də ailəsi yatarkən evdən qaçırılıb. Atasının sözlərinə görə, naməlum şəxs evə daxil olaraq oğlunu aparıb.
Polisin versiyasına görə, şübhəlilər itkin düşmüş qohumlarını tapmaq və ailədəki bədbəxtliklərə son qoymaq məqsədilə körpəni ritual qurban verməyi planlaşdırıblar. İstintaq hesab edir ki, bu ritualı keçirməyi Sarasvati adlı qadın məsləhət görüb.
Dörd gün davam edən əməliyyat zamanı polis mindən çox müşahidə kamerasının görüntülərini araşdırıb və yerli sakinləri dindirib.
Nəticədə körpəni qucağında saxlayan Savitri və əri Karan Dehlidəki Kaşmir Qeyt avtobus dayanacağında saxlanılıblar. Atası uşağı fotosundan tanıyıb.
Daha sonra Sarasvati də saxlanılıb. İş üzrə ümumilikdə üç nəfər həbs edilib, araşdırma davam edir.
Baxış sayı:148
Bu xəbər 08 Noyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















