“Real Madrid”in iki ulduzunu 12 oyunluq cəza təhlükəsi gözləyir
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın “Real Madrid” futbol komandasının iki oyunçusu - Cud Bellingem və Antonio Rüdiger uzunmüddətli diskvalifikasiya təhlükəsi ilə üzləşə bilərlər.
İdman.Biz xəbər verir ki, iddialara əsasən, hadisə “Valensiya” ilə qarşılaşmanın fasiləsində baş verib.
Məlumata görə, meydan sahiblərinin futbolçularının hakimə etirazından sonra komandaların üzvləri arasında ciddi qarşıdurma yaranıb. Münaqişəni sakitləşdirmək üçün stadionun təhlükəsizlik əməkdaşları müdaxilə etməli olublar.
Qarşıdurma zamanı Bellingemin təhlükəsizlik əməkdaşlarından birini vurduğu, Rüdigerin isə digərinə sillə atdığı bildirilir.
Qeyd olunur ki, təhlükəsizlik xidməti hadisə barədə matçın baş hakiminə məlumat verib və hakim baş verənləri protokola salıb.
İttihamlar təsdiqlənərsə, hər iki futbolçunun dörd oyundan 12 oyuna qədər diskvalifikasiya olunması ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 08 Noyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















