Icma.az
close
up
RU
Azərbaycanda kredit faizləri enə bilər

Azərbaycanda kredit faizləri enə bilər

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

İqtisadçı ekspert Natiq Cəfərli Ölkə.az-a açıqlamasında qərarın bazara təsirlərini şərh edib. O, bunun banklarda likvidliyin artması ilə bağlı olduğunu deyib:

“Lakin sual yaranır, banklarda likvidlik niyə artıb? Niyə banklar kredit verə bilmir? Niyə əhali və biznes kredit götürmək istəmir? Niyə iqtisadi aktivlik zəifləyib? Bax, bu sualların da cavabı olmalıdır. Düzdür, bu, Mərkəzi Bankın mandatına aid deyil”. 

Ekspertin fikrincə, qərar az da olsa, bankların kredit faizlərinə təsir edə və onun aşağı enməsinə səbəb ola bilər: “Qərar az da olsa, bankların kredit faizlərinə təsir edə bilər, lakin faizlərdə kəskin dəyişiklik olacağını düşünmürəm”. 

Depozitlərə gəlincə, N.Cəfərli bildirib ki, burada vəziyyət bir qədər fərqlidir:

“Depozitlər 10% olanda cəlbedici oldu, əhali dollardan çıxıb depozitlərini manata çevirdilər. İndi depozit faizləri birdən-birə azalarsa, o zaman manatla depozit qoymağa maraq azala bilər. Biz əks prosesi görə bilərik. Lakin depozit faizləri azalmazsa, kredit faizləri də azalmayacaq”.

İqtisadçı Xalid Kərimli isə Ölkə.az-a açıqlamasında faiz dəhlizinin aşağı həddinin endirilməsində əsas məqsədin banklararası bazarın daha da genişlənməsini təşviq etmək olduğunu bildirib:

“Aşağı hədd nə deməkdir? Bankın əlində artıq pul qalanda, onu Mərkəzi Banka bu faizlə yerləşdirə bilər. Yəni avtomatik olaraq, əgər bank əlavə resursu yerləşdirməkdə çətinlik çəkirsə, həmin pulu bu faizlə Mərkəzi Banka yerləşdirir və gəlir əldə etmiş olur. Mərkəzi Bank bu göstəricini aşağı endirməklə bankların banklararası bazarda bir-birinə daha çox kredit verməsini təşviq edir və bu, banklararası bazarın aktivliyinin artırılması məqsədi güdür. 

Digər bir məqam, struktur likvidliyi ilə əlaqədar məsələdir. Mərkəzi Bankın bəyanatından belə başa düşmək olur ki, bankların izafi pulları son dövrlər, xüsusən də, ilin sonu ilə müqayisədə 2,2 dəfə artıb və 6,3 milyard manat olub. Bu o deməkdir ki, bankların əlində yerləşdirə bilmədiyi 6,3 milyard manat var və bu, həddən artıq böyük rəqəmdir. Bu resursların banklararası bazarda aktiv şəkildə hərəkət edərək iqtisadiyyata faydasının artması üçün Mərkəzi Bank özünün götürdüyü depozit faizlərini aşağı salıb. Mərkəzi Bank bazarlara siqnal verir ki, hələ inflyasiya ilə əlaqədar qayğılar aradan qalxmayıb və faiz dərəcələrinin daha da aşağı salınması üçün şərait formalaşmayıb.

Banklararası bazarda aktivliyin artması bankların resurslarla təminatını yaxşılaşdıracaq. Yəni, Mərkəzi Bankın bankdan depoziti daha aşağı faizlə götürməsi həmin bankı sövq edəcək ki, digər banklara üz tutsun”.

Ekspert deyib ki, depozit faizlərində enmə baş verərsə, bu, kredit faizlərinə də təsir edə bilər:

“Lakin hesab etmirəm ki, kredit faizlərində bu qərar əhəmiyyətli dəyişiklik yaratsın. Çünki inflyasiya və ölkə iqtisadiyyatı ilə əlaqədar gözləntilər dəyişməyib. Bu qərar sürətli şəkildə depozit faizlərinə təsir edə, faizləri müəyyən qədər aşağı itələyə bilər, Burada qərarla yanaşı, bankların izafi likvidliyinin həddən artıq artması da rol oynayacaq. Yəni bankların manat resurslarına tələbatının az olması ona gətirə bilər ki, depozit faizləri düşsün. Depozit faizləri endikdən sonra bunun kredit faizlərinə ötürülməsi prosesi baş verə bilər. Lakin bu, qısa müddətli dövrdə hiss olunmaya da bilər”.

Könül Vəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Sentyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri