Icma.az
close
up
RU
Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar VAR

Azərbaycanda macəra turizmi: Adrenalin sevənlər üçün bu imkanlar VAR

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Macəra turizmi adrenalini və həyəcanı sevənlər üçün xüsusi cazibədarlıq təqdim edən bir sahədir. Bu turizm növü yalnız adrenalin axtarışı ilə məhdudlaşmır, həm də xüsusi bacarıq və fiziki hazırlıq tələb edir. Bu fəaliyyətlərdə risklər mövcuddur ki, bu da macəra turizminin fərqliliyini artırır. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, buzda sürüşmə, dağa dırmanma, rafting, paraşütlə atlanma, paragliding kimi fəaliyyətlər bu sahənin əsas komponentlərindəndir.

"Macəra turizmi ümumiyyətlə elə bir turizm növüdür ki, burada xüsusi fiziki aktivlik tələb olunur. Adətən bunu təbiətdə edirlər və burada xüsusi bacarıqlar tələb olunur. Buna bəzən idman turizmi də deyirlər. Burada həqiqətən risk var və yaxud da real olmasa da, elə bir qəbul olunmuş bir risk var ki, bu xüsusi bacarıqlar olmadan bunları yerinə yetirmək olmur. Həmin aktiv qeyd olunan macəra turizmi növündən istifadə etmək olmur. Aktiv turistlər var ki, sırf məcara axtarırlar və adrenalin yaşamaq istəyirlər. Burada da qeyd olunduğu kimi, bu, buzda sürüşmə, dağıdırmanma, raftinq, paraşutdan atlanma, paroleydinq kimi turizm növlərində adrenalini sevən insanlar üçün gözəl bir fəaliyyət növüdür".

Ekspertin fikrincə, macəra turizmi yalnız adrenalini sevən turistlər üçün nəzərdə tutulmur. Bu turizm növü həm də turistlərin əyləncə dolu vaxt keçirməsini təmin edir və onları müxtəlif turizm məhsullarının istehlakçısına çevirir:

"Getdiyimiz bir məkanda, bir istiqamətdə bu kimi məcara dolu fəaliyyətlərin olması, təkliflərin verilməsi turistləri çox əyləndirir. Bəziləri sırf bunun üçün bu istiqamətdə səyahətlər edirlər. Turistlər sağlamlıq, idman, macəra və yaxud da başqa bir turizm növlərinin niyyətində səfərlər etsələr də, onlar digər turizm məhsullarının istehlakçılarına çevrilirlər. Məsələn, kimsə paraşut fəaliyyəti ilə bağlı və yaxud da dağa dırmanmaq üçün, yaxud ov turizmi ilə bağlı gedir. Burada onlar həmçinin yerin mədəniyyəti, təbiəti, insanları, oranın mətbəxi ilə də tanış olur".

C.Aşurovun sözlərinə görə, Azərbaycanda macəra turizmi sahəsində müxtəlif istiqamətlərdə inkişaf gedir.

"Azərbaycanda da, ümumiyyətlə, turizm fəaliyyətinin genişləndirilməsi üçün, qonaqların vaxtlarını səmərəli, mənalı, əyləncəli keçirmək üçün müxtəlif turizm məhsullarının olmasına ehtiyac var. Əlbəttə ki, biz nə qədər çeşidli turizm məhsulu təqdim edə biliriksə, o qədər biz qonaqları, turistləri həmin əraziyə destinasiyaya cəlb edə bilirik. Azərbaycanda da son dövrlər trekinq, dağıdırmanma, xüsusən paraşutdan atlanma "Beşbarmaq dağı" tərəfdə təşkil edilir. Bunlar yavaş-yavaş var və təkliflər müəyyən qədər məhdud da olsa, bizim bazarda mövcuddur. Əlbəttə ki, bunun sayı artarsa, turistlərin daha çox marağına səbəb olar və bu məqsədlə də turistlər həmin yerləri daha çox ziyarət edərlər. Məsələn, artıq qış mövsümü açıqdır, Şahdağa, Tufandağa üz tutanlar artır. İnsanların bəziləri sırf kanat, qışda xizəklə sürüşmək üçün belə bir təsisatlara gedirlər. Daha çox turistlər, hazırkı mövsümdə qış turizm fəaliyyətləri aktivətələrini, həyəcanı yaşamaq üçün həmin yerlərə üz tuturlar", - deyə ekspert bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri