Icma.az
close
up
RU
Azərbaycanda maskot mədəniyyəti formalaşmayıb İdman jurnalisti

Azərbaycanda maskot mədəniyyəti formalaşmayıb İdman jurnalisti

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ FK-də  təşkilati işlər qənaətbəxş deyil, klubun bu sahədə fəaliyyəti zəifdir

“Qarabağ” klubunun maskotu “Kəhər”in UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” – “Şkendiya” matçı zamanı polislər tərəfindən stadiona buraxılmaması ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılıb. Hətta videolarda maskotun formasının cırıldığı da qeyd olunub.


İdman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a söyləyib ki, dünyada bütün idman növlərində, o cümlədən futbol sahəsində maskotlar mühüm əhəmiyyət daşıyır:


“Bu baxımdan, nəzərə alsaq ki, Azərbaycanda futbol klublarının və ümumiyyətlə digər idman növlərinin əksəriyyətinə kifayət qədər azarkeş cəlb olunmur, maskotlar azarkeşləri tribunalara gətirən, onları coşduran və əyləndirən vacib simalar hesab olunur. Məsələn, Moskvada bu sahəyə xüsusi önəm verilir və hər birimiz bu yanaşmaya hörmətlə yanaşmalıyıq. Təəssüf ki, Azərbaycanda mövcud vəziyyəti nəzərə aldıqda, ümumi cəmiyyətin əyləncə mədəniyyəti zəif inkişaf edib. Burada hər kəs nəzərdə tutulmasa da, əksəriyyət bu vəziyyətdən xəbərdardır. Əyləncə mədəniyyətimizin zəifliyi maskot mədəniyyətinin formalaşmasına da mənfi təsir göstərir. Ötən oyunla müqayisədə bu dəfə keçirilən oyunun daha maraqlı, aktiv və əyləncəli keçməsi müəyyən mənada bunun potensialını göstərdi. Maskot öz mövqeyini və funksiyasını düzgün yerinə yetirərək müəyyən performans nümayiş etdirdi ki, bu da müsbət haldır. Qarabağ FK ölkə səviyyəsində böyük uğurlara imza atmış və əhəmiyyətli maliyyə resursları əldə edən klubdur. Lakin təşkilati işlər baxımından vəziyyət qənaətbəxş deyil. Klubun bu sahədə fəaliyyəti zəifdir və bu, maskot məsələsində də özünü göstərir. Azərbaycanda maskot mədəniyyəti formalaşmayıb, insanlar bu anlayışı tam dərk etmirlər. Məsələn, toy məclislərində klon dəvət edildikdə, bəzi hallarda iştirakçılar klona sataşır, şar partladır və ya ona toxunaraq narahat edir. Futbol matçlarında da oxşar hallar müşahidə olunur.


 Tribunalarda toplaşan 25-30 nəfər arasında müxtəlif təbəqələrdən insanlar olur: içki qəbul etmiş şəxslər, aqressiv davrananlar, eləcə də ziyalılar. Böyük kütlənin içində həmişə müəyyən sayda qaydalara riayət etməyən şəxslər olur və bu halda klub nümayəndələrinin müdaxiləsi vacibdir. Azərbaycanda maskot mədəniyyətinin formalaşması üçün Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi yüksək səviyyədə təşkilati işlər aparılmalıdır. Maskotun sərbəst hərəkət edə bilməsi üçün təhlükəsizlik təmin edilməli, hüquq-mühafizə orqanları və təhlükəsizlik xidməti əvvəlcədən məlumatlandırılmalıdır. Təəssüf ki, bəzi hallarda polis əməkdaşlarının, xüsusilə də rəhbər vəzifəli şəxslərin kobud davranışı müşahidə olunur. Halbuki profilaktik maarifləndirmə tədbirləri aparılmalı, klub rəhbərliyi və təşkilati şöbə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Nəticə etibarilə, Azərbaycanda maskot və əyləncə mədəniyyəti aşağı səviyyədədir, təşkilati işlərdə çatışmazlıqlar mövcuddur və bu sahədə inkişaf üçün uzunmüddətli tədbirlər həyata keçirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri