Icma.az
close
up
RU
Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 786,5 milyon manat investisiya qoyulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % çoxdur.

8 ayda mənzil tikintisinə qoyulmuş pullar ümumi investisiya qoyuluşunda 14,1% paya malik olub.

Əmlak bazarında tikintiyə vəsait qoyuluşunun artması ilk növbədə mənzil təklifinin genişlənməsi baxımından müsbət göstərici kimi qiymətləndirilsə də, lakin vətəndaşlar hələ də mənzil ala bilmək üçün illərlə pul toplamalı və ya böyük kredit götürməli olur.

Tikinti sektoruna qoyulan investisiyaların artması ilə mənzil əlçatanlığının artması arasında niyə paralellik yaranmır?

Mövzu ilə bağlı “Cehheinfo.az”-a açıqlamasında əmlak ekspert Anar Nəsirov bildirib ki, dünyanın bir çox ölkəsində əmlak bazarı tələb və təklif prinsipi əsasında formalaşır:

“Əmlaka tələbat çox olduqda qiymətlər yüksəlir, əksinə, təklif artdıqda qiymətlər aşağı düşür. Bu baxımdan, Azərbaycanda da əmlak bazarı tələb və təklif üzərində qurulduğu üçün bazara süni yolla müdaxilə etmək mümkün deyil.

Qiymətlər əsasən tələb və təklifdən asılı olaraq formalaşır. Xüsusilə 2019-cu ildən başlayaraq, hər il keçdikcə əmlaka tələbatın müvafiq faiz dərəcəsində artdığı müşahidə olunur.

Əmlaka tələbatın artması nəticəsində bəzi kateqoriyalara aid ev və mənzillərin qiymətlərinin yüksəlməsi də qaçılmaz olur. Qiymət artımının başlıca səbəblərindən biri məhz tələbin çox olmasıdır. Lakin bu, bütün əmlak növlərinə şamil edilmir və bütün əmlak növlərinin qiymətlərində artım müşahidə olunmur.

Xüsusilə yeni tikililərdə qiymət artımı daha çox müşahidə edilir. Əvvəlki illərdə insanlar həyət evlərinə, köhnə binalara və digər kateqoriyalara aid əmlaklara üstünlük verirdilər. Lakin son 2-3 ildə insanların yeni tikili binalara üstünlük verməsi daha çox müşahidə olunur”.

Onun sözlərinə görə, 2023-cü il oktyabrın 1-dən müvafiq fərmana əsasən, sənədsiz fərdi yaşayış evlərinin qaz, su, işıq xətlərinə qoşulması qadağan edildiyi üçün vətəndaşların çıxarışı olmayan həyət evlərinə marağı azaldı:

“Bu tarixdən sonra insanlar yeni tikili binalara üstünlük verməli oldular. Yəni əvvəllər həyət evlərinə və köhnə binalara üstünlük verən insanların sonradan yeni tikili binalardan mənzil almağa yönəlməsi bu kateqoriyaya olan tələbatı artırdı. 

Tələbatın artması nəticəsində, əsasən də yeni binaların qiymətləri hər il müvafiq faiz dərəcəsində yüksəldi. Köhnə binalarda, xüsusilə 5, 4 və 3 mərtəbəli binalarda isə qiymətlər nisbətən sabit qaldı.

Demək olmaz ki, bu qiymət artımı tikintinin az olmasından irəli gəlir və ya tikinti çoxaldıqda qiymətlər aşağı düşə bilər. Mənzil alan alıcıların 85 faizi yeni bina almaq üçün bazara müraciət edir. Bunun nəticəsində yeni binalarda qiymət artımı qaçılmaz olur”.

Ekspert qeyd edib ki, qiymət artımı əsasən çıxarışı olan və ipoteka predmetinə çevrilən binalarda daha çox müşahidə edilir:

“Nəzərə alsaq ki, mənzil alanların hazırkı bazar vəziyyətində 40-45 faizi ipoteka ilə ev alanların payına düşür, bu baxımdan yeni binaların tələbat baxımından daha çox üstünlük təşkil etdiyini deyə bilərik. 

Əvvəllər həyət evlərindən və köhnə binalardan ev alanların da yeni binalardan mənzil almağa yönəlməsi tələb və təklif arasında balansı dəyişdi.

Beləliklə, müəyyən kateqoriyaya aid alıcıların yeni binalara marağı və tələbatı yüksəldi və nəticədə həmin binalarda qiymətlər hər il müvafiq faiz dərəcəsində artdı”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: mənzil Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri