Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək FƏRMAN
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.
Turkustan.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanda öz əksini tapıb.
Fərmana əsasən, Azərbaycan hökuməti bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib dövlət başçısına məlumat verməlidir:
- inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri,
- daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydası.
Bundan başqa, Nazirlər Kabineti fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Baxış sayı:79
Bu xəbər 19 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















