Icma.az
close
up
RU
Azərbaycanda metronun inkişafı üçün 1 milyard kredit verilə bilər

Azərbaycanda metronun inkişafı üçün 1 milyard kredit verilə bilər

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycana "Bakı Metropoliteni" QSC-nin inkişafı üçün 1 milyard ABŞ dollarına qədər kredit verməyə hazırdır.

Yenisabah.az report-a istinadla xəbər verir ki, layihənin məqsədi gələcəyin "ağıllı" və dayanıqlı şəhər nəqliyyatının yaradılmasıdır.

Kredit ümumi dəyəri 2 milyard ABŞ dolları olan daha geniş investisiya proqramı çərçivəsində nəzərdə tutulur. Enerji səmərəliliyinin artırılması və “təmiz enerji” texnologiyalarının tətbiqi yolu ilə Bakı Metropoliteninin modernləşdirilməsinə yönəlmiş texniki yardım da təklif olunur. Pepperoni pizza

"Texniki yardım enerji istehlakını və istismar xərclərini azaltmaq məqsədilə infrastrukturun modernləşdirilməsi imkanlarının qiymətləndirilməsini nəzərdə tutur. Eyni zamanda, günəş enerjisi və Batareya Enerji Saxlanc Sistemi (BESS) kimi bərpa olunan enerji həllərinin inteqrasiyası planlaşdırılır. Texniki yardım çərçivəsində həmçinin profilaktik xidmət və təkmilləşdirilmiş analitik məlumat emalı da daxil olmaqla, əməliyyatları optimallaşdırmaq üçün müvafiq tətbiqlərin və ağıllı enerji idarəetmə sistemlərinin tətbiq edilməsini araşdırmaq təklif olunur", - bankdan vurğulanıb.

Qeyd olunub ki, Bakı metrosu aşağı karbonlu, inklüziv və səmərəli şəhər nəqliyyat şəbəkəsinin formalaşmasında əsas rol oynayır.

Bu ilin may ayında "Bakı Metropoliteni" QSC və Asiya İnkişaf Bankı (AİB) üç əsas istiqamət üzrə yeni əməkdaşlıq konsepsiyasının hazırlanması barədə razılığa gəliblər. Buraya enerji səmərəliliyi, infrastrukturun səmərəli istismarı, həmçinin süni intellekt və data əsaslı qərarların qəbul edilməsi daxil olmaqla qabaqcıl texnologiyaların tətbiqi daxildir.

Bu ilin sonuna qədər beynəlxalq təcrübə və ekspertizanın tətbiqi ilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələrin həyata keçirilməsinə yönəlmiş bir sıra tədbirlərin birgə reallaşdırılmasına başlanılması planlaşdırılır.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.

Hazırda tərəflər 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını müzakirə edirlər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri