Icma.az
close
up
RU
Azərbaycanda meyxanaçıya hökm oxundu

Azərbaycanda meyxanaçıya hökm oxundu

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Salyan rayonunda 1965-ci il təvəllüdlü Fərman yetkinlik yaşına çatmayan Nərminə (adlar şərti verilib - red.) qarşı əxlaqsız hərəkətlər edib. Pravda.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 2023-cü il mayın 31-də baş verib.

Fərman həmin gün saat 12:30-da Salyan şəhərində 2013-cü il təvəllüdlü Nərminin 2014-cü il təvəllüdlü bacısı Vüsalə ilə birlikdə yaxınlıqdakı ərzaq mağazasından çörək alaraq küçəyə çıxdığını görüb. Qızlara yaxınlaşan Fərman dondurma və oyuncaq verəcəyi bəhanəsi ilə onları evinə dəvət edib. Bir neçə dəqiqə sonra Nərmin və Vüsalə bacıları onun evinə gəldikdə isə uşaqlara dondurma və oyuncaq verib.

Daha sonra evin həyətində cinsi ehtirasını təmin eləmək məqsədilə Nərmini özünə tərəf çəkərək qucaqlayıb, zor tətbiq etmədən əxlaqsız hərəkətlərə başlayıb.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Salyan şəhərində qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə Bakı şəhərinin Badamdar qəsəbəsində yaşayıb: "Əvvəllər məhkum olunmamışam, toy məclislərində meyxana söyləməklə ailəmi saxlamışam. Narkotik qəbul etmirəm, amma spirtli içki içirəm. Bəzən Bakıdan gələrək Salyan şəhərindəki evimdə bir müddət tək yaşayıram. Sonra yenidən Bakıya qayıdıram".

Fərman qeyd edib ki, 2023-cü il mayın 31-də bir qədər spirtli içki içib, təxminən saat 12 radələrində Salyan şəhərində Nəriman adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında kölgədə dayanıb: "Həmin vaxt Təranənin azyaşlı qızları Nərmin və Vüsalənin birlikdə mağazadan gələrək çörək aldıqlarını gördüm. Mən həmişə həmin uşaqları küçədə görəndə onlara dondurma almışam. Bu dəfə də Nərminlə Vüsaləni görəndə dedim ki, dondurma və şirə almışam, evimə gəlin, sizə yumşaq oyuncaqlar da verəcəyəm. Uşaqlar sevinərək gələcəklərini deyib, qaçaraq öz evlərinə tərəf getdilər. Mən də yaxınlıqdakı evimin həyətinə girdim.

Nərmin və Vüsalə həyətə gələndə onları evə dəvət etdim. Otaqda uşaqlara dondurma və limonad verdim. Daha sonra uşaqları o biri otağa dəvət etdim. Divanın baş hissəsində cərgə ilə düzülmüş yumşaq uşaq oyuncaqlarını göstərdim, hansını istəsələr götürə biləcəklərini dedim. Uşaqlar hərəyə bir yumşaq oyuncaq götürdülər, sonra birlikdə evdən həyətə çıxdıq. Bir neçə saat sonra məni rayon polis şöbəsinə dəvət etdilər".

Təqsirləndirilən şəxs əlavə edib ki, həyətdə uşaqlar onunla sağollaşıb gedərkən, onların üzündən bir əmi, baba kimi öpüb.

İbtidai istintaqda isə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, tutduğu əməldən peşman olduğunu bildirib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, bacısı Vüsalə ilə birlikdə yaşadıqları evin yaxınlığındakı dükandan çörək almağa gediblər: "Dükanın yanında dayanan Fərman əmi dedi ki, gələrsiniz, sizə dondurma, şirə almışam, onu verəcəyəm. Mən və bacım aldığımız çörəyi evə qoyduqdan sonra Fərman əminin evinin qarşısına gəldik.

Gördük ki, Fərman əmi telefonla danışır, bizə dedi ki, gəlin evə. Anam və balaca bacım anamın iş yerindəydi. Bacımla birlikdə Fərman əminin arxasınca evə girdik. Fərman əmini anamın qohumu kimi tanıyıram.

Fərman əmi mənə və bacıma dondurma, balaca limonad verdi. Sonra bizi evin o biri otağına dəvət etdi. Onun arxasınca evə qalxıb otağa keçdik. Bizdən başqa evdə heç kim yox idi. Otaqdakı divanın baş hissəsində uşaq oyuncaqları vardı. Fərman əmi həmin oyuncaqları bizə göstərdi, hansını istəyiriksə, götürə biləcəyimizi dedi.

Mən və bacım hərəyə bir yumşaq oyuncaq götürdük, sonra evdən həyətə çıxdıq. Həyətdə Fərman əmi məni özünə tərəf çəkərək qucaqladı, boğazımdan və dodağımdan öpdü".

Zərərçəkmiş bildirib ki, Fərman onun üzündən deyil, dodağından və boğazından öpüb: "Əvvəllər Fərman əmi bizə dondurma və şirə alsa da, heç vaxt bizi evə dəvət etməyib. Vüsalə qapının ağzında olanda gördü ki, məni Fərman əmi qucaqlayıb. Mən Vüsaləni çağırdım. Çünki bacım daha cəsarətlidir, əlləri ilə Fərman əminin sinəsindən itələdikdən sonra biz qaçdıq. Həyətdən qaçaraq əllərimdə olan dondurma və şirəni yaxınlıqdakı Səməd əminin dükanının yanında olan otların arasına tulladıq".

Şahid qismində ifadə verən azyaşlının anası Təranənin sözlərinə görə, ailəsilə, yəni əri və qızları ilə birlikdə Salyan şəhərində yaşayır: "Salyan şəhərindəki qadın gözəllik salonunda işləyirdim. Hazırda marketlərdən birində işləyirəm. Ərimin iş yeri isə Gəncə şəhərindədir.

İşə gedərkən uşaqlara dedim ki, evdə çörək yoxdur, mağazadan alarsınız. Mayın 31-də saat 13 radələrində işdən çıxaraq evə gəldim. Evin qapısı açıq idi, uşaqlar da evdə yox idi. Qızım Vüsalə təlaşla qaçaraq mənə tərəf gəldi. İlk öncə elə bildim ki, itdən qorxub. Sonradan olanları danışdı. Mən də bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim.

Fərman mənim bibimin qaynıdır. Vüsalə dedi ki, Fərman onlara dondurma və limonad, hərəsinə bir yumşaq oyuncaq verib. Evdən həyətə çıxdıqda Fərman "indi gəlin, sizi maç-maç edim" deyib, Nərmini özünə tərəf çəkərək qucaqlayıb, özünə sıxıb, əvvəl boynundan, sonra dodağından öpüb.

Vüsalənin danışdığını digər qızım Nərmin də təsdiq etdi. Buna görə rayon polis şöbəsinə gələrək şikayət ərizəsi yazdım".

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərman 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Yanvar 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see111

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri