Icma.az
close
up
RU
İran uğrunda savaş qızışır Tramp Netanyahu arasında gərginlik pik həddə

İran uğrunda savaş qızışır Tramp Netanyahu arasında gərginlik pik həddə

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlərin gərgin olduğu iddia edilir. Məlumatlara görə, Vaşinqton və Təl-Əviv İrana mümkün hərbi müdaxilə məsələsində ciddi fikir ayrılığı yaşayır. İsrail rəhbərliyi İranın nüvə obyektlərinin hərbi yolla məhv edilməsinin vacib olduğunu bildirir. Lakin Ağ Ev bu yanaşma ilə razı deyil. Tramp administrasiyası Tehranla problemi danışıqlar yolu ilə həll etməyə üstünlük verir.

Bununla belə, bəzi ekspertlər yaranmış vəziyyətin əslində əvvəlcədən planlaşdırılmış bir siyasi oyun ola biləcəyini istisna etmirlər. Onların fikrincə, Trampın Yaxın Şərqə səfərləri və ərəb ölkələri ilə yeni razılaşmalar əldə etməsi fonunda bu fikir ayrılığı taktiki gediş ola bilər. Yəni ABŞ İsraillə münasibətlərdə gərginlik görüntüsü yaradaraq ərəb ölkələrinə daha yaxın görünməyə çalışır.

Bəs bu iddialar nə dərəcədə realdır? Tramp və Netanyahu arasında həqiqətənmi fikir ayrılığı yaşanır, yoxsa bu, regionda yeni siyasi balans qurmaq məqsədi daşıyan planlı bir addımdır?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Tramp və Netanyahu arasında müəyyən gərginlik müşahidə olunur:

“Bu, təkcə mediada yayılan məlumatlarla deyil, həm də ABŞ və İsrailin İran, Qəzza məsələlərində fərqli mövqelər nümayiş etdirməsi ilə bağlıdır. Bununla yanaşı, Tramp və Netanyahu arasında müəyyən anlaşmanın olduğunu da istisna etmək olmaz. Bu ehtimalı gücləndirən amillərdən biri Trampın ilk prezidentliyi dövründə İsrailə göstərdiyi açıq dəstəkdir.

Tramp administrasiyasının İranla danışıqlara üstünlük verməsi göstərir ki, əgər Tehranla razılıq əldə olunmasa, İsrailin qarşısını almaq çətinləşəcək. Yəni İsrailin hərbi müdaxilə variantını yenidən gündəmə gətirməsinə səbəb ola bilər. Lakin bəzi versiyalar bu ehtimalı zəiflədir.

Birincisi, Trampın səfər etdiyi Körfəz ölkələri tarix, məzhəb, din və siyasi maraqlar baxımından İrana rəqibdirlər və ona qarşı hərbi müdaxilə məsələsinə müsbət yanaşa bilərlər. Səudiyyə Ərəbistanı da İslam dünyasında liderlik iddiasında olduğu üçün İranın zəifləməsində maraqlıdır.

Qəzza məsələsi isə İslam ölkələri üçün prinsipialdır. Netanyahu hökumətinin sərt siyasəti fonunda Tramp daha yumşaq mövqe sərgiləyərək ərəb ölkələrinin dəstəyini qazanmağa çalışır.

İrana hərbi müdaxilə ilə bağlı fikir ayrılıqları mövcuddur. Tramp administrasiyasında bəzi qruplar İranla əvvəlcə danışıqlar aparılmasını, sonra isə zərurət olarsa müdaxilənin həyata keçirilməsini, bəziləri isə birbaşa hərbi müdaxilə olunmasını təklif edirlər. Yəni hərbi müdaxilə tamamilə gündəmdən çıxarılmayıb”.


Asif Nərimanlı

Siyasi şərhçinin sözlərinə görə, hazırda İrana qarşı hərbi müdaxiləni son mərhələyə saxlayan komandanın mövqeyi daha ön plandadır:

“Bunun bir neçə strateji səbəbi var. Birincisi, İran nə İraqdır, nə də Suriya. ABŞ anlayır ki, İranla hərbi qarşıdurma daha geniş və şiddətli müharibəyə gətirib çıxara bilər. Rəsmi Tehrana qarşı kənar müdaxilə ölkə daxilindəki indiyədək mövcud olan daxili qarşıdurmaların da neytrallaşmasına səbəb ola bilər. Halbuki bu qarşıdurmalardan ABŞ, İsrail və Qərb ölkələri illərdir istifadə edir.

İkincisi, İrana qarşı hərbi müdaxilə, Ukrayna müharibəsi davam etdiyi bir vaxtda ikinci cəbhənin açılması deməkdir. Bu baxımdan ABŞ üçün Rusiyanın mövqeyi həlledicidir. Tehranla bağlı hərbi ssenari masaya qoyularsa, Vaşinqton əvvəlcə Ukrayna müharibəsində Kreml ilə razılıq əldə etməyə çalışacaq. Əgər Rusiya İranın maraqları istiqamətində mövqe tutarsa, bölgədə qarşısıalınmaz proseslər başlaya bilər.

Bəs ABŞ bu gün həqiqətən İrana hərbi müdaxilə etmək istəyirmi?

Unutmayaq ki, İranda mövcud rejimin formalaşmasında Qərb ölkələrinin mühüm rolu olub. SSRİ-nin dağılmasından sonra isə İran bölgədəki strateji balansı qorumaq missiyasını daşıyıb. ABŞ ilə İran arasında zaman-zaman gizli anlaşmalar da olub. Bu anlaşmalar həm İsrailin nəzarətdən çıxmasının qarşısını almaq, həm də ərəb ölkələrinin ABŞ-ın təsir dairəsində qalmasını təmin etmək məqsədi daşıyıb”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri