Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda minimum əməkhaqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb.
"AzPolitika" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, son dövrlərdə Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir:
"Bu mexanizmin tətbiqi ilə əlaqədar artıq Nazirlər Kabinetində işçi qrupu yaradılıb. Həmin işçi qrupunda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Təbii ki, işçi qrupunda məsələyə baxılarkən həm "Yaşayış minimumu haqqında" qanunda minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq, həm də hər bir tərəfin rəhbərlik etdiyi və siyasətini həyata keçirdiyi orqanların və təşkilatların xüsusiyyətləri əsas götürüləcək. Bununla da minimum əməkhaqqının saatlıq məbləğinin və ümumi məbləğinin müəyyən edilməsi təmin olunacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 11 Noyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















