Azərbaycanda minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı müvafiq qanuna dəyişiklik edilir
Aznews.az saytına istinadən Icma.az xəbər verir.
Fevralın 1-dən Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 320 manat müəyyən olunması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.
Bundan əvvəl əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.

525 ci qəzet Azərbaycanda minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı müvafiq qanuna dəyişiklik edilir
21 Yanvar 2025 11:57
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
03 Fevral 2025 15:29
Azərbaycanda minimum pensiyanın məbləği ARTIRILIR
18 Noyabr 2024 12:51
Azərbaycanda radiostansiyaların sayının 19a çatdırılması nəzərdə tutulur
11 Dekabr 2024 11:46
Azərbaycanda minimum pensiyanın məbləği belə olacaq
18 Noyabr 2024 12:42

