Azərbaycanda mobil operatorlar 8 ayda 868 milyon manat gəlir əldə edib
Icma.az, Banco.az saytına istinadən bildirir.
2026-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2748,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz çox xidmət göstərilmişdir.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xidmətlərin 868,0 milyon manatını (31,6 faizini) mobil telefon rabitəsi, 455,0 milyon manatını (16,6 faizini) internet, 435,0 milyon manatını (15,8 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 318,0 milyon manatını (11,6 faizini) informasiya, 672,1 milyon manatını (24,4 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil etmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 39,4 faiz, internet xidmətləri 21,3 faiz, informasiya xidmətləri 13,4 faiz, mobil telefon rabitəsi xidmətləri 2,4 faiz, digər informasiya və rabitə xidmətləri 4,6 faiz artmışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Sentyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















