Icma.az
close
up
RU
Azərbaycanda müəmmalı durum: 4 milyard manat haradan gəlir?

Azərbaycanda müəmmalı durum: 4 milyard manat haradan gəlir?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanda iqtisadi göstəricilərdə yaranan ziddiyyət diqqət çəkib. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ölkədə bu ilin ilk 7 ayında iqtisadi artım cəmi 0,9 faiz olub. Paralel olaraq, İqtisadiyyat Nazirliyi illik proqnozu 3,7 faizdən 3-ə endirib. Maraqlıdır ki, ilin 8 ayında Dövlət Vergi Xidməti 11,56 milyard manat vergi yığıb, bu da proqnozdan 600 milyon manat çoxdur. Eyni dövrdə Maliyyə Nazirliyi büdcəni təxminən 800 milyon manat ixtisar etsə də, 8 ayın sonunda büdcədə 4 milyard manat profisit yaranıb. Qeyd edilənlər iqtisadi artım və büdcə icrasında mübahisəli vəziyyətin yaranmasına səbəb olub.

Cüzi iqtisadi artım fonunda Vergi Xidmətinin proqnozdan çox vəsait yığması və büdcədə 4 milyard manat profisit yaranması hansı amillərlə izah oluna bilər?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, iqtisadi artım zəiflədiyi bir dövrdə vergi daxilolmalarının artması bir sıra məqamlarla izah edilə bilər:

“Bu, ya vergilərin yüksəldilməsin, ya da vergidən yayınmanın azalmasından qaynaqlanır. Əvvəllər xüsusilə ticarət və ictimai iaşə sektorlarında vergidən yayınan müəssisələr indi daha çox vergi ödəyirlər. Yəni vergidən yayınmanın qarşısının alınması daxilolmaları artırıb. Bu mənada vergi yığımının artması bir yandan yaxşı prosesdir. Çünki bu, dövlət büdcəsinin imkanlarını genişləndirir, lakin eyni zamanda biznes üçün əlavə yük yaradır”.

Həmçinin oxuyun:

Havaya görə ölkəni sevindirən xəbər: Artım başladı, 5 problem üzə çıxdı

Natiq Cəfərli

İqtisadçı bildirib ki, hökumət qızıl ortanı tapmalıdır:

“Vergilər elə səviyyədə müəyyənləşdirilməlidir ki, həm dövlət gəlirləri təmin olunsun, həm də sahibkarlığın inkişafı üçün resurslar qalsın”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri