Icma.az
close
up
RU
Gələcək nəsillər hədəfdə: Demoqrafik tarazlıq sarsılır?

Gələcək nəsillər hədəfdə: Demoqrafik tarazlıq sarsılır?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin ümumi sayı 10 milyon 262.4 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumatında göstərilib. Əhalinin cins bölgüsünə əsasən, ölkədə 5 milyon 154.2 min qadın və 5 milyon 108.2 min kişi yaşayır. Beləliklə, qadınların sayı kişilərdən 46 min nəfər çoxdur.

Xüsusilə cinsə görə selektiv abortların müzakirə olunduğu, bəzi ailələrdə doğulacaq uşağın qız olduğu bilindikdə hamiləliyin sonlandırılması hallarının narahatlıq doğurduğu bir dövrdə qadınların ümumi sayının kişiləri üstələməsi diqqət çəkir. Digər tərəfdən, ölkədə doğum səviyyəsində də azalma qeydə alınır. 2026-cı ilin ilk altı ayında Azərbaycanda 40 798 körpə dünyaya gəlib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum göstəricisi 9,0-dan 8,0-a enib. Bu göstəricilərin gələcəkdə hansı nəticələrə səbəb olacağı, qadın və kişi sayındakı fərqin artmasının ailə qurmağa, əmək bazarına və ümumilikdə cəmiyyətdə demoqrafik tarazlığa necə təsir göstərəcəyi bir sıra suallar doğurur.

Qadınların sayının kişilərin sayını üstələməsi gələcəkdə ölkənin demoqrafik tarazlığına, ailə qurmaq imkanlarına və ümumilikdə cəmiyyətin sosial strukturuna hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, Azərbaycanda qadınların sayının kişiləri üstələməsi ilk baxışdan sadəcə statistik göstərici kimi görünə bilər:

"Lakin bu rəqəmlərin arxasında əhalinin yaş strukturu, sağlamlıq vəziyyəti, həyat müddəti, nikah davranışları və ailə institutunun gələcəyi ilə bağlı daha geniş məsələlər dayanır. Bioloji baxımdan dünyada, o cümlədən Azərbaycanda, adətən qız uşaqlarından daha çox oğlan uşağı doğulur. Buna görə də ölkə əhalisində qadınların say üstünlüyünün yaranmasını doğuş zamanı qızların sayının çox olması ilə əlaqələndirmək doğru deyil.

Əsas amillərdən biri kişilərlə qadınların orta ömür uzunluğu arasındakı fərqdir. Bir çox cəmiyyətdə olduğu kimi, Azərbaycanda da qadınlar kişilərlə müqayisədə daha uzun ömür yaşayırlar.  Kişilər arasında ürək-damar xəstəlikləri, bəzi zərərli vərdişlər, istehsalat və yol-nəqliyyat qəzaları, eləcə də digər risk faktorları vaxtından əvvəl ölüm hallarına təsir göstərə bilər.

Bununla yanaşı, yaşlı əhali qruplarında qadınların sayının daha çox olması ümumi əhali strukturunda onların xüsusi çəkisini artırır. Çünki kişi və qadınların sayı arasındakı fərq bütün yaş qruplarında eyni deyil. Gənc yaşlarda oğlanların say üstünlüyü müşahidə oluna bildiyi halda, yaş artdıqca qadınların payı yüksələ bilər. Deməli, bu mənzərəni düzgün qiymətləndirmək üçün ümumi sayla kifayətlənməməli, hər yaş qrupu üzrə cins nisbətini, ölüm göstəricilərini və gözlənilən ömür uzunluğunu ayrıca təhlil etməliyik". 

Onun sözlərinə görə, məsələnin cəmiyyət üçün ən həssas tərəflərindən biri qadın və kişilərin say nisbətinin ailə qurmaq imkanlarına mümkün təsiridir:

"Lakin burada mühüm bir məqam var ki, ölkədə qadınların ümumi sayının kişilərdən çox olması avtomatik olaraq nikah yaşında olan qadınların sayının kişilərdən çox olması demək deyil. Ümumi statistikaya uşaqlar, gənclər, orta yaşlılar və ahıl insanlar daxildir. Nikah imkanlarını qiymətləndirərkən isə eyni yaş qruplarında olan, ailə qurmaq istəyən və sosial baxımdan uyğun tərəfdaş axtaran qadın və kişilərin nisbətinə baxmaq lazımdır.

Bununla belə, müəyyən yaş qruplarında qadınların sayının kişilərdən çox olması nikah bazarında rəqabəti artıra və ailə qurmaq istəyən bəzi qadınların seçim imkanlarını məhdudlaşdıra bilər. Xüsusilə də yaş, yaşayış yeri, təhsil, məşğulluq və sosial gözləntilər kimi amillər bu prosesi daha mürəkkəbləşdirə bilər. Digər tərəfdən, ailə qurmaq məsələsini yalnız qadın və kişilərin say nisbətinə bağlamaq da düzgün yanaşma deyil.

Bu gün nikahların gecikməsində iqtisadi müstəqillik, mənzil problemi, gəlirlərin səviyyəsi, işsizlik, gələcəyə inam və ailə məsuliyyətinə hazır olmaq kimi amillər mühüm rol oynayır. Bəzən gənclər ailə qurmaq istəyirlər, lakin müstəqil yaşayış üçün maddi imkanları kifayət etmir. Bəzən isə qadınlar və kişilər arasında təhsil, karyera, həyat tərzi və ailə məsuliyyətlərinin bölüşdürülməsi ilə bağlı gözləntilər uyğun gəlmir. Bu səbəbdən nikahların azalmasını və ya gecikməsini təkcə demoqrafik fərqlə izah etmək mümkün deyil".

Sosioloq vurğulayıb ki, burada diqqət yetirilməli əsas məsələ qadınların sayının çoxluğu deyil, qadın və kişilərin sağlam, təhlükəsiz və sosial təminatlı həyat yaşamaq imkanlarıdır:

"Cəmiyyətin demoqrafik tarazlığı yalnız doğulan uşaqların sayı ilə ölçülmür. İnsanların nə qədər yaşaması, hansı sağlamlıq vəziyyətində yaşaması, ailə qurmaq və övlad böyütmək üçün hansı şəraitə malik olması da eyni dərəcədə əhəmiyyətlidir. Əgər kişilər arasında vaxtından əvvəl ölüm hallarının qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində daha səmərəli tədbirlər görülərsə, bu, ilk növbədə insanların həyatını xilas edər və ailələrin sosial rifahına müsbət təsir göstərər.

Eyni zamanda, gənclərin ailə qurmasını asanlaşdırmaq üçün onların məşğulluq imkanlarının genişləndirilməsi, münasib mənzil şəraitinin yaradılması, gəlirlərin sabitliyinin təmin olunması və ailə məsuliyyətinin hər iki tərəf arasında ədalətli bölüşdürülməsinin təşviqi vacibdir. Qadınların təhsil alması, işləməsi və iqtisadi müstəqilliyə sahib olması ailə institutuna təhlükə deyil. Əksinə, qarşılıqlı hörmətə, etimada və bərabər məsuliyyətə əsaslanan münasibətlərin formalaşmasına şərait yarada bilər.

Müasir ailənin dayanıqlılığı tərəflərdən birinin digərindən asılılığından deyil, onların birgə həyat qurmaq bacarığından asılıdır".

O qeyd edib ki, statistik fərqdən daha vacib olan insan amilidir:

"Azərbaycanda qadınların sayının kişilərdən çox olması özlüyündə nə təhlükə, nə də sosial problem kimi qiymətləndirilməlidir. Əsas məsələ bu fərqin hansı yaş qruplarında yarandığını, hansı səbəblərlə formalaşdığını və gələcəkdə hansı sosial nəticələrə gətirib çıxara biləcəyini düzgün müəyyənləşdirməkdir.
Nikah bazarına mümkün təsirlər də yalnız ümumi əhali sayına əsasən deyil, nikah yaşında olan qadın və kişilərin nisbəti, nikahların dinamikası və gənclərin ailə qurmaq imkanları əsasında qiymətləndirilməlidir.

Hesab edirəm ki, güclü cəmiyyətin göstəricisi qadınların və ya kişilərin sayca üstün olması deyil Əsas göstərici qadınların da, kişilərin də özlərini təhlükəsiz hiss etdiyi, bərabər imkanlara malik olduğu, ailə qurmaq və övlad böyütmək üçün real şərait tapdığı sağlam sosial mühitin mövcudluğudur".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: əhali Nailə İsmayılova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri