Ukraynada sülhün asılı olduğu beş faktor...
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
...Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar yeni səviyyəyə çata bilər. Kiyev və Moskva noyabrın 10-da Abu Dabidə ABŞ-la üçtərəfli görüşə hazırlaşır.
Lakin razılaşma şansı beş əsas məsələdən asılıdır - təhlükəsizlik zəmanətlərindən və ərazilərdən Avropanın mövqeyinə və Vaşinqtonun Ukrayna ilə məşğul olmağa hazır olmasından...
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico yazır.
1. Atəşkəs üçün ilk addımlar. Danışıqlarda məhbusların mübadiləsi, enerji infrastrukturuna hücumların dayandırılması və Qara dənizdə “sükutun” yaradılması müzakirə oluna bilər. Bu razılaşmalar daha geniş razılaşmanın başlanğıcı ola bilər.
2. Təhlükəsizlik zəmanətləri. Kiyevə ABŞ və Avropa müttəfiqlərindən, o cümlədən NATO-nun mümkün iştirakından etibarlı təminatlar lazımdır. Moskva isə alyansın genişlənməsini və hərbi mövcudluğunu məhdudlaşdırmağı tələb edir.
3. Ərazi məsələsi. Mümkün kompromislər, o cümlədən Donbassda bufer zonasının yaradılması Ukrayna, Rusiya və ABŞ liderləri tərəfindən birbaşa müzakirə edilməlidir.
4. Avropanın iştirakı. Avropa ölkələri Kiyevə hərbi və maliyyə yardımlarının əsas hissəsini təmin edir və gələcək sülhməramlı qüvvələr çox güman ki, əsasən Avropa olacaq. Fransa, Böyük Britaniya və Almaniya artıq “Arzu edənlər koalisiyası” çərçivəsində variantlar üzərində işləyirlər. Amma danışıqlar masasında Avropanın vahid nümayəndəsi yoxdur.
5. Vaşinqtonun mövqeyi və Kremlin niyyətləri. İran ətrafında eskalasiya ABŞ-ın diqqətini Ukraynadan yayındıra bilər. Avropa paytaxtları da Putinin həqiqətən müharibəyə son qoymaqda maraqlı olduğuna şübhə ilə yanaşır və Kiyevə dəstəyi və Moskvaya sanksiya təzyiqini artırmağa hazırlaşır.
Bu məsələlərin razılaşdırılmasının mümkün olub-olmamasından təkcə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Putinin görüşünün mümkünlüyü deyil, həm də real sülh sazişinin perspektivi asılıdır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 31 Oktyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















