Icma.az
close
up
RU
Azərbaycanda nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

Azərbaycanda nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda 2025-ci ildən qiymətli daşların, qiymətli metalların, o cümlədən onlardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının, eləcə də avtomobil satışı istisna olmaqla rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan çox ödənişlərin nağdsız qaydada həyata keçirilməsə maliyyə sanksiyası tətbiq olunacaq.

"Report" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

İndiyənədək “Nağdsız hesablaşmalar haqqında” qanunda bu əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən olunsa da, bununla bağlı qanun pozuntusuna görə Vergi Məcəlləsində hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu.

Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının qarşılıqlı qiymətləndirmə hesabatında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair qısamüddətli Tədbirlər Planı”nda “Nağdsız hesablaşmalar haqqında” qanunun pozulması ilə əlaqədar tövsiyələr əks olunub. Hazırki dəyişiklik adıçəkilən qanunda nəzərdə tutulmuş tələbin pozulmasına görə məsuliyyət tədbirinin müəyyən edilməsi ilə bağlıdır.

Beləliklə, bu qanunu pozmaqla aparılan əməliyyatlara görə təqvim ili ərzində 1-ci dəfə ümumi məbləğin 10 %-i, ikinci dəfə 20 %-i, 3-cü və daha çox dəfə yol verdikdə isə 40 %-i miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.

Dəyişiklik vergi nəzarəti mexanizmlərinin effektiv qurulmasını, bu sahədə şəffaflaşmanın artırılmasını, eləcə də nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsini hədəfləyir.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri