Icma.az
close
up
RU
Əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdəndir ŞƏRH

Əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdəndir ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın xarici siyasətində Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu çərçivədə Vyetnamla formalaşmış tarixi dostluğun müasir dövrün tələblərinə uyğun olaraq siyasi, iqtisadi və humanitar əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi iki ölkə arasında münasibətlərin tarixi əsaslarını, mövcud əməkdaşlıq imkanlarını və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı.

Bakı ilə Hanoy arasında əlaqələrin tarixi diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən xeyli əvvələ gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Bakıya gələrək Azərbaycanın dənizdə neft hasilatı təcrübəsi ilə tanış olub. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər edib. Bu səfərin nəticəsi postmüharibə dövrünü yaşayan Vyetnamın dirçəlməsi üçün önəmli olub və xalqlarımız arasında münasibətlərin və ölkələrarası əlaqələrin qurulmasında müstəsna rol oynayıb.

Sovet dövründə Azərbaycanda 5 000-ə yaxın vyetnamlı təhsil alıb. 2 000-dək azərbaycanlı mütəxəssis Vyetnamın neft sənayesinin formalaşmasına da töhfə veriblər.

Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Prezident Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana səfərləri münasibətlərin inkişafına təkan verib. 2025-ci il mayın 7-də Bakıda Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı qəbul ediblər. Həmin ilin iyulunda Hanoyda hökumətlərarası komissiyanın üçüncü iclası, Azərbaycan–Vyetnam Biznes Şurasının ilk toplantısı və biznes forumu keçirilib. Bu platformalar dövlət qurumlarına razılaşmaların icrasını izləmək, şirkətlərə isə birbaşa tərəfdaş tapmaq imkanı verir.

Tərəflər çoxtərəfli beynəlxalq müstəvidə də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib, ki ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.

Möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən "Yaqi" fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib.

"Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub. Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək", - deyə Prezident İlham Əliyev VNA agentliyinə müsahibəsində bildirib.

Strateji tərəfdaşlığın iqtisadi nəticəsini qarşılıqlı sərmayələrin həcmi, yeni layihələrin icrası və ticarətin nə dərəcədə şaxələnməsi göstərəcək. Neft tədarükü artıq formalaşmış əməkdaşlıq sahəsidir. Bərpaolunan enerji layihələrinin investisiya mərhələsinə keçməsi və Azərbaycan ixracatçılarının Vyetnamda davamlı satış kanalları qurması bu əlaqələrin iqtisadi miqyasını genişləndirə bilər.

Prezident İlham Əliyevin Vyetnama qarşıdakı səfəri Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində növbəti mühüm addım olacaq. Çünki bu gün Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən biri, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və energetika mərkəzidir. İki ölkənin mövcud potensialını birləşdirməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi, biznes və investisiya imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bu əməkdaşlıq hər iki ölkə üçün yeni imkanlar vəd edir.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri