Icma.az
close
up
RU
Azərbaycanda nə qədər qadın din xadimi var? RƏSMİ

Azərbaycanda nə qədər qadın din xadimi var? RƏSMİ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qadın anlayışı dinlərin formalaşdırdığı ən köklü sosial təsəvvürlərdən biri olub. Tarix boyu dünya dinləri qadının cəmiyyətdəki rolu, mənəvi statusu və sosial funksiyaları barədə müxtəlif mövqelər sərgiləyib. Dinlərdə qadın bir tərəfdən məhsuldarlıq və həyat verici qüvvə ilə əlaqələndirilsə də, digər tərəfdən ictimai və dini qərarvericilikdən kənarda saxlanılıb.

Bütün bu yanaşmaların izləri bu gün də birbaşa və ya dolayı şəkildə cəmiyyətlərdə öz əksini tapmaqdadır. Müasir dövrdə hüquq bərabərliyinə dair artan tələblərə baxmayaraq, qadının dinlə bağlı strukturlarda təmsilçiliyi hələ də bəzi məhdudiyyətlərlə qarşılaşır.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan statistik göstəricilərə görə ölkədə dini qurumlarda və bu sahədə çalışan kadrların gender bölgüsünə dair ciddi fərqlə müşahidə olunur. 

Komitə əməkdaşları üzrə kişi və qadınların iştirakçılığı

Komitənin strukturunda çalışan əməkdaşlar arasında kişilərin sayı 126 nəfər, qadınların sayı isə 39 nəfərdir. Bu isə ümumilikdə 165 nəfərlik heyətin təxminən 76,4%-nin kişi, 23,6%-nin isə qadın olduğunu göstərir. Bu nisbət, sözügedən dövlət idarəetmə strukturunda qadınların hələ də azlıq təşkil etdiyini göstərən tendensiyanı təsdiqləyir.

Rəhbər vəzifələrdə gender balansı

Komitədən verilən məlumata görə rəhbər vəzifə tutan şəxslərin cəmi 41 nəfər olduğu qeyd olunur. Onlardan 36-sı kişi, 5-i isə qadındır. Bu isə rəhbərlikdə qadınların payının sadəcə 12,2% olduğunu göstərir. Qadınların mövqeyi idarəedici sahədə də zəif təmsil olunduğunu görmək mümkündür.

Dini icma sədrləri üzrə kişi və qadınların statistikası

Daha da maraqlı nəticələr dini icma sədrləri arasında müşahidə olunur. Burada ümumilikdə 995 nəfərdən yalnız 18-i qadın, 977-si isə kişidir. Bu göstərici dini icmaların rəhbərliyində qadınların təmsil olunmasının çox aşağı səviyyədə – təxminən 1,8% olduğunu göstərir. Qeyd edək ki, bu şəxslər icmanın təşkil edilməsi, ibadət məkanlarının idarəsi, dini təlimatlar verilmesi, icma üzvləri arasında əlaqələrin təmin edilməsi və icmanın digər məsuliyyətlərinin icrası kimi işlərlə məşğuldur.

Dini xadimlər üzrə qadınların göstəriciləri

Ən kəskin gender fərqi dini xadimlər arasında nəzərə çarpır. 1438 kişi dini xadimin qarşısında yalnız 52 qadın dini xadim var. Bu isə qadınların dini xidmətlər sahəsindəki iştirakının cəmi 3,5% civarında olduğunu ortaya qoyur. Qeyd edək ki, din xadimlərinin əsas işi bir dinin qayda-qanunlarını, təlimlərini, dini mərasimləri təşkil edən və təbliğ edən şəxsdir. İslam dinində "din xadimi" anlayışı üləma (din alimləri), imamlar, şeyxlər, axundlar və mollalar vasitəsilə təmsil olunur, şəriəti öyrədir, Quranı təfsir edir, cümə namazlarını və dini mərasimləri icra edir. Dini xadimlər, dini təhsil almış və dini məsuliyyətləri icra etməyə hazırlanan insanlardır. 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı rəsmi məlumatlara əsasən şəriətə görə qadın imam və imam müavini ola bilməz. Qadınlara yalnız dini ain icrası kimi fəaliyyət göstərə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:400
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri