“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib.
APA xəbər verir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən dövrün tələblərinə uyğun olaraq yeni redaksiyada qəbul edilmiş “Hakimlərin Etik Davranış Kodeksi” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir. Kodeksin əsas məqsədi hakimlərin yüksək peşə və etik davranış standartlarına riayət etməsini təmin etmək, məhkəmə hakimiyyətinin nüfuzunu möhkəmləndirmək və cəmiyyətdə məhkəmələrə ictimai etimadın qorunmasına xidmət etməkdir.
Sənəddə hakimin müstəqilliyi, qərəzsizliyi və obyektivliyi, qanun və məhkəmə qarşısında bərabərliyin təmin edilməsi, vicdanlılıq və dürüstlük, ictimai davranış və sosial məsuliyyətlilik, media və sosial şəbəkələrlə münasibətlər, əmək və icra intizamı, habelə hakimlər arasında peşə həmrəyliyi ilə bağlı məsələlər öz əksini tapıb.
Həmçinin, Kodeksdə etik davranış qaydalarına dair maarifləndirmə və mübahisələrin həlli məqsədilə Etik Davranış üzrə Etika Komissiyasının yaradılması da nəzərdə tutulub.
Qeyd edək ki, bu Kodeksin qəbul edilməsi ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının 2007-ci il 22 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin Etik Davranış Kodeksi” qüvvədən düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















