Icma.az
close
up
RU
Azərbaycanda noutbuk istehsalı 3 dəfədən çox artıb

Azərbaycanda noutbuk istehsalı 3 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqları istehsalının ümumi dəyəri 221,3 milyon manat təşkil edib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,3 %, elektrik avadanlıqlarının istehsalı isə 29,6 % artıb.

O cümlədən, noutbukların istehsalı 3,2 dəfə, güc transformatorlarının istehsalı 66,1 %, ölçmə cihazlarının istehsalı isə 25,8 % artıb.

Əvəzində stolüstü kompüterlərin istehsalı 70, 6 %, elektrik tənzimləyici cihazların istehsalı 19,4 %, məişət soyuducuları və dondurucuların istehsalı isə 8,8 % azalıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:32
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri