Icma.az
close
up
RU
Azərbaycanda orqan satışı yenidən gündəmdə: Gələcəkdə bacı qardaş evliliyinə yol aça bilər

Azərbaycanda orqan satışı yenidən gündəmdə: Gələcəkdə bacı qardaş evliliyinə yol aça bilər

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Süni mayalanma üçün yumurtalıq follikulu donorlarının tələb olunması barədə elanlar üç il fasilədən sonra yenidən sosial şəbəkələrdə paylaşılmağa başlayıb.

Donor olacaq şəxslərə 500-700 manat ödəniləcəyi bildirilir.

"Siz də 10 gün ərzində 500-700 manat qazana bilərsiniz" başlıqlı paylaşımda 18-29 yaşında xanımların tələb olunduğu qeyd edilib.

Bu məsələ isə vətəndaşlar arasında birmənalı qarşılanmır. Bəziləri bu tendensiyanın davam edəcəyi təqdirdə gələcəkdə qardaş-bacı evliliklərinə yol açacağını söyləyirlər.

Mövzunun aktuallığını nəzərə alaraq, Oxu.Az follikul donorluğunun hüquqi, tibbi, etik-mənəvi aspektlərini yenidən mütəxəssislərlə müzakirə edib.

Qeyd olunub ki, bu, yerli qanunların pozulması ilə yanaşı, qadın orqanizmində geridönülməz fəsadlar da yarada bilər.

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, bu cür təbliğ və təşviqatlar açıq reklam xarakteri daşıyır, müəyyən tibbi xidmət adı altında qanunvericilik pozulur, bir sıra hüquqi, etik nəticələrə səbəb olacaq vəziyyət yaradır:

"Azərbaycanda məsələ bir neçə hüquqi normativ akt ilə tənzimlənir. Belə ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunun 14-cü maddəsinə əsasən, donorluluq könüllülük və əvəzsizlik prinsipi əsasında həyata keçirilə bilər. Bu o deməkdir ki, heç bir şəxs orqan və toxuma verməyə görə pul və maddi fayda əldə edə bilməz. Həmin qanunun 33-cü maddəsində orqan və toxumaların alınması, verilməsi ilə bağlı reklam və təşviqetmə qəti şəkildə qadağan olunur. Yalnız dövlətin icazə verdiyi maarifləndirici fəaliyyət istisna olmaqla. Əvəzsiz olaraq qohumlar arasında donorluğa icazə verilir".

Hüquqşünas bildirib ki, maddi maraq güdülərək insan orqan və toxumalarının alqı-satqısı hüquqi məsuliyyət yaradır:

"Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, maddi maraq güdülərək insan orqan və toxumalarının əldə edilməsi, verilməsi, bu məqsədlə alqı-satqı əməliyyatlarının aparılması 3-10 ilə qədər azadlığın məhrum edilməsi məsuliyyəti yaradır. Sözügedən hal mütəşəkkil cinayətkar dəstə tərəfindən təşkil olunursa, bu, ağır cinayət hesab olunur".

Onun sözlərinə görə, bu tip halların reklam edilməsi hüquqi aspektdə qadağandır:

"Reklam haqqında" Qanunun 11.1-ci maddəsi mülki dövriyyədə olması qadağan olunan əşyaların, o cümlədən insan orqanlarının reklamını, insanın sağlamlığına mənfi təsir göstərən reklam formasını qadağan edir. Bu, məsələnin qanunvericilik tərəfidir.

Eyni zamanda, məsələnin ikinci tərəfi - cəmiyyət üçün təhlükəli vəziyyətlər yarada bilməsidir. Bu cür maddi təşviqatla, kommersiya xarakterli donor çağırışları təkcə hüquq pozuntusu deyil, insan ləyaqətinin alçaldılmasına, bədənin ticarət predmetinə çevrilməsinə, sosial tərəfdən daha zəif təbəqənin maddi məcburiyyətlə istismara gətirib çıxarmasına, gənclər arasında yanlış dəyərlərin formalaşdırılmasına, onların bədən üzvlərini satmaqla gəlir əldə edilməsinin normallaşdırılmasına, etik tibbi mühitin korlanmasına, həkim, donor, pasiyent, resipiyent münasibətlərində etimadın zəifləməsinə gətirib çıxara bilər.

Təəssüf ki, Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanun qəbul edilməyib. Bu da reproduktiv hüceyrələrin hüquqi statusunu müəyyən edə bilmir. Reproduktiv hüceyrələrin (yumurta, sperma) verilməsi ilə bağlı ayrıca tənzimlənmə, yəni reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun layihəsi qəbul edilsə, bu məsələlərlə bağlı qanunvericilikdə olan boşluq da aradan qaldırıla bilər.

Hüquqi tənzimlənmə, ümumiyyətlə insan orqanizminin toxunulmazlığına dair konstitusion prinsiplər mövcud qanunlara əsasən tənzimlənməlidir.

Orqan, toxumanın pulla donorluğa təşviqi qanunsuzdur, bu cür təşviqatı aparan fiziki və hüquqi şəxslər barəsində cinayət və inzibati məsuliyyət yarana bilər. Müvafiq dövlət qurumları bu məsələyə dərhal reaksiya verməli, ictimaiyyət isə hüquqi savadlılıq ilə bağlı maarifləndirici fəaliyyəti genişləndirməlidir. Bu da vətəndaş cəmiyyətinin əsas funksiyalarından biridir. Cəmiyyət başa düşməlidir ki, bu, qanunla qadağan edilib, etik və dini dəyərlərimizə ziddir. Çox ağır nəticələrə gətirib çıxara bilər".

Sosioloq Sahib Altay qeyd edib ki, donorluluq fonunda uşağın dünyaya gətirilməsində bioloji akt pozulur:

"Sosial məsələlər də bioloji aktlardan asılıdır. İşin bir də mənəvi tərəfi var. Tarixən ailənin ərsəyə gəlməsində nikahın önəmi var. Nikahın alt qatında mənəvi, iqtisadi, sosioloji məsələlər yer alır. Bu məsələlərdən biri də qadının və nikahdan dünyaya gələcək uşağın sosial statusu məsələsidir. Bu baxımdan sözügedən məsələ bir problemdir.

Çünki həyatdakı canlının ali məqsədi nəsil artırmaq və həyatda qalmaqdır. Ailə də nəsil artırmaq instinktinə xidmət edən bir modeldir.

Burada ilk olaraq bioloji akt məsələsi var - bildiyimiz kimi, insanın nəsilartırma instinktinə xidmət edən hal iki insanın birlikdə olmasından uşağın dünyaya gəlməsidir. Ancaq donorluq fonunda bu akt pozulur. İki nəfər nikahda olduğu təqdirdə üçüncü şəxs donor olursa, kişi və ya qadın - fərq etmir, bu uşaq həmin ailənin bir fərdinə aid olur. Ailənin iki fərdinə aid olmur.

Bir də surroqat ana məsələsi var, bu isə tamam başqa anlayışdır. Burada iki insanın hüceyrələri mayalandırılıb, anaya köçürülür. Burada surroqat ananın bioloji olaraq heç bir hüceyrəsi iştirak etmir".

Onun sözlərinə görə, cəmiyyətdə müzakirə edilən donorluğun qardaş-bacı evliliklərinə gətirib çıxarması məsələsi isə doğrudur:

"Çünki insanların bu barədə məlumatı olmayacaq. Burada digər bir təhlükə də var. Öncəki dövrlərdə genetika və neyrobiologiya elmi bu qədər inkişaf etməmişdi. Hazırda elm elə səviyyəyə gəlib çıxıb ki, indi insanlar fərdi şəkildə, fərdi maraq müqabilində, müəyyən məvacib qarşılığında öz gen xəritələrini çıxara bilirlər. Öz genlərinin tərkibində hansı millətin gen elementləri var, öyrənə bilirlər.

Bunu daha da bəsitləşdirib klinikalara gətirib çıxarıblar. Artıq Bakıda da gen xəritələri çıxaran klinikalar var. Qadının hamiləlik dövründə USM, dopler müayinələri xaricində məhz genetik analizlər mövcud idi, indi bu analizlər pik həddə çatıb.

Artıq ana bətnində olan uşağın gen xəritəsi çıxarıla bilir. Gələcəkdə heç kim deyə bilməz ki, o uşaq böyüyüb, öz gen xəritəsini çıxarıb, ailəyə məxsus olmadığını biləndə hansı hisslər keçirəcək. Bu, bir şəxsiyyətin məhv olması deməkdir. Normal qəbul olunacaq bir şey deyil.

Fərdlərin özündən götürülmüş nümunələr əsasında süni mayalanma edilə bilir. Lakin bəzən ya qadın, ya da kişidə süni mayalanma üçün hüceyrələri uyğun gəlməyə bilir. Başqasının donorluğu ilə uşaq olarsa, bu, onlara mənsub olmur. Övladlığa uşaq götürüb saxlamaqla başqasının donorluğu ilə dünyaya uşaq gətirmək eyni anlayışdır".

Azərbaycan Tibb Universitetinin Mamalıq-ginekologiya kafedrasının həkimi Vüsalə Tağıyeva vurğulayıb ki, son dövrlərdə ödənişli donor olmaq istəyən qadınlar kifayət qədər çoxdur:

"Donor olmaq istəyən pasiyentlər müvafiq müayinələr sonrası seçilirlər. Yəni hər kəs donor ola bilməz. Xüsusən də burada qadının yaşı önəmli rol oynayır. Nəzərə alsaq ki, yaş artdıqca Over rezervi (yumurtalıq rezervi) də azalır, donorlar da, əsasən, 30 yaşdan kiçik olan qadınlar arasından seçilir.

Yumurta sayından daha da önəmli olan məsələ - keyfiyyətli yumurtahüceyrələrin toplanmasıdır. Bu da 35 yaşdan sonra çətinləşir. Bundan başqa, diqqət edilən əsas kriteriyalar sırasına qadının fiziki sağlam olması, genetik xəstəliyinin və zərərli vərdişlərinin olmamasıdır.

Donor olmaq istəyən hər bir qadın bilməlidir ki, onlar yumurtahüceyrələrin toplanmasına qədər müəyyən etaplardan keçəcəklər. Öncə follikulların yetişməsi üçün qadınlara müəyyən bir müddət hormonal preparatlar təyin olunur. Daha sonra yetişmiş follikullar optimal ölçüyə çatdıqdan sonra xüsusi preparatlar vasitəsilə partladılır. Bundan sonra artıq yumurtatoplama proseduruna keçid edilir. Əlbəttə ki, bütün bu period ərzində qadınlar nəzarət altında olurlar. Yumurtatoplama proseduru isə sedasiya (yuxu) altında, USM nəzarəti ilə, xüsusi alət vasitəsilə icra edilir".

Ginekoloq sözügedən prosesin fəsadlarından da bəhs edib:

"Əlbəttə ki, bu prosedurun da bəzi fəsadları var. Prosedur sırasında olan fəsadlara alətin damarı, sidik kisəsi və bağırsaqları zədələməsi aid edilir. Damar zədələnməsi qanaxma ilə nəticələnə bilir.

Həmçinin follikul yetişdirilməsi üçün istifadə olunan hormonal dərmanların doğru dozada qəbul edilməməsi (xüsusilə də həkim təyinatı və nəzarəti olmadan) yumurtalıqların fəaliyyətinin həddindən artıq artmasına, yəni yumurtalıqların hiperstimulyasiya sindromuna (OHSS) gətirib çıxara bilir. Bu da ciddi bir vəziyyətdir".

Bundan başqa, doktor qeyd edib ki, donor olmaqdan savayı, bəzi qadınlar yumurtahüceyrələrini dondurub saxlaya da bilərlər:

"Son olaraq bir məqamı da vurğulamaq istəyirəm ki, yumurtatoplama proseduruna, xüsusən 30-35 yaşdan gec ailə həyatı qurmağı planlayan və ya ailəli olub hələ övlad sahibi olmaq istəməyən qadınlarımız da müraciət edə bilərlər. Bu hal xaricdə daha geniş tendensiya halı alsa da, Azərbaycanda da yumurtahüceyrələrini donduran qadınlara rast gəlmək mümkündür.

Bu prosesdə eynilə, qeyd etdiyim kimi, qadın orqanizmi hazırlanaraq yumurtatoplama proseduru icra olunur. Sadəcə, istifadə olunmadan dondurularaq saxlanılır. Nə zaman ki övlad sahibi olmaq istəyirlər, ondan istifadə edərək, əgər yanaşı da bir problem yoxdursa, rahatlıqla hamilə qala bilirlər. Unutmamaq lazımdır ki, yaşımız artdıqca yumurtahüceyrələrimiz də qocalır. 30 yaşdan sonra sürətlənən bu proses 35 yaşdan sonra daha da geniş vüsət alır. Buna görə də yumurtahüceyrələrin dondurularaq saxlanması qadınlara gələcək həyatlarında köməklik edə bilər".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see261

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see212

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see198

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see194

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see172

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see171

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see167

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see146

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see130

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see126

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see124

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see121

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see120

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri