Icma.az
close
up
RU
Gələcəkdə bacı və qardaşlar evlənə bilər?

Gələcəkdə bacı və qardaşlar evlənə bilər?

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda son zamanlar follikul donorluğuna maraq artıb. Bəzi ginekoloqlar sosial şəbəkələrdə qadınlara açıq şəkildə pul qarşılığında follikullarını satmağı təklif edir. Maraqlıdır, bu, gələcəkdə bir-birini tanımayan bacı və qardaşların doğulmasına və onların evlənməsi halında qohum evliliyinin fəsadlarına səbəb olmazmı?

Mama-ginekoloq Rəşad Sultan Metbuat.az-a açıqlamasında bildirib ki, qadınların yumurta ehtiyatının limiti var:

“Yəni hər bir qadının orqanizmində müəyyən sayda yumurta hüceyrəsi mövcuddur və bu yumurtalar zamanla, xüsusilə klimaks dövrünə yaxın tükənir. Bəzən isə müəyyən səbəblərdən bu ehtiyat daha erkən yaşlarda da tükənə bilər. Bu hal həm biz həkimlər, həm də ana olmaq istəyən qadınlar üçün ciddi bir problemdir. Məsələn, gec ailə quran qadınlar və ya yumurtalıq ehtiyatı erkən tükənən pasiyentlər bizə müraciət etdikdə artıq onların öz yumurtaları olmadığından alternativ yollar axtarmağa məcbur qalırıq. Belə hallarda donor yardımından istifadə olunur. Yəni başqa bir qadının yumurtası alınır, həmin qadının həyat yoldaşının spermatozoidləri ilə laborator şəraitdə mayalandırılır və sonradan həmin pasiyentin bətninə köçürülür ki, hamiləlik baş versin. Yumurtası istifadə olunan qadına "donor" deyirik”.

R.Sultan bəzən sağlam qadınların da müraciət edərək ehtiyacı olanlara öz yumurtalarını vermək istədiyini söyləyib:

“Biz bu qadınların yumurtalarını götürürük. Lakin belə bir vəziyyət ortaya çıxır ki, əgər bir donor bir neçə mərkəzə və bir neçə pasiyentə yumurta verərsə, nəticədə genetik baxımdan çox sayda övladı olmuş olur. Gələcəkdə bu övladların bir-birilə bilmədən ailə qurması riski yarana bilər. Belə halların qarşısını almaq üçün bu sahədə hüquqi baza yaradılmalıdır. Yəni reproduktiv funksiyalarla bağlı xüsusi qanun qəbul olunmalıdır. Hazırda "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlanma mərhələsindədir. Təəssüf ki, bu layihə illərdir ki, hazırlanır, amma hələ də qəbul olunmayıb. Lakin bildiyim qədərilə son aylarda bu məsələ ilə daha ciddi şəkildə məşğul olunur və ümid edirəm ki, yaxın zamanda bu qanun qəbul ediləcək”.

Ginekoloqun sözlərinə görə, əsas gözləntiləri donorların qeydiyyatının aparıldığı bir reyestr sisteminin yaradılmasıdır:

“Yəni elektron portal vasitəsilə elə bir sistem qurulmalıdır ki, bir donor bir neçə mərkəzdə və bir neçə qadına eyni anda yumurta verməsin. Yalnız bu cür ciddi nəzarət və tənzimləmə ilə gələcəkdə yarana biləcək mənfi halların qarşısını almaq mümkündür. Bəziləri ümumiyyətlə donorluğun tamamilə yasaqlanmasını təklif edir. Amma bir anlıq təsəvvür edin, əgər yumurta donorluğu tamamilə qadağan olunsa, bu zaman 35–45 yaş arasında yumurta ehtiyatı tükənmiş qadınlar hansı çarəsiz vəziyyətdə qalacaqlar?”

“Həkim kimi mən yumurta donorluğunun tərəfdarıyam və onun yasaqlanmasının əleyhinəyəm. Çünki məhz donor yardımı ilə nə qədər qadın övlad sahibi olur. Sadəcə bu proses çox ciddi şəkildə həm qanunvericilik, həm də texniki vasitələrlə tənzimlənməlidir. Qeyd etdiyim reyestr sistemi də məhz bu məqsədə xidmət edir”, - deyə R.Sultan əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 İyun 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri