Icma.az
close
up
RU
Azərbaycanda orta məktəblərin reytinqi HAZIRLANA BİLƏR

Azərbaycanda orta məktəblərin reytinqi HAZIRLANA BİLƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ali təhsil müəssisələri arasında reytinq sıralamaları təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib. Universitetlərin akademik nüfuzunu, elmi-tədqiqat fəaliyyətini, beynəlxalq əməkdaşlıqlarını və məzunlarının uğurlarını ölçən bu reytinqlər ali təhsil sistemində keyfiyyətin artırılmasına mühüm təsir göstərir. QS World University Rankings, Times Higher Education və Shanghai Ranking kimi nüfuzlu təşkilatlar hər il universitetlərin mövqeyini dəyərləndirir və bu göstəricilər həm tələbələr, həm də təhsil müəssisələri üçün mühüm referans mənbəyinə çevrilir. Azərbaycan universitetləri də zaman-zaman bu reytinqlərdə yer alır. Həmçinin, ali təhsil müəssisələrinin daxili reytinq sisteminin yaradılması da müzakirə edilir.

Ekspertlər bənzər yanaşmanın orta məktəblər üçün də tətbiq oluna biləcəyini düşünür. Məktəblərin reytinqinin hazırlanması təhsil sisteminin inkişafına xidmət edəcək və keyfiyyətin ölçülməsi üçün obyektiv bir göstərici rolunu oynayacaq.

Bu reytinq müəyyən edilərkən bir neçə əsas meyar nəzərə alınmalıdır. Əsas göstəricilərdən biri şagirdlərin akademik nəticələridir. Dövlət imtahanlarında əldə olunan nəticələr, beynəlxalq olimpiadalarda və fənn müsabiqələrində qazanılan nailiyyətlər məktəbin təhsil səviyyəsini əks etdirən mühüm faktorlardır. Həmçinin, məzunların ali təhsil müəssisələrinə qəbul faizi və onların universitetlərdə göstərdiyi uğurlar məktəbin tədris keyfiyyəti barədə aydın təsəvvür yaradır.

Bundan əlavə, müəllim heyətinin peşəkarlığı və təcrübəsi də vacib faktorlardan biridir. Müəllimlərin ixtisasartırma kurslarında iştirakı, tədris metodikası və innovativ yanaşmaları məktəbin ümumi səviyyəsinə birbaşa təsir göstərir. Eyni zamanda, məktəbin infrastruktur imkanları – laboratoriyaların, kitabxanaların, idman və yaradıcılıq mərkəzlərinin mövcudluğu və istifadə səviyyəsi də nəzərə alınmalıdır.

Məktəblərin təhsil mühiti və psixoloji atmosferi də əhəmiyyətli göstəricilər sırasındadır. Şagirdlərin və valideynlərin məktəbdən məmnuniyyəti və inklüziv təhsil imkanları məktəbin ümumi keyfiyyətini müəyyənləşdirən əsas amillərdəndir.

Məktəblərin reytinqinin hazırlanması ölkənin təhsil sistemində yeni bir mərhələ aça bilər. 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda buna oxşar model var:

“İndiyə qədər “qabaqcıl təhsil işçisi”, “əməkdar müəllim” kimi adlarla müəllimlər təlti edilirdi. Sonra belə layihələr məktəblər üzərində həyata keçirilməyə başlandı. Son 2 ildə demək olar ki, qabaqcıl məktəblərin təqdimatı keçirilmir”.

Ekspert bildirib ki, ictimai rəylə müəyyən reytinq cədvəli tərtib etmək olar: "Məsələn hansı məktəbin buraxılış nəticələri yüksəkdir, hansı məktəbin olimpiada qalibləri çoxdur, hansı məktəb daha çox vətənpərvər şəxslər yetişdirib. Təəssüf ki, biz bu gün bütün meyarları ancaq qiymətləndirmə üzərindən qurmuşuq. Yaxşı nəticələr ancaq yüksək nəticə toplayan abituriyentllərlə ölçülür”.

M.Məmmədlinin sözlərinə görə, hələ elə bir məktəbin adı çəkilməyib ki, neçə şəhid verib, neçə vətənpərvər şəxs yetişdirib:

“Bu kimi kriteriyalar önə çıxmır. Bizim meyarımız odur ki, hansı məktəb nə qədər yüksək ballı şagird yetişdirib. Bu sahədə işlərin görülməsi ümumi rəqabətə gətirib çıxara bilər. Universitetlərin reytinq göstəriciləri xarici jurnallarda dərc olunmaqla, beynəlxalq arenaya çıxmaqla ölçülür. Məktəblər üçün də reytinq cədvəli başqa istiqamətlərdə qurula bilər. Məktəblərin reytinqlərini qaldırmaq üçün rayonlararası müsabiqələr təşkil etmək olar. Ümumi reytinq sıralamasına gəldikdə isə bu Elm və Təhsil Nazirliyi tərəfindən məzunların qəbul imtahanlarında topladığı bala görə aparılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri