Icma.az
close
up
RU
Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər

Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb. Belə ki, rəsmi məlumata görə, ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562,3 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, minik avtomobil istehsalı 71,7 faiz (və ya 1513 ədəd) artıb. Xatırladaq ki, 2023-cü ildə ölkədə 2110 ədəd minik avtomobili istehsal olunub.

Ölkədə avtomobil istehsalında kəskin artımın qeydə alınması daxili bazarda qiymətlərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Trend-ə açıqlamasında deyib ki, yerli istehsal aktual və vacib məsələdir.

O bildirib ki, yerli avtomobillər digərlərinə nisbətən qiymət baxımından istehlakçılara daha ucuz başa gəlir:

"Artıq, demək olar ki, taksi parkımız yenilənməkdədir. Buna yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsi, utilizasiya prosesinə start verilməsi təsir göstərib. İndiki məqamda yerli istehsalın həcminin artması çox vacibdir”.

Mütəxəssisin sözlərinə görə, istehsalda kəskin artım daxili bazarda müəyyən qisim avtomobilərin qiymətlərinə təsir göstərə bilər:

"Lakin ciddi qiymət fərqini müşahidə etməyəcəyik. Çünki yalnız daxili istehsal hesabına tələbi qarşılamaq qeyri-mümkündür. Azərbaycana Koreya, Yaponiya və xüsusən də Çindən avtomobillər idxal olunur. Yerli avtomobil istehsalında artım ikinci əl avtomobil bazarında yaşı 10 ilə qədər olan minik nəqliyyat vasitələrinə müəyyən mənada təsir göstərə bilər. Bunun digər avtomobillərə o dərəcədə də ciddi təsiri olmayacaq”.

Qeyd edək ki, Azərbayanda ötən ilə nisbətən yük avtomobili istehsalında da artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 394 ədəd yük avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 285 ədədə bərabər olub.

Beləliklə, ölkədə yük avtomobili istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz (və ya 109 ədəd) artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində isə traktorların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri