Icma.az
close
up
RU
Azərbaycanda qadınlar günü nə vaxtdan qeyd edilir? FOTO

Azərbaycanda qadınlar günü nə vaxtdan qeyd edilir? FOTO

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadınlar Gününün təməli 1908-ci ildə Nyu-Yorkda 15 min tekstil işçisinin küçələrə axışaraq daha qısa iş saatları, ədalətli əməkhaqqı və seçki hüququ tələb etməsi ilə qoyuldu. Bir il sonra Amerika Sosialist Partiyası 8 Martı Milli Qadınlar Günü elan etdi. Lakin bu tarixin beynəlxalq səviyyəyə qaldırılması ideyası alman kommunist və qadın hüquqları müdafiəçisi Klara Setkin tərəfindən irəli sürüldü.

1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Əməkçi Qadınlar Konfransında Setkin Dünya Qadınlar Gününün qeyd olunması təklifini verdi. Konfransa qatılan 17 ölkədən 100 qadın bu ideyanı yekdilliklə dəstəklədi. İlk beynəlxalq tədbirlər 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə təşkil olundu. 2011-ci ildə isə Dünya Qadınlar Gününün 100 illiyi böyük miqyaslı tədbirlərlə qeyd edildi.

1977-ci ildə BMT 8 Mart – Dünya Qadınlar Gününü rəsmi olaraq tanıdı və o gündən bəri hər il üçün xüsusi bir mövzu müəyyən etməyə başladı.

Bu gün qadın hüquqları uğrunda mübarizənin simvolu kimi qeyd olunur və bəşəriyyətin yarısını təşkil edən qadınların cəmiyyətə verdiyi töhfələrin tanınması üçün önəmli bir platformaya çevrilib.

News24.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda qadınlar günü rəsmi olaraq 1921-ci ildən qeyd edilib. Belə ki, Azərbaycan Şura Cümhuriyyətinin dövlət başçısı Nəriman Nərimanovun 8 Martın “Əməkçi qadınlar günü” elan edilməsi ilə bağlı 7 mart 1921-ci il tarixli əmrindən sonra qeyd edilib. 

Əmrdə qeyd edilib: “Qarşıdan gələn “Qadın işçilər günü” bayramı ilə əlaqədar olaraq bütün müəssisələrdə çalışan qadın işçilər 8 Martda bütün işlərdən azad edilir və bu səbəbdən bütün hərbi, mülki qurumlar, fabrik komitələri və bütün təşkilatlardan qadın işçiləri vaxtında xəbərdar etmələri xahiş olunur.

Bu sərəncam ictimai iaşə yeməkxanalarına, yemək məntəqələrinə, körpələr evi və uşaq bağçalarına xidmət göstərən işçilərə şamil edilmir və bu səbəbdən adıçəkilən müəssisələrdə işlər adi qaydada aparılacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri