Icma.az
close
up
RU
Azərbaycanda qadınların ən çox etdirdiyi plastik əməliyyatlar...

Azərbaycanda qadınların ən çox etdirdiyi plastik əməliyyatlar...

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər plastik əməliyyatlara maraq yüksək həddə çatıb. Ən çox da gənc nəsilin müraciət  etdiyi burun estetikası, dodaq dolğusu və bədənşəkilləndirmə kimi prosedurlar dəb halını alıb. Sosial medianın təsiri, ideal görünüş meyarlarının dəyişməsi, psixoloji komplekslər kimi amillər bu cür əməliyyatları gündəmdən düşməyə qoymur.

Estetik-plastik cərrah Vaqif Qələndərli Modern.az saytına deyib ki, dünyada olduğu kimi, Azərbaycanda da eyni tendensiya hökm sürür.
“Plastik-estetik və rekonstruktiv cərrahiyəyə maraq hər il artmaqdadır. İlk səbəb kimi, əməliyyat prosedurlarının daha müasir hala gəlməsi və əlçatan olmasıdır. Ən çox da gənc xanımlar bu prosedurlara üz tuturlar”.

Müsahibimiz qeyd edib ki, plastik cərrahiyənin 2 növü var: bərpaedici və estetik. Bərpaedici əməliyyatlara rekonstruktiv əməliyyatlar, anadangəlmə qüsur və fiziki travmaların düzəldilməsi, toxumaların yenidən əvvəlki halına qaytarılması, qəza nəticəsində əmələ gələn problemlərin bərpası daxildir. Estetik əməliyyatlara isə üz, boyun, bədən qırışlarının, artıq ətlərinin aradan qaldırılması, doğum zamanı bədəndə yaranan piylənmənin yox edilməsi, bədənin müxtəlif yerlərindən (sinə, qarın, çanaq, ayaqlar, qolaltı) dərinin kəsilməsi və başqaları aiddir.

Vaqif Qələndərli söyləyib ki, ən çox estetik əməliyyat edirənlər arasında 20 yaşdan yuxarı xanımlar üstünlük təşkil edir.
“Onların etdirdiyi əməliyyatlardan rinoplastika (burun əməliyyatı) birinci yerdədir. Daha sonra, blefaroplastika (göz qapağı sallanması) və üz dərisinin (facelifting) dartılması gəlir. Sonra isə süd vəzilərinin kiçildib-böyüdülməsi, piy toxumasının azaldılması (abdominoplastika), qarın divarlarındakı toxumanın aradan qaldırılması əməliyyatları geniş icra olunur”.
Zərif Sofiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri