Icma.az
close
up
RU
Azərbaycanda qadınların iş vaxtı 2 saat AZALDILIR? KONKRET

Azərbaycanda qadınların iş vaxtı 2 saat AZALDILIR? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Rusiyada 1 may 2025-ci il tarixindən qadınların iş saatının kişilərə nisbətən 2 saat azaldılması qərarı qəbul edilib. Bu təşəbbüs qadınların sosial rifahını artırmaq, ailə və iş həyatları arasında tarazlığı qorumaq, demoqrafik inkişafı dəstəkləmək məqsədi daşıyır.

Bəs sözügedən qərarın Azərbaycanda da tətbiq olunma ehtimalı var?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmək münasibətləri üzrə ekspert Ağa-Musa Səfiyev bildirir ki, ilk növbədə Azərbaycanda hüquqi bazaya nəzər yetirmək lazımdır:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (maddə16), əmək münasibətlərində bərabərlik prinsipi tətbiq edilir. Cinsiyyətə görə ayrı-seçkiliyə yol verilmir və əmək hüquqları bərabər əsaslarla tənzimlənir.

Hazırkı qanunvericilikdə yalnız xüsusi hallar (hamiləlik dövrü, azyaşlı uşaqlara qulluq, ağır və zərərli işlərdə çalışma) üçün qadınların iş saatlarının azaldılması nəzərdə tutulur”, – deyə ekspert bildirib.

Bütün qadınların iş saatlarının sistemli şəkildə azaldılması üçün isə Əmək Məcəlləsinə və əlaqəli qanunvericiliyə dəyişikliklər edilməlidir deyən Ağa-Musa Səfiyev qeyd edib ki, indiki vəziyyətdə qadınların iş saatının azaldılması prosesinin tətbiqi zamanı mütləq bu tədbirlərin görülməsi və nəticələrin üzə çıxması nəzərə alınmalıdır:

“Öncəliklə hüquqi baxımdan müvafiq qanun dəyişiklikləri hazırlanmalı və gender bərabərliyi prinsipi qorunmalıdır. Eyni zamanda iqtisadi baxımdan işəgötürənlərə əlavə xərclər yüklənə bilər və işçi qüvvəsi yenidən təşkil edilməlidir. Sosial baxımdan isə qadınların ailə həyatına və şəxsi inkişafına daha çox vaxt ayırmaq imkanları arta bilər və demoqrafik göstəricilərə müsbət təsir edə bilər”, – deyə ekspert diqqətə çatdırıb.

Ekspertin fikrincə, qısaldılmış iş həftəsi və çevik iş rejimi tətbiq olunmaqla uzaqdan işləmə imkanları genişləndirilməsi, əlavə ödənişli məzuniyyət günlərinin verilməsi, işçi və işəgötürən arasında razılaşma əsasında fərdi qrafiklərin yaradılması kimi alternativ yanaşmalar təşkil edilə bilər:

“Qeyd olunan tətbiq dövlət sektorunda mərhələli olmalı, xidmətlərin fasiləsizliyinə təsir etməməlidir. Özəl sektorda isə işəgötürənlər dövlət tərəfindən dəstək proqramları əsasında könüllü əsasda dəyişikliklərə gedə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu zaman işçi xərcləri, resurs çatışmazlığı və istehsalın azalması riskləri yarana bilər. Buna görə tətbiq könüllü və güzəştli yanaşmalar üzərində qurula bilər”.

Ağa-Musa Səfiyev onu da əlavə edib ki, belə bir təşəbbüsdən əvvəl dövlət qurumları, həmkarlar ittifaqları, işəgötürən birlikləri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş ictimai müzakirələr aparılsın.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri