Türkiyə futbolunda skandal Mərc qalmaqalında adı keçən matçlar ləğv oluna bilər
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, Türkiyə futbol hakimlərin mərc oynaması qalmaqalı ilə sarsılır. İstanbul Apellyasiya Məhkəməsinin prokuroru Asım Ekren, bəzi keçmiş matçların ləğv edilə biləcəyini açıqlayıb.
Prokuror Ekren qeyd edib ki, hakimin mərc oynaması təkbaşına cinayət sayılmır, lakin idarə etdiyi oyunla bağlı mərc oynayıbsa, bu hal 6222 saylı qanuna əsasən “oyunun nəticəsinə birbaşa təsir etmək və ya mərc qoyduğu komandanın qələbəsi üçün çalışma” cinayətinə çevrilə bilər.
Onun sözlərinə görə, keçmiş oyunların nəticələri yalnız belə halların sübuta yetirilməsi halında ləğv oluna bilər.
Ekren əlavə edib ki, lisenziyalı platformada mərc oynamaq cinayət deyil, lakin bu davranış disiplin və etik baxımdan ciddi nəticələr doğura bilər.
Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlu da bildirib ki, peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc hesabı var, 152-si isə aktiv şəkildə oynayır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Noyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















