Icma.az
close
up
RU
Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü

Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhəri, Xətai rayonunun Keşlə qəbiristanlığında bəzi qəbirlər çöküb, ətrafı isə dağılıb.

Sakinlərin iddialarına görə, bir neçə gün əvvəl ərazidə partlayış səsi eşidilib.

"Cebheinfo.az" Xəzər TV-yə istinadən xəbər verir ki, bir ailənin üç üzvünün dəfn olunduğu ərazidə ciddi dağıntılar yaranıb. Torpağın altından yüksəktəzyiqli su kollektorunun səsi eşidilir, bəzi qəbirlər isə tamamilə itib.

Bakı Şəhər İcra Hakimiyyətinin baş mühəndisi və Keşlə qəbiristanlığının müdiri bu məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması səbəbindən dağılıb. İki qəbir isə hazırda dağıntı təhlükəsi ilə üz-üzədir. Bu məsələ ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət olunduğu və ərazidə baxış keçirildiyi qeyd edilib.

Kollektorda hər hansı qəza hadisəsi baş vermədiyi, həmçinin xətdə rejim dəyişikliyinin olmadığı bildirilib. Problemin əsas səbəbi olaraq kollektorun üzərində qəbiristanlıq salınması göstərilib, bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə qeyd edilib ki, yağış suları kollektorunda baş verən qəza nəticəsində torpaq qatında çökmə baş verib. Bu səbəbdən uzun illər öncə dəfn edilmiş şəxslərin məzarlarına ziyan dəyib. Trest tərəfindən təhlükəli zonada yerləşən daha beş məzarın digər əraziyə köçürülməsi təmin edilib. Hadisə ilə bağlı kollektorun balansdaşıyıcısına müraciət olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see460

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see316

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see313

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see311

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see287

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see284

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see283

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see277

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see272

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see270

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see265

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see261

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see254

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see252

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see250

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see250

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see225

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri