Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Moskva, 30 oktyabr, AZƏRTAC
Qısa fasilədən sonra Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyadakı neft emalı müəssisələrinə hücumları yenidən başlayıb. Bu gün üç neft emalı zavodu (NEZ) və bir qaz-kimya kompleksi hücuma məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.
“Zavodlardan birinə kiçik həcmli ziyan dəyib, ümumilikdə isə mühafizə sistemimiz və hava hücumundan müdafiə qüvvələrimiz öz vəzifəsini yerinə yetirib”, – deyə Baş nazirin müavini qeyd edib.
A.Novak bildirib ki, müəssisələr təhlükəsizliklərinin təmin olunması üçün zəruri tədbirlər görür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:Rusiyanın iri neft müəssisələri PUA hücumuna məruz qalıb, yanğın başlayıb
02 Oktyabr 2026 10:53
Rusiyanın neft emalı zavodları zərbələrə məruz qalıb VİDEO
29 Oktyabr 2025 11:14
Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
03 Oktyabr 2026 21:15
Rusiyanın İsveçdəki səfirliyi yenidən pilotsuz təyyarə hücumuna məruz qalıb
05 İyul 2025 19:55
Kiyev Rusiyanın hücumuna məruz qalıb
28 İyun 2026 11:06
Baxış sayı:186
Bu xəbər 30 Oktyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















