Icma.az
close
up
RU
Azərbaycanda qəribə hadisə: Səhvən arvadına zəng edən şəxsi bıçaqladı

Azərbaycanda qəribə hadisə: Səhvən arvadına zəng edən şəxsi bıçaqladı

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağsu rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

News24.az -ın əldə etdiyi məlumata görə, rayonun Hacıqədirli kənd sakini 31 yaşlı F.Bəyalıyevin gecə saat 4 -də həmkəndlisi - 29 yaşlı  A.Bədəlovu qısqanclıq səbəbindən bıçaqlayıb.

Belə ki, hadisədən bir müddət əvvəl A.Bədəlov telefon nömrəsini dəyişib və köhnə nömrəsini  həyat yoldaşına verib. F.Bəyalıyevin isə bundan xəbəri olmayıb. O, Ağsuda dostu ilə yeyib-içərkən A.Bədəlovla görüntülü danışmaq istəyib və dostuna zəng edib. Onun telefonunun yaddaşına yazdığı nömrənin hazırda dostunun arvadının istifadəsində olmasından isə xəbəri olmayıb. 

Arvadına görüntülü zəng gəldiyini görən A.Bədəlov həmin vaxt telefonu özü götürərək cavab verib və zəng edən şəxsin dostu olduğunu görərək əsəbiləşib. O, dərhal görüş təyin edib və F.Bəyalıyevi cəzalandırmağa qərar verib. Gecə saat 4 -də kənd ərazisində görüşə gələn F.Bəyalıyev dostuna onun həmin nömrəni daha işlətmədiyindən xəbərsiz olduğunu deyib. Bildirib ki, belə bir əməli dostluqlarına yaraşdırmaz.. Lakin əsəbi halda olan A.Bədəlov onun sözlərinə məhəl qoymayıb və həmkəndlisinə bıçaqla ağır zərbə endirib.

Xəstəxanaya çatdırılan F.Bəyalıyevin həyatını xilas etmək mümkün olub. Belə ki, döş qəfəsinə endirilmiş zərbə onun ağciyərini kəssə də, ürəyinə toxunmayıb.

Hadisə ilə bağlı A.Bədəlova Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. F.Bəyalıyev izahat verərək dostundan şikayətçi olmadığını, hadisənin kiçik anlaşılmazlıq səbəbindən yaşandığını deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsi də A.Bədəlovun həbs edilməməsinə, şərti cəza almasına hökm edib.

Qeyd edək ki, hadisəni törədən A.Bədəlov Vətən müharibəsi qazisidir.

Yaşar Araz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri