Hansı rayonlarda insanlar kafe restoranlarda nə qədər pul xərcləyib? Tam siyahı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda iaşə (kafe, restoran və s.) dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə iaşə dövriyyəsi 8% artıb.
Qeyd edək ki, iaşə dövriyyəsinin 70,5%-i və ya 1 milyard 628,4 milyon manatı paytaxt Bakının payına düşüb.
Onu da qeyd edək ki, adambaşına ən çox dövriyyə Naftalan şəhərində qeydə alınıb.
Belə ki, hesabat dövründə Naftalanda adambaşına düşən iaşə dövriyyəsi 1 098,3 manat olub. Bu, ölkə üzrə orta göstəricidən təxminən 4,9 dəfə çoxdur.
Reytinqdə ikinci yerdə Bakı qərarlaşıb. Paytaxtda adambaşına düşən göstərici 690,6 manatdır. İlk beşliyə, həmçinin Qəbələ (261 manat), Xankəndi (248,9 manat) və Xızı (217,6 manat) daxildir.
Şirvanda bu göstərici 187,6 manat, Göyçayda 177,4 manat, Bərdədə 158,5 manat, Naxçıvanda 152,2 manat, Gəncədə isə 144,8 manat təşkil edib.
Ən aşağı göstəricilər isə Ağdam, Füzuli və Laçında qeydə alınıb. Belə ki, bu ilin ilk 9 ayında Ağdamda adambaşına düşən iaşə dövriyyəsi cəmi 30 qəpik, Füzulidə 1,2 manat, Laçında 3,6 manat olub. Kəlbəcərdə bu rəqəm 3,9 manat, Daşkəsəndə isə 17,2 manat təşkil edib.

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Rayonlarda əhali restoranlarda nə qədər xərcləyib? (SİYAHI)
26 Noyabr 2025 11:23
Azərbaycanda ən uzunömürlü insanlar hansı rayonlarda yaşayırlar? Tam siyahı
06 Dekabr 2024 08:32
Azərbaycanda yoxsul insanlar ən çox hansı rayonlarda yaşayırlar? Tam siyahı
15 Avqust 2025 16:08
Bakı sakinləri kafe və restoranlarda nə qədər pul xərcləyib? Açıqlama
06 Dekabr 2024 18:12
Baxış sayı:83
Bu xəbər 20 Noyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















