Məktəblilər üçün ekskursiyalar təşkil olunur
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil və internat məktəblərinin şagirdləri üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna və Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyalar təşkil olunur.
Newscenter.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən ekskursiyaların əsas məqsədi məktəbliləri Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış etmək, onların tarixi abidələr və milli-mədəni dəyərlər haqqında biliklərini və dünyagörüşlərini artırmaqdan ibarətdir.
Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar. Şagirdlərə Şirvanşahlar sarayı, Qız qalası, qədim karvansaralar, Qoşa Qala Qapıları və qala divarlarının tarixi, ilkin memarlıq üslubu haqqında ətraflı məlumat verilir, məktəbliləri maraqlandıran suallar cavablandırılır.
Həmçinin BŞTİ ilə Dövlət Bayrağı Muzeyinin əməkdaşlığı çərçivəsində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri üçün muzeyə maarifləndirici ekskursiyalar təşkil olunur.
Ekskursiya zamanı şagirdlər muzeyin ekspozisiyası ilə tanış olaraq Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələləri, dövlət rəmzlərinin yaranması və inkişafı, eləcə də Dövlət Bayrağının tarixi haqqında məlumat əldə edirlər.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:Məktəblilər üçün yay düşərgələri təşkil olunmayacaq RƏSMİ
23 İyun 2025 08:57
Məktəblilər üçün Balaxanıda maarifləndirmə tədbiri təşkil edilib
22 Aprel 2025 17:00
Məktəblilər üçün Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub
18 Fevral 2025 10:36
Məktəblilər üçün yeni meydança FOTO
12 Sentyabr 2025 15:41
Məktəblilər üçün yenilik: chatbot hazırlanır
29 Sentyabr 2025 20:08
Baxış sayı:68
Bu xəbər 20 Noyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















