Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Azərbaycanda qış turizmi niyə yolda qalır? Səbəb qar deyil...

Azərbaycanda qış turizmi niyə yolda qalır? Səbəb qar deyil...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarlı hava şəraiti bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qış turizminin inkişafı üçün əsas amillərdən biri hesab olunur. Qarla örtülmüş dağlar, xizək mərkəzləri, ekoturizm məkanları bu dövrdə turistlər üçün xüsusi cəlbedicilik qazanır. Azərbaycanda da qış aylarında qar əsasən dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. Turistik məkanların böyük hissəsi məhz bu zonalarda yerləşir.

Lakin son günlər intensiv qar və şaxtalı hava şəraiti fonunda ucqar kəndlərə, dağ turizm istiqamətlərinə aparan yolların bağlanması qış turizmini faktiki məhdudlaşdırıb və sahənin real inkişafı qarşısında ciddi maneələr yaradıb. "Report" bununla bağlı araşdırma aparıb.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirir ki, qarlı hava qış turizmi üçün əslində fürsətdir, lakin dağlıq zonalarıa xüsusi yanaşma tələb edir.

Onun sözlərinə görə, qışda qarın əsasən dağ və dağətəyi ərazilərdə müşahidə olunması həmin ərazilər üçün standart yol və təhlükəsizlik yanaşmalarının kifayət etmədiyini göstərir.

"Turistik əhəmiyyət daşıyan dağ yolları üçün adi yol protokolları yetərli deyil. Burada daha ciddi və xüsusi təhlükəsizlik mexanizmləri, qabaqlayıcı tədbirlər və çevik reaksiya sistemi olmalıdır. Ucqar kəndlərə və dağ turizm məkanlarına gedən yollar bağlandıqda problem yalnız turistin ora çata bilməməsi ilə bitmir. Təhlükəsizlik, təcili tibbi yardımın gecikməsi, xilasetmə imkanlarının zəifləməsi kimi risklər yaranır. Bu isə artıq ölkənin turizm imicinə birbaşa təsir göstərən amildir", – deyə S.Dübəndi vurğulayıb.


Onun sözlərinə görə, bir turistin qarlı yolda qalması fərdi hadisə kimi qiymətləndirilə bilməz: "Bu, bütövlükdə region üçün reputasiya problemidir. Xüsusilə xarici turistlər üçün təhlükəsizlik məsələsi əsas seçim meyarlarından biridir və hər hansı neqativ təcrübə uzunmüddətli təsir göstərə bilər".

S.Dübəndi bu prosesdə bələdiyyələrin rolunun da xüsusi əhəmiyyət daşıdığını qeyd edir. Onun fikrincə, qış turizmi inkişaf edəcəksə, bələdiyyələrin turizmə yanaşması formal səviyyədən praktik mərhələyə keçməlidir.

"Turistlərin səfər etdiyi kəndlər artıq sadəcə yaşayış məntəqələri deyil, xidmət göstərən məkanlardır. Yolun açıq saxlanılması, kənd daxili hərəkətin təmin olunması, işıqlandırma, ilkin təhlükəsizlik tədbirləri bələdiyyələrin gündəlik prioritetinə çevrilməlidir. Bu sahədə məsuliyyət yalnız mərkəzi qurumların üzərində qalmamalıdır", – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, yol infrastrukturu ilə bağlı problemlər turizm zəncirinin bütün iştirakçılarına eyni vaxtda zərər vurur: "Yol bağlandıqda hotellərdə bronlar təxirə salınır, bələdçilərin işi dayanır, nəqliyyat və iaşə xidmətləri yarımçıq qalır, mövsümi gəlirlər azalır. Bu isə xüsusilə kiçik ailə hotelləri, kənd turizmi obyektləri və lokal sahibkarlar üçün daha həssas məsələdir".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov da deyir ki, qışda qar yağması əslində regionlar üçün cəlbedici faktordur.

Onun sözlərinə görə, qar həm paytaxt sakinlərini, həm də ölkəyə gələn turistləri regionlara yönəldir və qış turizm komplekslərinin daha yüklü işləməsinə şərait yaradır: "Lakin son günlər bəzi regionlara gedən yolların buz bağlaması qəza risklərini artırdı. Dövlət yol polisi və aidiyyəti qurumlar müəyyən tədbirlər görsə də, qəzaların qarşısını tam almaq mümkün olmadı. Bu da göstərir ki, risklər hələ də yüksəkdir və bu vəziyyət gediş-gəlişi çətinləşdirir", – deyə C.Aşurov bildirib.


Onun sözlərinə görə, infrastruktur müəyyən qədər yaxşılaşdırılsa da, avtomobillərin böyük hissəsi qış şəraitinə uyğun təkərlərlə təchiz olunmayıb: "Eyni zamanda bəzi ərazilərdə qarın və buzun günlərlə yollarda qalması nəqliyyatın işini çətinləşdirir və turistlərin səfər planlarına mənfi təsir göstərir".

C. Aşurov bildirib ki, qış turizminin dayanıqlı inkişafı üçün əsas məsələ qarın yaratdığı riskləri əvvəlcədən azaldan, bütün iştirakçıların maraqlarını nəzərə alan və regionlarda etibarlı turizm mühiti formalaşdıran yanaşmanın tətbiqidir.

"Bu baxımdan turistik əhəmiyyət daşıyan yollar üçün xüsusi qış planlarının hazırlanması, qar təmizləmə texnikasının öncədən yerləşdirilməsi, qurumlararası koordinasiyanın gücləndirilməsi və yerli səviyyədə məsuliyyət bölgüsünün aydınlaşdırılması vacib hesab olunur. Yalnız bu halda qarlı hava qış turizmi üçün risk deyil, real iqtisadi və imic üstünlüyünə çevrilə bilər".

Qış turizmi üzrə beynəlxalq təcrübə göstərir ki, qarın intensivliyi deyil, ona hazırlıq və idarəetmə mexanizmləri həlledici rol oynayır. Bu baxımdan Gürcüstan, Türkiyə və Rusiya nümunələri diqqətçəkəndir.

Gürcüstanda qış turizminin əsas mərkəzləri olan Gudauri və Bakuriani istiqamətlərində yol infrastrukturunun qış rejiminə keçidi əvvəlcədən planlaşdırılır. Qar yağışı başlamazdan öncə qar təmizləmə texnikası strateji nöqtələrdə yerləşdirilir, yol xidməti, polis və xilasetmə qurumları arasında vahid operativ koordinasiya qurulur.

Ən önəmli məqamlardan biri isə turizm mövsümündə bu yolların prioritet yol statusu almasıdır. Bu yanaşma qısa müddətli yol bağlanmalarının turizm axınına ciddi zərər vurmasının qarşısını alır.

Türkiyədə Uludağ, Ərciyes və Kartalkaya kimi xizək mərkəzlərinə gedən yollar üçün ayrıca qış hərəkət protokolları tətbiq olunur. Bu protokollar çərçivəsində zəncir və qış təkəri olmayan avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur, hotellər və turizm obyektləri yol şəraiti barədə turistləri əvvəlcədən məlumatlandırır və bələdiyyələr yolun açıq saxlanmasına görə birbaşa məsuliyyət daşıyır.

Rusiya qış turizmi sahəsində daha sərt iqlim şəraitində fəaliyyət göstərən ölkələrdən biridir. Soçi, Krasnaya Polyana və Şimali Qafqaz bölgələrində yolların bağlanması istisna hal hesab olunur. Burada əsas yanaşma qarın tam aradan qaldırılması deyil, təhlükəsiz hərəkətin davamlı təmin edilməsidir.

Daimi qar təmizləmə qrafikləri, ağır texnikanın 24/7 rejimdə fəaliyyəti və real vaxt yol məlumatlandırma sistemləri qış turizminin fasiləsizliyini təmin edir.

Ekspertlərin fikrincə, mövcud vəziyyətin əsas səbəbi qarın yağması deyil, bu təbii şəraitə sistemli hazırlığın və koordinasiyalı yanaşmanın yetərsizliyidir. Düzgün planlaşdırma və qabaqlayıcı tədbirlər olmadığı halda qar turizm üçün üstünlük olmaq əvəzinə təhlükəsizlik, logistika və reputasiya risklərinə çevrilir.

Beləliklə, qış turizmi təbiətin təqdim etdiyi təsadüfi üstünlük deyil, planlaşdırma və institusional hazırlıq tələb edən sistemli sahədir. Beynəlxalq təcrübə açıq şəkildə göstərir ki, qarın yaratdığı risklər düzgün idarə olunduqda turizmin inkişafına maneə yox, əksinə, iqtisadi aktivliyin əsas mənbələrindən birinə çevrilir.

Gürcüstan, Türkiyə və Rusiya nümunələri sübut edir ki, qarlı hava şəraiti fövqəladə vəziyyət kimi deyil, əvvəlcədən nəzərə alınmalı mövsümi reallıq kimi qəbul edilməlidir. Turistik əhəmiyyət daşıyan yollar üçün xüsusi qış planlarının mövcudluğu, qar təmizləmə texnikasının vaxtında və düzgün yerləşdirilməsi, qurumlararası operativ koordinasiya və yerli səviyyədə məsuliyyətin aydın bölüşdürülməsi bu sahədə əsas uğur faktorlarıdır.

Azərbaycanda isə qış turizminin real potensialı mövcud olsa da, yolların bağlanması, logistikanın pozulması və təhlükəsizlik riskləri bu potensialın tam reallaşmasına mane olur. Mövcud yanaşma dəyişmədiyi təqdirdə, qar qış turizmi üçün üstünlük deyil, itirilmiş fürsət və reputasiya riski olaraq qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri